RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident!
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin vəfatı ilə əlaqədar Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin səmimi başsağlığını qəbul etməyinizi xahiş edirik.
Heydər Əliyev postsovet dövlətlərinin qədirbilən iş adamlarının xatirində təkcə Azərbaycanın nüfuzlu rəhbəri kimi deyil, həm də beynəlxalq siyasi və iqtisadi əməkdaşlığın möhkəmlənməsi, zəmanəmizin ən mühüm problemlərinin təkidlə həll olunması uğrunda ardıcıl mübariz kimi qalacaqdır.
Əminik ki, onun gördüyü işlər ölkənizin inkişafı və çiçəklənməsi, Azərbaycan xalqının rifahı və xoşbəxtliyi naminə şərəflə davam etdiriləcəkdir.
Kədərinizə dərindən şərikik.
V. Qluxix,
Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin Prezidenti.
Moskva, 15 dekabr 2003-cü il.