AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
AzerTAg.az
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə, hökumətinizə və ölkənizin qardaş xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək, icazə verin, İslam Konfransı Təşkilatının ədalətli işinin həyata keçirilməsində Zati-aliniz və Azərbaycan Respublikasının hökuməti tərəfindən dəstəyə görə öz minnətdarlığımı izhar edim. İslam Ümmətinin yüksək maraqlarına yardım göstərmək və İKT-nin nəcib məqsədlərini yerinə yetirməklə bir daha Zati-alilərinizi əmin edirəm ki, Sizin ölkənizlə İKT arasında yaranmış səmimi münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyəm.
Zati-alinizin rəhbərliyi altında qardaş Azərbaycan xalqına davamlı tərəqqi və rifah, Sizə isə cansağlığı və xoşbəxtlik bəxş etməsi üçün Qüdrətli Allaha dua edirəm.
Zati-aliləri, xahiş edirəm dərin ehtiramım barədə zəmanətimi qəbul edəsiniz.
Doktor Əbdülvahid Belqəziz
İslam Konfransı Təşkilatının baş katibi
Xəbərin mətnində orfoqrafik səhv var