Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, çox hörmətli Heydər Əlirza oğlu!

Biz Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyi bu günlər böyük sevic və şadlıq içərisindəyik. Sizin 80 illik yubileyinizi geniş qeyd etmək bizim üçün əsl bayrama çevrilir. Biz xoşbəxtik ki, Ulu Tanrı böyük Azərbaycan xalqına Sizin kimi dahi bir səxsiyyət bəxş etmişdir!

Bütün sağlam qüvvələr kimi, biz də hər zaman Sizin böyük uğurlar qazanmış daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirik. Bilirik ki, dünya azərbaycanlılarının bugünkü nəslinin bütün sahələrdəki böyük müvəffəqiyyətləri Sizinlə bağlıdır.

Biz Gürcüstan azərbaycanlıları, Sizin atalıq qayğınızı hər zaman hiss edir və bilirik ki, bu gün doğma ocaqlarımızda isinməyimiz, el-obamızda rahat yaşamağımız və dədə-baba yurdlarımızda daha dərin kök salmağımız məhz Sizin sayənizdədir.

Möhtərəm Prezident, elə buna görə də Sizə bir daha böyük ehtiram və məhəbbətimizi bildirir, 80 illik yubileyinizi təbrik edir və Sizə möhkəm cansağlığı arzu edirik.

Biz qəlbən və hər zaman sizinləyik!

Allah Sizə yar olsun!

Dərin hörmətlə,

Novruz Bayramov

Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin sədri

5 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin