RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ QARDAŞIM İLHAM ƏLİYEVƏ
Əs-sələmu aleykum və rəhmətullahi və bərəkatuhu
Ölkənizin Müstəqillik günü münasibətilə təbrik fürsətindən istifadə edərək, Zati-alilərinizə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına daha böyük irəliləyiş və tərəqqi arzulayıram.
Zati-aliləri!
Səmimi salamlarımı və ali təqdirimi qəbul edin!
Sultan bin Əbdüləziz Al Səud
Vəliəhd, Nazirlər Şurası sədrinin müavini,
müdafiə və aviasiya naziri, Baş müfəttiş