RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Zati-aliləri,
Respublika günü münasibətilə Sizə və Sizin simanızda Azərbaycan xalqına Çin xalqı adından, həmçinin öz adımdan hərarətli təbriklərimi və xoş arzularımı yetirirəm.
Biz Azərbaycan xalqının öz ölkəsindəki reallıqlara uyğun olaraq sosial sistemdə və inkişaf yolunda etdiyi seçimi başa düşürük və buna hörmət edirik. Müstəqillik əldə edildikdən sonra ölkənizdə dövlət quruculuğu sahəsində qazanılmış parlaq uğurları böyük sevinclə qarşılayırıq.
Bu yaxınlarda Çin və Azərbaycan diplomatik münasibətlər qurulmasının 10 illik yubileyini qeyd etmişlər. Biz iki ölkənin dostcasına əməkdaşlıq münasibətlərinin sağlam və sabit inkişafını yüksək qiymətləndiririk. Çin ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə daha da inkişafı xalqlarımızın ümdə mənafelərinə uyğundur. Zati-aliləri, Çin-Azərbaycan münasibətlərinin dönmədən genişlənməsi və inkişafı üçün Sizinlə birlikdə yorulmadan səylər göstərməyimizi arzu edirəm.
Ölkənizə tərəqqi, xalqınıza xoşbəxtlik arzulayıram.
Çin və Azərbaycan xalqları arasında ənənəvi dostluğun durmadan möhkəmlənməsini və güclənməsini arzu edirəm.
Tszyan Tszemin
Çin Xalq Respublikasının sədri
Pekin şəhəri, 24 may 2002-ci il