Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ  CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri,

Azərbaycan Respublikasının Müstəqillik günü münasibətilə İndoneziya Respublikasının hökuməti və xalqı adından Sizi və Azərbaycan xalqını böyük məmnuniyyətlə, səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan və İndoneziya gələcəkdə xalqlarımızın rifahı naminə qarşılıqlı əməkdaşlığı genişləndirəcəklər.

Zati-aliləri, lütfən, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi rica edirəm.

Meqavati Sukarnoputri

İndoneziya Respublikasının

Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin