Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Prezident! 

“Azərbaycan” və “Literaturnı Azərbaycan” jurnallarının əməkdaşlarını, müxtəlif nəsilləri təmsil edən bizləri ölkəmizin yüksək fəxri adlarına layiq görməyiniz böyük sevincimizə səbəb oldu. Bu etimada görə Sizə dərin minnətdarlığımızı və ən səmimi təşəkkürümüzü bildiririk.

Ədəbiyyatımızın güzgüsü sayılan “Azərbaycan” jurnalının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq da bu sevinci bizimlə bölüşdü və Sizə ünvanlanmış təşəkkürlərimizə qoşuldu. Təltif edilməyimiz haqqında verdiyiniz Fərman və göndərdiyiniz təbrik məktubu ədəbiyyatımıza, söz sənəti adamlarına, ümumiyyətlə, mənəvi dəyərlərimizi yaşadıb yaradanlara uzun illər boyu göstərdiyiniz ardıcıl diqqətin və qayğıkeşliyin növbəti bir ifadəsidir.

Cənab Prezident! Sizi əmin edirik ki, müstəqil Azərbaycanımızın yüksəlişi naminə, mənəvi həyatımızın, söz sənətimizin inkişafı yolunda səyimizi heç zaman əsirgəməyəcək, bundan sonra daha məsuliyyətlə çalışacağıq.

Böyük hörmət və dərin ehtiram hissi ilə,

Musayev Qılman (Qılman İlkin),

Qasımov İntiqam, Vəkilov Mənsur,

Balakişiyev Mövlud (Mövlud Süleymanlı),

Məmmədzadə Səyavuş, Yusifov Vaqif

(Vaqif Yusifli)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin