RƏSMİ SƏNƏDLƏR


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ  CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

İcazə verin, yubileyiniz günündə Sizi səmimi qəlbdən təbrik edim, Sizə möhkəm cansağlığı, gümrahlıq, Azərbaycan Respublikasının rifahı, Azərbaycan-Rusiya münasibətləri, bütün xalqların tərəqqisi naminə səmərəli iş arzulayım. Əminəm ki, dövlət xadimi kimi Sizin nüfuzunuz və müdrikliyiniz, həyatı dərindən bilməyiniz, məsuliyyət hissiniz xalqlarımız üçün çox-çox lazımdır. Sizin çox böyük işgüzarlığınız, çətinlikləri ləyaqətlə aradan qaldırmaq, ağıllı mükalimələr və kompromislər yolu tapmaq bacarığınız mənim üçün həmişə nümunə olmuşdur. Eyni zamanda, Siz xalqlar arasında dostluğu möhkəmləndirmək, münaqişəli vəziyyətləri aradan qaldırmaq, adamlar arasında yaxşı şəxsi insani əlaqələr yaratmaq üçün çox iş görürsünüz ki, buna da bizim hamımızın ehtiyacı var. Bütün bunlara görə biz Sizə çox minnətdarıq və qəti əminik ki, öz vətəninizin və xalqlarımızın rifahı naminə hələ uzun illər fəaliyyət göstərəcəksiniz.

Dərin hörmətlə,

Ramazan Abdulatipov

Rusiya Xalqları Assambleyasının sədri

8 may 2003-cü il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin