Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri möhtərəm Prezident!

Sizi - Azərbaycan Respublikasının Prezidentini, dünyanın böyük siyasətçilərindən birini, müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusunu anadan olmağınızın 80 illik yubileyi münasibətilə Spirhed Ekzibişenz/Kaspian İvents Ltd. şirkətinin Böyük Britaniyadakı və Azərbaycandakı nümayəndəliyinin əməkdaşları adından səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, dövlətçiliyinizin inkişafı və xalqınızın xoş gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Möhtərəm Prezident! Siz bütün həyatınızı Azərbaycan Respublikasının siyasi və sosial durumunun və hər bir Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına həsr etmişsiniz. Sizin müdrik və düzgün daxili və xarici siyasətiniz nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır, ölkədə demokratik ruh güclənir, sabitlik günbəgün möhkəmlənir.

Zati-aliləri hörmətli Heydər Əliyev! Bu il iyun ayında Spirhed Ekzibişenz/Kaspian İvents Ltd. şirkəti “Xəzər neft və qaz” sərgisinin 10 illik yubileyini qeyd etməyə hazırlaşır. Minnətdarlıq hissi ilə deməliyik ki, Sizin yüksək qayğınız və diqqətiniz sayəsində şirkətimiz ötən illərdə öz tədbirlərini yüksək səviyyədə keçirməyə nail olmuşdur.Bu sərginin açılış mərasimlərində iştirakınız təşkilatçılar və qonaqlar üçün böyük əhəmiyyət kəsb edir və səbirsizliklə gözlənilir.

Möhtərəm Prezident! Ad gününüz münasibətilə Sizi bir daha təbrik edir və Sizə, ailənizə səadət və bütün Azərbaycan xalqına firavanlıq diləyirik.

Hörmətlə,

Süzan Krauç

Spirhed Ekzibişenz/Kaspian İvents Ltd.

şirkətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin