Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli, hamımızın sevimlisi Heydər Əlirza oğlu!

Sizi şanlı 80 illiyiniz münasibətilə ürəkdən, səmimi məhəbbətlə təbirk edirik. Sizin yubileyiniz Çuvaşiyada yaşayan biz azərbaycanlılar üçün və bütün çuvaş xalqı üçün şərəfli işlərin, dostluq və qarşılıqlı anlaşmanın əsl bayramıdır. Bütün çuvaş xalqı 1986-cı ildə Çuvaşiyaya göstərdiyiniz köməyi xatırlayır və Sizin şanlı adınızı qəlbində həmişə saxlayacaqdır.

Bilirik ki, Sizin müdrik rəhbərliyinizlə müstəqil Azərbaycan ildən-ilə daha böyük tərəqqiyə doğru gedir və dünya meydanına layiqincə çıxır.

Biz 2000-ci ilin iyununda Bakı şəhərində - Azərbaycanın paytaxtında Sizinlə görüşü həyatımızda ən parlaq və işıqlı gün hesab edirik.

Bu il biz Çeboksarının – Çuvaşiyanın paytaxtının Nizami küçəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizamiyə abidə açacağıq. Bu, Sizin şanlı 80 illiyinizə və müstəqil Azərbaycanın 85 illiyinə həsr olunacaqdır.

Sizə, ailənizə, uşaqlarınıza və nəvələrinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayırıq. Müstəqil Azərbaycana, bütün Azərbaycan xalqına isə böyük tərəqqi və səadət diləyirik.

Mişşi Yuxma

Ümumçuvaşiya İctimai-Mədəni Mərkəzinin

prezidenti, Çuvaşiyanın xalq yazıçısı, akademik

Aqil Əliyev

Çuvaşiya-Azərbaycan Dostluğu Cəmiyyətinin

prezidenti

Çeboksarı, 8 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin