Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri,

Azərbaycan Respublikasının milli bayramı münasibətilə böyük məmnuniyyət hissi ilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən xoş təbriklərimi çatdırıram.

Biz Birləşmiş Millətlər Təşkilatının həyatında mühüm bir dövrü yaşayırıq. Minilliyin Bəyannaməsində əks olunmuş sülh və inkişafın reallığa çevrilməsi gündəliyimizdə durursa, vaxt itirməməliyik. Əgər biz uşaqlarımıza məhdudiyyətsiz seçimlər dünyasını bəxş etmək istəyiriksə, yoxsulluqdan ətraf mühitin çirklənməsinə qədər, QİÇS-dən silahlı münaqişələr və terrorçuluğa qədər problemlərə qarşı mübarizədə beynəlxalq ictimaiyyət öz səylərini daha da gücləndirməlidir.

Bizi bir-birimizə bağlayan məsələlər üzərində daha çox çalışmalıyıq ki, bəşəriyyəti parçalayan qüvvələrə və təhdidlərə qarşı mübarizədə ümumi imkanlarımız daha çox olsun. Əgər bu nəcib və qlobal məramı yerinə yetirmək istəyindəyiksə, Birləşmiş Millətlər Təşkilatı üçün bu sahədə Azərbaycan rəhbərliyinin davamlı dəstəyinə və imkanlarına arxalanmaq təqdirəlayiq hadisədir.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Kofi Annan

Birləşmiş Millətlər Təşkilatının baş katibi

Nyu-York, 23 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin