RƏSMİ SƏNƏDLƏR


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  MÖHTƏRƏM CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-Aliləri!

Sizin xalqımıza hər gün yeni-yeni sevinclər bəxş etməyiniz qəlbimizi sonsuz qürur və dərin minnətdarlıq hissləri ilə doldurur. Ən böyük sevincimizə səbəb olan isə budur ki, Sizin rəhbərlik etdiyiniz müstəqil Azərbaycan dövləti dünyanın siyasi-ictimai-sosial xəritəsində nəinki öz mövqeyini qoruyub saxlayır, hətta onun nüfuz mərkəzlərindən birinə çevrilir. Bunun üçün biz Sizə, xalqımızın dahi şəxsiyyəti Heydər Əlirza oğlu Əliyevə minnətdarıq.

Möhtərəm cənab Prezident!

Sizin sənətə və sənət adamlarına qayğı və diqqətiniz sayəsində mədəniyyətimiz gündən-günə inkişaf edir. Bu sahədə çalışan işçilərin rifahı nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri işçilərinin əmək haqlarının artırılması haqqında imzaladığınız Sərəncam Sizin bu sahələrdə çalışanlara tükənməz qayğılarınızın daha bir təzahürüdür. Bu xeyirxahlığa görə Sizə dərin minnətdarlığımızı bildirir və Sizi əmin edirik ki, rifahımızın yüksəlməsinə göstərdiyiniz qayğıya biz yeni-yeni yaradıcılıq uğurlarımızla cavab verəcək, Sizə, xalqımıza və dövlətimizə daha sədaqətlə xidmət göstərəcəyik.

Ulu Tanrı köməyiniz olsun!

Böyük məhəbbət və sədaqətlə Azərbaycan Dövlət Musiqili Komediya

Teatrının kollektivi adından Respublikanın

xalq artisti Hacıbaba Bağırov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin