Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu,

Milli bayram – Dövlət müstəqilliyi günü münasibətilə Sizi və Sizin simanızda qardaş Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında təşəkkül tapmış bərabər hüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlıq gələcəkdə də ölkələrimizin tərəqqisinə və xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edəcəkdir.

Hörmətli Heydər Əlirza oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İslam Kərimov

Özbəkistan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin