Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARINDA VƏ DİGƏR NORMATİV HÜQUQİ AKTLARINDA MANATIN DENOMİNASİYASININ TƏTBİQİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) ilə bağlı Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarında, digər normativ hüquqi aktlarda məbləğlə təsbit olunan müxtəlif dəyərlərin, ödəniş normalarının, o cümlədən şərti maliyyə vahidinin yeni qiymətlər miqyasında müəyyənləşdirilməsi qaydaları tənzimləyir.

Maddə 1. Azərbaycan Respublikasının qanunlarında və digər normativ aktlarında 2006-cı il yanvarın 1-dək mütləq rəqəmlərlə müəyyən olan 5000 manat 2006-cı il yanvarın birindən 1 manata bərabər tutulsun.

Maddə 2. "Şərti maliyyə vahidi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 12, maddə 835) 2-ci maddəsində "5500 manat" sözləri "1 manat 10 qəpik" sözləri ilə əvəz edilsin.

Maddə 3. Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 21 oktyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin