“AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARINDA VƏ DİGƏR NORMATİV HÜQUQİ AKTLARINDA MANATIN DENOMİNASİYASININ TƏTBİQİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN İCRASININ TƏMİN EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
AzerTAg.az
“Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında manatın denominasiyasının tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, qüvvədə olan normativ hüquqi aktların 2006-cı il yanvarın 1-dək “Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında manatın denominasiyasının tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 24 noyabr 2005-ci il.
Xəbərin mətnində orfoqrafik səhv var