Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLIKASININ MÜLKI MƏCƏLLƏSINƏƏLAVƏLƏRIN VƏ DƏYIŞIKLIKLƏRIN EDILMƏSI HAQQINDA

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, I kitab, № 4, maddə 250) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. Məcəllənin 87-ci maddəsində:

1.1. 87.1-ci maddədə birinci cümlədə “şəxs” sözündən sonra “(fiziki və (və ya) hüquqi şəxs)” sözləri əlavə edilsin və aşağıdakı redaksiyada üçüncü cümlə əlavə edilsin:

“Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.”.

1.2. maddəyə aşağıdakı redaksiyada 87.2-87.7-ci maddələr əlavə edilsin:

“87.2. Cəmiyyət bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya bu Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər.

87.3. Cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini və nizamnamənin hazırlanmasını əhatə edir.

87.4. Cəmiyyətin yaradılması zamanı təsis yığıncağı cəmiyyətin nizamnamə kapitalı təsisçilər tərəfindən tamamilə formalaşdırıldıqdan sonra keçirilir. Təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay var). Yetərsay olmadıqda yığıncaq təkrarən keçirilir. Yetərsay təkrarən keçirilən təsis yığıncağında da olmadıqda, cəmiyyətin yaradılması iclasda iştirak edən təsisçilər və ya onların nümayəndələri tərəfindən baş tutmamış hesab edilir və bu qərar bütün təsisçilərin nəzərinə yeddi gün müddətində çatdırılır.

87.5. Cəmiyyətin yaradılması zamanı keçirilən təsis yığıncağı:

87.5.1. cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərini təsdiq edir;

87.5.2. cəmiyyətin yaradılması barədə qərarı qəbul edir və onun nizamnaməsini təsdiq edir;

87.5.3. bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş cəmiyyətin idarəetmə orqanlarını təşkil edir;

87.5.4. cəmiyyətin yaradılması və cəmiyyətin fəaliyyətinin başlanılması ilə əlaqədar bu Məcəlləyə, digər qanunvericilik aktlarına və təsisçilər arasında bağlanılmış müqaviləyə zidd olmayan digər məsələləri həll edir.

87.6. Cəmiyyətin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir.

87.7. Cəmiyyətin yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına alınmasına qədər yaranmış öhdəliklərinə görə cəmiyyətin təsisçiləri birgə məsuliyyət daşıyırlar.”.

1.3. 87.2-87.3-cü maddələr müvafiq olaraq 87.8-87.9-cu maddələr hesab edilsin.

2. Məcəllənin 90-cı maddəsində:

2.1. maddəyə aşağıdakı redaksiyada 90.4-90.7-ci maddələr əlavə edilsin və 90.5-ci maddə 90.8-ci maddə hesab edilsin:

“90.4. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər.

90.5. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün mühasibat hesabatının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır.

90.6. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Bu qərarla əlavə payların ümumi dəyəri, həmçinin iştirakçının əlavə payının dəyəri və onun payının nominal dəyərinin artırıldığı məbləğ arasındakı nisbət müəyyən edilməlidir. Həmin nisbət iştirakçının payının nominal dəyərinin onun əlavə payına bərabər və ya ondan az məbləğdə arta biləcəyi nəzərə alınmaqla müəyyən edilir. Hər bir iştirakçı əlavə payların ümumi dəyərindən artıq olmayan, həmin iştirakçının nizamnamə kapitalında olan mayasının məbləğinə proporsional olaraq əlavə pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən əlavə paylar, bu barədə ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya ümumi yığıncağın qərarında müəyyən edilmiş müddətdə qoyulmalıdır. Əlavə pay qoymaq üçün müəyyən edilmiş müddətin ötürülməsi nizamnamə kapitalının qeyd edilən üsulla artırılmasının baş tutmamasına səbəb olur.

90.7. Bu Məcəllənin 90.6-cı maddəsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının cəmiyyətin nizamnamə kapitalının artırılması haqqında qərarı iştirakçının (iştirakçıların) əlavə maya qoyulması haqqında ərizəsi və (və ya) əgər nizamnamədə qadağan edilməmişdirsə, üçüncü şəxsin (şəxslərin) onun (onların) cəmiyyətə iştirakçı kimi qəbul edilməsi və maya qoyması haqqında ərizəsi əsasında qəbul edilir. Ərizədə mayaların məbləği və tərkibi, onların qoyulma qaydası və müddəti, iştirakçının və ya üçüncü şəxsin nizamnamə kapitalında malik olmaq istədikləri mayaların məbləği göstərilir. Ərizədə mayaların qoyulmasının və cəmiyyətə daxil olmanın digər şərtləri də göstərilə bilər. Cəmiyyətin ümumi yığıncağı iştirakçıların ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarın qəbul edilməsi ilə eyni zamanda nizamnamə kapitalının məbləğinin və ərizə vermiş iştirakçının mayasının nominal dəyərinin artırılması ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında da qərar qəbul edir. Ümumi yığıncaq üçüncü şəxsin ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarla yanaşı üçüncü şəxsin cəmiyyətə qəbul edilməsi, onun mayasının nominal dəyərinin müəyyən edilməsi və iştirakçıların mayalarının məbləğlərinin dəyişməsi ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında qərar qəbul edir. Cəmiyyətə qəbul edilən üçüncü şəxsin mayasının nominal dəyəri onun payının dəyərinin məbləğinə bərabər və ya ondan az olmalıdır. Əgər nizamnamə kapitalının artırılması baş tutmamışdırsa, cəmiyyət ağlabatan müddətdə iştirakçıların əlavə mayalarını və üçüncü şəxslərin mayalarını müvafiq olaraq geri qaytarmalıdır.”;

2.2. 90.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“90.8. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yığıncağının qərarında müəyyən edilmiş müddətdə cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir. Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüquq vardır.”.

3. Məcəlləyə aşağıdakı redaksiyada 90-1-ci maddə əlavə edilsin:

“Maddə 90-1. Məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi

90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər.

90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir.

90-1.3. Məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz:

90-1.3.1. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə;

90-1.3.2. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa.”.

4. Məcəllənin 91-ci maddəsində:

4.1. 91.1-ci maddədə birinci cümlədən sonra aşağıdakı redaksiyada ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradıla bilər.”;

4.2. aşağıdakı redaksiyada 91.1-1-91.1-4-cü maddələr əlavə edilsin:

“91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək, şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər.

91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır.

91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır.

91.1-4. Bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir.”;

4.3. 91.3.5-ci maddədə “cəmiyyətin” sözündən sonra “cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya)” sözəri əlavə edilsin.

5. Məcəlləyə aşağıdakı redaksiyada 91-1-ci maddə əlavə edilsin:

“Maddə 91-1. Məhdud məsuliyyətli cəmiyyətin direktorlar şurası

(müşahidə şurası)

91-1.1. Bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulmuş halda yaradılmış direktorlar şurası (müşahidə şurası) cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata kecirir. Əgər nizamnamədə təftiş komissiyasının seçilməsi (müfəttişin təyin edilməsi) nəzərdə tutulmamışdırsa, bu Məcəlləyə uyğun olaraq təftiş komissiyasının (müfəttişin) səlahiyyətləri direktorlar şurasına (müşahidə şurasına) verilə bilər.

91-1.2. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir.

91-1.3. Cəmiyyətin təkbaşına rəhbəri, kollegial icra orqanının rəhbəri (üzvü), kənar idarəçi direktorlar şurasının (müşahidə şurasının) üzvü ola bilməz.

Maddə 91-2. Məhdud məsuliyyətli cəmiyyətin icra orqanı

91-2.1. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir.

91-2.2. Cəmiyyətin kollegial icra orqanı yalnız fiziki şəxslərdən ibarət ola bilər.

91-2.3. Cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir.

91-2.4. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır.

91-2.5. Kənar idarəçi icra orqanı kimi cəmiyyətə münasibətdə idarəetməni qeyri-qənaətbəxş həyata keçirməsi nəticəsində və üçüncü şəxslərə ziyan vurduğu zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Maddə 91-3. Məhdud məsuliyyətli cəmiyyətin təftiş komissiyası (müfəttişi)

91-3.1. Bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş halda cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarı ilə təftiş komissiyası (müfəttiş) seçilir (təyin edilir).

91-3.2. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) formalaşdırılması qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

91-3.3. Cəmiyyətin təftiş komissiyasının üzvlüyünə (müfəttiş kimi) fiziki şəxslər secilir (təyin edilir). Cəmiyyətin iştirakçısı olmayan şəxslərin də təftiş komissiyasına üzv seçilməsinə (müfəttiş təyin edilməsinə) yol verilir. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya kollegial icra orqanının rəhbəri (üzvü), təkbaşına rəhbər və ya kənar idarəçi təftiş komissiyasına üzv seçilə (müfəttiş təyin edilə) bilməz.

91-3.4. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq və bu məqsədlə cəmiyyətin fəaliyyətinə aid olan bütün sənədləri əldə etmək hüququ vardır. Təftiş komissiyasının (müfəttişin) tələbi ilə direktorlar şurasının (müşahidə şurasının) və ya kollegial icra orqanının rəhbəri (üzvləri), təkbaşına rəhbər, kənar idarəçi şifahi və ya yazılı formada zəruri məlumatları təqdim etməyə borcludurlar.

91-3.5. Cəmiyyətin təftiş komissiyası (müfəttiş) varsa bu nəzarət orqanının rəyi olmadan cəmiyyətin iştirakcılarının ümumi yığıncağı cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq edə bilməz, habelə mənfəət və zərərin bölüşdürülməsinə dair qərar qəbul edə bilməz.”.

6. Məcəllənin 98-ci maddəsində:

6.1. 98.2-ci maddəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

“Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır.”;

6.2. maddəyə aşağıdakı redaksiyada 98.3-cü maddə əlavə edilsin, 98.3-98.7-ci maddələr müvafiq olaraq 98.4-98.8-ci maddələr hesab edilsin:

"98.3. Səhmdar cəmiyyəti bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya bu Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər.”;

6.3. 98.5-ci maddədə birinci cümlədə “bir şəxs” və ”bir şəxsdən” sözləri müvafiq olaraq “bir şəxs (fiziki və ya hüquqi şəxs)” və ”bir şəxsdən (fiziki və ya hüquqi şəxsdən)” sözləri ilə əvəz edilsin;

6.4. maddəyə aşağıdakı redaksiyada 98.9-98.14-cü maddələr əlavə edilsin:

“98.9. Səhmdar cəmiyyətinin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya səhmdar cəmiyyətinin yaradılması haqqında qərarın qəbul edilməsini (səhmdar cəmiyyəti bir şəxs tərəfindən yaradıldıqda), səhmlərin təsisçilər arasında bölüşdürülməsini və nizamnamənin hazırlanmasını (qəbul olunmasını) əhatə edir.

98.10. Səhmdar cəmiyyətinin yaradılması zamanı təsis yığıncağı təsisçilər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş müddətdə, səhmdar cəmiyyətinin bütün səhmləri təsisçilər arasında bölüşdürüldükdə keçirilir. Təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay var). Yetərsay olmadıqda, yığıncaq təkrarən keçirilir. Yetərsay təkrarən keçirilən təsis yığıncağında da olmadıqda, səhmdar cəmiyyətinin yaradılması iclasda iştirak edən təsisçilər və ya onların nümayəndələri tərəfindən baş tutmamış hesab edilir və bu qərar bütün təsisçilərin nəzərinə yeddi gün müddətində çatdırılır.

98.11. Səhmdar cəmiyyətinin yaradılması zamanı keçirilən təsis yığıncağı:

98.11.1. səhmdar cəmiyyətinin yaradılması zamanı yerləşdirilən səhmlərin ödənilməsinə yönəldilən pul olmayan əmlakın dəyərini təsdiq edir;

98.11.2. səhmdar cəmiyyətinin yaradılması barədə qərarı qəbul edir və onun nizamnaməsini təsdiq edir;

98.11.3. bu Məcəllə və səhmdar cəmiyyətinin nizamnaməsi ilə nəzərdə tutulmuş səhmdar cəmiyyətinin idarəetmə, nəzarət və icra orqanlarını təşkil edir;

98.11.4. səhmdar cəmiyyətinin yaradılması və cəmiyyətin fəaliyyətinin başlanılması ilə əlaqədar bu Məcəllə, digər qanunvericilik aktlarına və təsisçilər arasında bağlanılmış müqaviləyə zidd olmayan digər məsələləri həll edir.

98.12. Səhmdar cəmiyyətinin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, səhmdar cəmiyyətinin yaradılması zamanı yerləşdirilən səhmlərin ödənilməsinə yönəldilən pul olmayan əmlakın dəyərinin təsdiq edilməsi, idarəetmə, nəzarət və icra orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir.

98.13. Səhmdar cəmiyyətinin təsisi zamanı səhmlərin buraxılışı və dövlət qeydiyyatı bu Məcəllə və ona uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

98.14. Səhmdar cəmiyyətinin yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına alınmasına qədər yaranmış öhdəliklərinə görə cəmiyyətin təsisçiləri birgə məsuliyyət daşıyırlar.”.

7. Məcəllənin 99-cu maddəsinə aşağıdakı redaksiyada 99.3-cü maddə əlavə edilsin:

“99.3. Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır.”.

8. Məcəllənin 101.1-ci maddəsinin ikinci cümləsində “nizamnaməsində nəzərdə tutulan müddətdə” sözlərindən sonra “lakin satış elan olunduğu tarixdən etibarən otuz gün ərzində” sözləri, "səhmdar cəmiyyəti" sözlərindən əvvəl "sonrakı otuz gün ərzində" sözləri əlavə edilsin və maddəyə aşağıdakı redaksiyada dördüncü cümlə əlavə edilsin:

“Bu zaman səhmin satış qiyməti səhmdarlara və ya səhmdar cəmiyyətinə təklif edilən qiymətdən aşağı olmamalıdır. Əks halda səhmdar cəmiyyəti həmin əqdin etibarsız hesab edilməsini və səhmin həmin qiymətə cəmiyyətə satılmasını məhkəmə qaydasında tələb edə bilər.”.

9. Məcəllənin 102-ci maddəsinə aşağıdakı əlavələr edilsin:

9.1. maddənin birinci cümləsinin əvvəlinə “102.1.” rəqəmləri əlavə edilsin;

9.2. aşağıdakı redaksiyada 102.2-102.5-ci maddələr əlavə edilsin:

“102.2. Səhmdar cəmiyyətinin nizamnaməsində qanunvericiliyə zidd olmayan diqər məlumatlar da nəzərdə tutula bilər.

102.3. Səhmdar cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları üçün məcburidir.

102.4. Səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanını yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir.

102.5. Cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi qərarı səhmdarların ümumi yığıncağında, səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.”.

10. Məcəllənin 103-cü maddəsinin 103.1-ci maddəsinə aşağıdakı redaksiyada ikinci, üçüncü və dördüncü cümlələr əlavə edilsin:

“Səhmdar cəmiyyətinin nizamnamə kapitalına qoyuluşların formaları bu Məcəllə və təsisçilər arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Səhmdar cəmiyyətinin nizanaməsinə qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər. Səhmdar cəmiyyətinin yaradılması zamanı pul olmayan əmlakın dəyəri təsis yığıncağının qərarı ilə, səhmdar cəmiyyəti yaradıldıqdan sonra isə - səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə müəyyən edilir.”.

11. Məcəllənin 104.1-ci maddəsinə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

“Səhmdar cəmiyyətinin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydaları qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

12. Məcəllənin 105-ci maddəsinin 105.2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“105.2. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması haqqında səhmdarların ümumi yığıncağının qərarı qəbul edildiyi gündən on beş təqvim günü müddətində cəmiyyət kreditorlara bu barədə yazılı surətdə məlumat verməlidir. Cəmiyyətin kreditorları məlumatı aldıqdan sonra otuz təqvim günü ərzində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl icrasını və ya onlara xitam verilməsini və çəkdikləri zərərin ödənilməsini tələb edə bilərlər.”.

13. Məcəlləyə aşağıdakı redaksiyada 105-1-ci maddə əlavə edilsin:

“Maddə 105-1. Səhmdar cəmiyyətinin yerləşdirilmiş səhmlərinin geri

alınması

105-1.1. Səhmdar cəmiyyəti tərəfindən yerləşdirilmiş səhmlərin geri alınması bu Məcəllə və ya cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş hallarda səhmdarların tələbi ilə həyata keçirilir.

105-1.2. Cəmiyyət nizamnamə kapitalının miqdarını və səhmlərin sayını azaltmaq məqsədi ilə, ümumi yığıncağın qərarı əsasında, əvvəl yerləşdirilmiş səhmlərinin bir hissəsini geri ala bilər. Bu zaman dövriyyədə qalan səhmlərin ümumi nominal dəyəri qanunvericiliklə nizamnamə kapitalı üçün müəyyən edilmiş məbləğin minimal həddindən aşağı olmamalıdır.

105-1.3. Səhmlərin geri alınması səhm sahiblərinin razılığı ilə, səhmlərin geri alınması birja vasitəsi ilə həyata keçirildiyi hal istisna olunmaqla ümumi yığıncaqda səhmin müəyyən olunmuş qiyməti ilə həyata keçirilir.

105-1.4. Aşağıdakı hallarda cəmiyyətin səhmlərinin geri alınması qərarı qəbul edilə bilməz:

105-1.4.1. cəmiyyətin nizamnamə kapitalı tam formalaşmadıqda;

105-1.4.2.cəmiyyətin ləğvi barədə qərar qəbul edildikdə;

105-1.4.3. səhmdarların tələbi əsasında onların səhmlərinin geri alınması başa çatmadıqda.

105-1.5. Geri alınmış səhmlər səsvermə zamanı nəzərə alınmır və onlar üzrə dividendlər hesablanmır. Bu səhmlər geri satın alındığı tarixdən bir il müddətində ya təkrarən yerləşdirilməli, ya da ümumi yığıncağın qərarı ilə ləğv edilməlidir.".

14. Məcəllənin 106-cı maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 106. Səhmdar cəmiyyətinin qiymətli kağızlarının buraxılması

106.1. Səhmdar cəmiyyətinin səhmlərinin, istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi və ləğvi bu Məcəlləyə, bu Məcəlləyə müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlara və cəmiyyətin nizamnaməsinə müvafiq olaraq həyata keçirilir.

106.2. Səhmdar cəmiyyətinin adi və imtiyazlı səhmlər buraxmaq hüququ vardır. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı iyirmi beş faizdən çox ola bilməz. İmtiyazlı səhm öz sahiblərinə səhmdar cəmiyyətinin ləğvindən sonra qalan əmlak hissəsini almaqda başqa səhmdarlara nisbətən üstünlük hüququ və bu cür səhmlərin buraxılması şərtlərində nəzərdə tutulan digər hüquqları verir. Bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş hallar istisna olunmaqla, imtiyazlı səhmlər öz sahiblərinə cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququ vermir.

106.3. Səhmdar cəmiyyətinin qiymətli kağızlarının birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası bu Məcəllənin 1078-26-cı maddəsinə müvafiq olaraq həyata keçirilir.”.

15. Məcəlləyə aşağıdakı redaksiyada 106-1-106-3-cü maddələr əlavə edilsin:

“Maddə 106-1. Səhmdar cəmiyyətinin səhmdarları

106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.

106-1.2. Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarını nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər.

106-1.3. Səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır:

106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;

106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;

106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;

106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;

106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;

106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;

106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq;

106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;

106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

106-1.4. Səhmdar cəmiyyətinin imtiyazlı səhminin (hər bir növ üzrə) sahibi olan səhmdarının hüquqları bu Məcəllə və səhmdar cəmiyyətinin nizamnaməsi ilə müəyyən edilir.

106-1.5. Səhmdar cəmiyyətinin nizamnaməsində aşağıdakı məsələlər üzrə qərarların qəbul edilməsində imtiyazlı səhm sahibi səs hüququ əldə edir:

106-1.5.1. səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi;

106-1.5.2. səhmdar cəmiyyətinin ləğv edilməsi;

106-1.5.3. səhmdara məxsus olan imtiyazlı səhm növü üzrə hüquqlarını məhdudlaşdıran dəyişiklik və əlavələrin nizamnamədə edilməsi.

106-1.6. Səhmdar cəmiyyətinin səhmdarının vəzifələri aşağıdakılardır:

106-1.6.1. qanuna və (və ya) nizamnaməyə əsasən kommersiya sirri və ya məxfi hesab olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq;

106-1.6.2. səhmdarların reyestrində ona dair daxil edilmiş məlumatların dəyişilməsi barədə reyestrsaxlayıcısına on təqvim günü ərzində yazılı bildiriş vermək;

106-1.6.3. qanunvericiliklə müəyyən edilmiş başqa vəzifələri yerinə yetirmək.

106-1.7. Səhmdar cəmiyyətinin səhmdarlarının hüquqlarının müdafiəsi bu Məcəllə, digər qanunlar və normativ hüquqi aktlara uyğun olaraq təmin edilir.

Maddə 106-2. Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri

106-2.1. Səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən otuz təqvim günündən gec olmayaraq səhmdarlarının reyestrinin aparılmasını təmin etməlidir.

106-2.2. Səhmdar cəmiyyəti, adlı səhmlərin sahiblərinin sayı iyirmidən çox olmadıqda, reyestri özü apara bilər, digər hallarda reyestrin aparılmasını qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcıya həvalə etməlidir.

106-2.3. Səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir.

Maddə 106-3. Səhmdar cəmiyyətinin mənfəəti və dividenlər

106-3.1. Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yonəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümümi yığıncağının qərarı ilə qəbul edilir.

106-3.2. Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır.

106-3.3. Adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir.

106-3.4. İmtiyazlı səhm üzrə dividend səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm sahiblərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin etmək üçün səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər.

106-3.5. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir.

106-3.6. Səhmdar cəmiyyəti adi səhmlər üzrə dividendlərin hesablanmasını (bölüşdürülməsini) imtiyazlı səhmlərin bütün növləri üzrə dividendlərin hesablanmasından (bölüşdürülməsindən) sonra həyata keçirir.

106-3.7. Dividendlərin hesablanmasında (bölüşdürülməsində) ilk növbəlilik hüququnu verən imtiyazlı səhmlər üzrə dividendlər digər imtiyazlı səhmlər üzrə dividendlərdən əvvəl bölüşdürülür.

106-3.8. Dividendlər hesablanarkən səhmlərin hər bir növü və nominalı üzrə hər səhmə düşən məbləğ eyni olmalıdır.

106-3.9. Əgər səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, səhmdar cəmiyyəti dividendləri elan edə və ödəyə bilməz.”.

16. Məcəlləyə aşağıdakı redaksiyada 107-1-107-11-ci maddələr əlavə edilsin, Məcəllənin 179.1-ci maddəsi isə aşağıdakı redaksiyada verilsin:

16.1. “Maddə 107-1. Səhmdarların ümumi yığıncağının çağırılması

107-1.1. Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər.

107-1.2. Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq).

107-1.3. Səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir.

107-1.4. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir.

107-1.5. Səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir:

107-1.5.1. cəmiyyətin adı və olduğu yer;

107-1.5.2. səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı;

107-1.5.3. səhmdarların ümumi yığıncağının gündəliyi;

107-1.5.4. səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası.

107-1.6. Səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır.

107-1.7. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması tələbində gündəliyə təklif olunan məsələlər göstərilməlidir. Həmin məsələlər yığıncağın gündəliyinə mütləq salınmalıdır.

107-1.8. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə yetirməlidir:

107-1.8.1. üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtını və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi informasiya vasitələrində elan verməlidir;

107-1.8.2. beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir;

107-1.8.3. otuz gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarların ümumi yığıncağının keçirilməsini təmin etməlidir.

Maddə 107-2. Səhmdarların ümumi yığıncağında yetərsay

107-2.1. Səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

107-2.2. Səhmdarların ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq bu Məcəllənin 107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada yenidən çağırılmalıdır. Bu zaman ümumi yığıncağın gündəliyi dəyişdirilməməlidir. Yenidən çağırılan ümumi yığıncaq səsli səhmlərin 40 faizinin sahibləri iştirak etdikdə səlahiyyətlidir.

107-2.3. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq bu Məcəllənin 107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada, gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq səsli səhmlərin 25 faizinin sahibləri iştirak etdikdə səlahiyyətlidir.

107-2.4. 107-2.3-cü maddəyə əsasən təkrarən çağırılan ümumi yığıncağın keçirilməsi üçün yetərsay təmin olunmadıqda, cəmiyyət qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanına məlumat verərək yetərsaydan asılı olmadan ümumi yığıncağın qərarı ilə və ya müvafiq icra hakimiyyəti orqanının iddiası əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. Səhmdarların cəmiyyətin ləğv edilməsi haqqında ümumi yığıncağın qərarından məhkəməyə şikayət etmək hüququ vardır.

Maddə 107-3. Səhmdarın ümumi yığıncaqda iştirakı qaydası

107-3.1. Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.

107-3.2. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş halda, səhmdar ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə, bitərəf), imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və sair) təsdiq edilməklə, yazılı sənəd vasitəsi ilə səsvermədə qiyabi iştirak edə bilər.

107-3.3. Qiyabi səsvermənin reqlamenti cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

107-3.4. Səhm bir neçə şəxsin ümumi birgə mülkiyyətində olduğu halda, ümumi yığıncaqda səsvermə səlahiyyəti onun mülkiyyətçilərinin birinə və ya onların ümumi nümayəndəsinə qanunvericilikdə müəyyən olunmuş qaydada həvalə edilir.

107-3.5. Səhmdarların ümumi yığıncağında səsvermə «bir səsli səhm -- bir səsdir» prinsipi əsasında həyata keçirilir.

Maddə 107-4. Hesablama komissiyası

107-4.1. Səhmdarlarının sayı yüzdən çox olan cəmiyyətlərin ümumi yığıncaqlarında səsvermənin nəticələrinin müəyyən edilməsi üçün sayı üç nəfərdən az olmayan hesablama komissiyası yaradılmalıdır. Hesablama komissiyasına direktorlar şurasının (müşahidə şurasının) üzvləri, təftiş komissiyasının üzvləri (müfəttiş), icra orqanlarının üzvləri (təkbaşçı icra orqanı) və həmin vəzifələrə (vəzifəyə) seçilməyə namizədlər daxil edilməməlidir.

107-4.2. Hesablama komissiyasının yaradılması qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

107-4.3. Hesablama komissiyasının protokolu ümumi yığıncağın protokoluna əlavə olunur.

Maddə 107-5. Səhmdarların ümumi yığıncağının qərarı

107-5.1. Səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.

107-5.2. Səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz.

107-5.3. Səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir.

107-5.4. Səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər.

Maddə 107-6. Səhmdarların ümumi yığıncağının protokolu

107-6.1. Səhmdarların ümumi yığıncağının protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlənir.

107-6.2. Səhmdarların ümumi yığıncağının protokolunda aşağıdakılar göstərilir:

107-6.2.1. ümumi yığıncağın keçirilmə vaxtı və yeri;

107-6.2.2 ümumi yığıncağın gündəliyi;

107-6.2.3. ümumi yığıncağın iştirakçılarının səsli səhmlərinin sayı;

107-6.2.4. iştirak edən səsvermə hüququna malik olan səhmdarların sayı;

107-6.2.5. çıxışların xülasəsi;

107-6.2.6. səsə qoyulan hər bir məsələ üzrə səsvermənin nəticələri;

107-6.2.7. ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarın dəqiq və səlis ifadə olunmuş mətni.

107-6.3. Səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir.

Maddə 107-7. Səhmdar cəmiyyətinin direktorlar şurası (müşahidə şurası)

107-7.1. Bu Məcəllənin 107.3-cü maddəsi ilə nəzərdə tutulmuş halda cəmiyyətin direktorlar şurası (müşahidə şurası) yaradılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) öz səlahiyyətləri hüdudlarında ümumi rəhbərliyi və cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirir.

107-7.2. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin sayı və onlara olan tələblər cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

107-7.3. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) tərkibi nizamnamədə nəzərdə tutulmuş sayın yarısına qədər azaldıqda, otuz təqvim günü ərzində cəmiyyətin növbədənkənar ümumi yığıncağı çağırılaraq, direktorlar şurasına (müşahidə şurasına) yeni üzvlər seçilməlidir.

107-7.4. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri ümumi yığıncaqda üç ildən artıq olmayan müddətə bu Məcəllə ilə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada seçilirlər.

107-7.5. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvü fiziki şəxs olmalıdır. Direktorlar şurasının (müşahidə şurasının) üzvlüyünə, nizamnamədə başqa hal nəzərdə tutulmamışdırsa, cəmiyyətin səhmdarı olmayan şəxs də seçilə bilər. Cəmiyyətin icra orqanlarının üzvləri (təkbaşçı icra orqanı) direktorlar şurasına (müşahidə şurasına) üzv seçilə bilməz.

107-7.6. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya onun üzvünün səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi ümumi yığıncağın qərarı ilə həyata keçirilə bilər.

Maddə 107-8. Səhmdar cəmiyyətinin direktorlar şurasının

(müşahidə şurasının) sədri

Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) sədri səhmdarların ümumi yığıncağı tərəfindən direktorlar şurasının (müşahidə şurasının) üzvləri arasından seçilir. Direktorlar şurasının (müşahidə şurasının) sədri şuraya rəhbərlik edir.

Maddə 107-9. Səhmdar cəmiyyətinin direktorlar şurasının

(müşahidə şurasının) iclası

107-9.1. Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) sədri onun iclaslarını üç ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin), icra orqanının, şura üzvlərinin və nizamnamə ilə müəyyən edilə bilən digər şəxslərin tələbi ilə də direktorlar şurasının (müşahidə şurasının) iclası şuranın sədri tərəfindən çağırılır. Şuranın İclasının keçirilməsi qaydaları cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

107-9.2. Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, şuranın sədrinin səsi qərarın qəbul edilməsi və ya rədd edilməsi üçün həlledici hesab edilir.

107-9.3. Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) iclası çağırıldıqda, iclasın yerini, vaxtını, iştirakçılarını, gündəliyini, çıxışların xülasəsini, səsvermənin nəticələrini və qərarlarını əks etdirən protokol tərtib edilir. Həmin protokol şuranın sədri tərəfindən imzalanır.

Maddə 107-10. Səhmdar cəmiyyətinin icra orqanı

107-10.1. Cəmiyyətin icra orqanına direktorlar şurasının (müşahidə şurasının) üzvləri seçilə bilməz.

107-10.2. Cəmiyyətin icra orqanının səlahiyyətlərinə bu Məcəllə ilə və nizamnamə ilə cəmiyyətin idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməmiş bütün məsələlər daxildir.

107-10.3. Cəmiyyətin kollegial icra orqanının üzvlərinin sayı və tərkibi, habelə fəaliyyətinin qaydaları cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

107-10.4. Cəmiyyətin icra orqanının üzvlərinin eyni zamanda digər təşkilatda vəzifə tutmasına, qanunvericiliyə zidd olmadıqda, cəmiyyətin ümumi yığıncağının və ya direktorlar şurasının (müşahidə şurasının) razılığı ilə yol verilir.

107-10.5. Hər hansı bir əqdin bağlanması nəticəsində cəmiyyətin icra orqanının üzvünün şəxsi marağı ilə cəmiyyətin mənafeyi ziddiyyət təşkil etdikdə o, bu barədə direktorlar şurasına (müşahidə şurasına) məlumat verməlidir. Həmin əqdin bağlanması yalnız direktorlar şurasının (müşahidə şurasının) müvafiq qərarı əsasında həyata keçirilə bilər.

107-10.6. Cəmiyyətin icra orqanının və ya direktorlar şurasının (müşahidə şurasının) üzvü mülkiyyətində olan qiymətli kağızlarla əqdi bağlamaqdan əvvəl bu barədə məlumatı kütləvi informasiya vasitələrində açıqlamalıdır.

107-10.7. Cəmiyyətin səhmlərinin iyirmi faizinə malik olan səhmdar cəmiyyətin icra orqanının üzvü seçilə bilməz.

Maddə 107-11. Səhmdar cəmiyyətinin təftiş komissiyası (müfəttişi)

107-11.1. Səhmdarların sayı əllidən çox olan cəmiyyətlərdə maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin həyata keçirilməsi üçün ümumi yığıncaqda təftiş komissiyası (müfəttiş) seçilir (təyin edilir). Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda səhmdarların sayı əllidən cox olmayan cəmiyyətlərdə də təftiş komissiyası (müfəttiş) seçilə (təyin edilə) bilər.

107-11.2. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) formalaşdırılması qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

107-11.3. Cəmiyyətin təftiş komissiyasının üzvlüyünə (müfəttiş kimi) fiziki şəxslər seçilir. Təftiş komissiyasının üzvü (müfəttiş) cəmiyyətin səhmdarı, direktorlar şurasının (müşahidə şurasının) və cəmiyyətin icra orqanlarının üzvü ola bilməz.

107-11.4. Cəmiyyətin təftiş komissiyasının üzvlərinin (müfəttişin) səlahiyyət müddəti nizamnamə ilə üç ildən artıq olmayan müddətə müəyyən edilir.

107-11.5. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təftişi cəmiyyətin təftiş komissiyasının (müfəttişin) təşəbbüsü ilə ümumi yığıncağın və ya direktorlar şurasının (müşahidə şurasının) qərarı ilə, və ya cəmiyyətin səsli səhmlərinin on faizindən artıq hissəsinə malik olan səhmdarların və cəmiyyətin icra orqanın tələbi ilə həyata keçirilir.

107-11.6. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) tələbi ilə cəmiyyətin bütün orqanları və vəzifəli şəxsləri cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar olan sənədləri təqdim etməlidirlər.”;

16.2. “179.1. Daşınmaz əmlak mülkiyyət hüququ ilə hec kəsə mənsub olmadıqda və ya daşınmaz əmlakın mülkiyyətcisini müəyyən etmək mümkün olmadıqda, daşınmaz əmlakın mülkiyyətcisi olmayan, lakin on beş il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti).”.

17. Məcəllənin:

17.1. 359.3-cü maddəsində ikinci cümlədə "kommersiya təmsilçiliyi halı" sozlərindən sonra "və qiymətli kağızlar bazarında brokerlik halı" sozləri əlavə edilsin;

17.2. 401-ci maddəsi çıxarılsın, 408.2-ci maddəsində “təklifdə” sözündən sonra “(o cümlədən, reklamda)” sözləri əlavə edilsin, 408.7-ci maddəsi şəxarılsın, 408.8-ci maddəsi 408.7-ci maddəsi hesab edilsin, 450.3-cü maddəsində “etmir” sözü “edir” sözü ilə əvəz edilsin;

17.3. 455-ci maddə aşağıdakı redaksiyada verilsin:

”Maddə 455. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin öhdəliyin

pozulması ücün məsuliyyətinin xüsusi əsasları

Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən öhdəliyi icra etməmiş və ya lazımınca icra etməmiş şəxs lazımınca icranın qarşıalınmaz qüvvənin, yəni həmin şəraitdə fövqəladə və qarşısı alına bilməyən halların nəticəsində qeuri-mümkün olduğunu sübuta yetirməsə, məsuluyyət daşıyır. Borclunun kontragentləri tərəfindən vəzifələrin pozulması, bazarda lazımi malların olmaması və ya borcluda zərurui pul vəsaitinin olmaması bu cür hallara aid deyildir.”

18. Məcəlləyə aşağıdakı redaksiyada 992-1 maddəsi əlavə edilsin:

“Maddə 992-1. Qiymətli kağızlar bazarı və qiymətli kağızlarbazarının iştirakçıları

992-1.1. Qiymətli kağızlar bazarı qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, sahibliyi, saxlanılması, onlarla əqdlərin bağlanması, digər əməliyyatların aparılması üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusudur.

992-1.2. Qiymətli kağızlar bazarının iştirakçıları qiymətli kağızların emissiyasında, tədavülündə, ödənilməsində, sahibliyində, saxlanılmasında, qiymətli kağızlarla əməliyyatların aparılmasında subyekt və ya tərəf kimi çıxış edən şəxslər, habelə qiymətli kağızlar bazarının tənzimlənməsini həyata keçirən dövlət və qeyri-kommersiya təşkilatları olan qiymətli kağızlar bazarının iştirakçılarının özünü tənzimləyən təşkilatlarıdır.

992-1.3. Emitent qiymətli kağızların emissiyasını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirən şəxs, müvafiq icra hakimiyyəti orqanı və müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı və ya bələdiyyədir.

992-1.4. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət hüquqi və ya fiziki şəxslər tərəfindən qiymətli kağızlar bazarında xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilən sahibkarlıq fəaliyyətidir.

992-1.5. Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları qiymətli kağızlar bazarında xüsusi razılıq (lisenziya) əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxslərdir.

992-1.6. Qiymətli kağızların nominal saxlayıcısı hüquq sahibinin tapşırığı ilə və onun xeyrinə qiymətli kağız sahiblərinin reyestrində qeydə alınmış və bu qiymətli kağızların hüquqi mülkiyyətçisi olmayan şəxsdir.

992-1.7. Broker fəaliyyəti müştərinin hesabına tapşırıq və ya komisyon müqaviləsi əsasında müvəkkil və ya komisyonçu kimi fəaliyyət göstərən, həmin müştərinin mənafeyi üçün qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir.

992-1.8. Diler fəaliyyəti öz adından və öz hesabına əvvəlcədən kütləvi elan olunmuş alış və (və ya) satış qiymətləri ilə qiymətli kağızlar üzrə alqı -satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir. Kütləvi elan açıq elan formasında edilmiş təklifdir.

992-1.9. Qiymətli kağızların idarə olunması müştəriyə məxsus olub, peşəkar iştirakçının idarəçiliyinə verilmiş qiymətli kağızlar və ya pul vəsaitləri ilə müştərinin mənafeyi üçün və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün qiymətli kağızlar bazarında əməliyyatların aparılması üzrə peşəkar fəaliyyətdir.

992-1.10. Klirinq fəaliyyəti qiymətli kağızlarla əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (məlumatların toplanması, yoxlanması, üzləşdirilməsi, mühasibat sənədlərinin hazırlanması), hesablaşmaların aparılması və öhdəliklərin qarşılıqlı icrasının təmin edilməsi üzrə peşəkar fəaliyyətdir.

992-1.11. Depozitar fəaliyyəti qiymətli kağızların saxlanması və onlara hüquqların, habelə öhdəliklərlə yüklənməsi faktlarının uçotu və təsdiq edilməsi üzrə xidmətlərin göstərilməsi üzrə peşəkar fəaliyyətdir.

992-1.12. Depozitar sistemi bir-biri ilə “depo” hesabları açmaq vasitəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən depozitarların vahid sistemidir.

992-1.13. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qiymətli kağızlar, onların emitenti, sahibləri, nominal saxlayıcıları barədə məlumatların toplanması, qeydə alınması, işlənməsi, saxlanması və təqdim edilməsi xidmətlərinin göstərilməsi üzrə peşəkar fəaliyyətdir.

992-1.14. Fond birjası qiymətli kağızlarla əqdlərin bağlanması üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, onlar haqqında lazımi məlumatın yayılması üzrə peşəkar fəaliyyətdir.

992-1.15. İnvestor qiymətli kağızları mülkiyyətinə əldə etmiş şəxsdir.

992-1.16. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatı qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının könüllülük, qeyri-kommersiya prinsipləri əsasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olan ictimai birliyidir.

992-1.17. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli kağızlar bazarının iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış, qəsdən edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsidir. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaya yol verilmir.”.

19. Məcəllənin 996.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

"996.1. Sənədsiz qiymətli kağız sahibini depozitarda depo hesabında olan yazı əsasında müəyyən etmək imkanı verən qiymətli kağız formasıdır.".

20. Məcəllənin 997-ci maddəsində:

20.1. 997.1-ci maddədə "və qiymətli kağızlara dair qanunlar" sözləri ",depozit sertifikatı, ipoteka şəhadətnaməsi, opsion, fyuçers, girov kağızı, mənzil sertifikatı və bu Məcəllə" sözləri ilə əvəz edilsin.

20.2. 997.2-ci maddəyə aşağıdakı redaksiyada ikinci və üçüncü cümlələr əlavə edilsin:

"İnvestisiya qiymətli kağızları buraxılışlarla yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır. Qiymətli kağızların buraxılışı emitentin qiymətli kağızların bir növünə aid olan və eyni dövlət qeydiyyat nömrəsi olan qiymətli kağızlarının toplusudur.";

20.3. aşağıdakı redaksiyada 997.5-997.9-cu maddələr əlavə edilsin:

"997.5. Opsion və fyuçerslər törəmə qiymətli kağızlardır. Törəmə qiymətli kağızlar hər hansı aktivi (qiymətli kağız, valyuta, əmtəə, birja indeksi və s.) almaq və ya satmaq hüququnu təsbit edən qiymətli kağızlardır.

997.6. Qiymətli kağızın sertifikatının məcburi rekvizitləri və onun blankının hazırlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

997.7. Bu Məcəllənin və qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarının pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının mülki, inzibati və ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyət daşıyırlar.

997.8. Qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması nəticəsində vurulmuş ziyan bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir.

997.9. Qiymətli kağızlar bazarında dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qiymətli kağızlar bazarının iştirakçıları barəsində inzibati tənbeh, müvafiq lisenziyanın dayandırılması, ləğv edilməsi, qiymətli kağızlarla əməliyyatların məhdudlaşdırılması, dayandırılması və qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş digər tədbirlərin tətbiq edilməsindən məhkəmə qaydasında şikayət verilə bilər. Belə şikayətin verilməsi məhkəmənin qərarının çıxarılmasına qədər tətbiq olunmuş tədbirin qüvvəsini dayandırmır.".

21. Məcəlləyə aşağıdakı redaksiyada 997-1-ci maddə əlavə edilsin:

"Maddə 997-1. Dövlət və bələdiyyə qiymətli kağızları

997-1.1. Dövlət qiymətli kağızları müvafiq icra hakimiyyəti orqanı və müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı tərəfindən buraxılan qiymətli kağızlardır.

997-1.2. Bələdiyyə qiymətli kağızları bələdiyyə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada buraxılan qiymətli kağızlardır.".

22. Məcəllənin 1036-cı maddəsinə aşağıdakı redaksiyada 1036.4-1036.5-cı maddələr əlavə edilsin:

"1036.4. Əgər vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməməsinə protest icra sənədidir və ödəyicinin hesabındakı vəsaitin mübahisəsiz silinməsi üçün əsasdır. Ödəyənin hesabında vəsait olmadıqda protest verən ərizəçi veksel üzrə öhdəliklərin veksel üzrə borclunun əmlakına yönəldilməsini tələb etmək hüququna malikdir.

1036.5. Veksel üzrə ödəyicinin əmlakı hesabına vekselsaxlayanın tələblərinin ödənilməsi hüququ bu Məcəllənin 1036.4-cü maddəsində göstərilən hal istisna olmaqla, yalnız məhkəmə qərarlarının icrası qaydasında həyata keçirilir. Vekselin etibarsız sayıldığı hallar istisna olmaqla, məhkəmə veksel verilməsinə əsas olan müqavilə şərtlərindən asılı olmayaraq qanunvericiliyin tələblərinə uyğun qeydiyyatdan keçmiş və protest edilmiş veksel əsasında tezləşdirilmiş prosedur üzrə (yeddi iş qünü ərzində) veksel saxlayanın xeyrinə qərar çıxarmalıdırlar.".

23. Məcəlləyə aşağıdakı redaksiyada 1048-1-1048-2-ci maddələr əlavələr edilsin:

"Maddə 1048-1. Xəzinə vekseli

1048-1.1. Xəzinə vekseli dövlət büdcəsindən ödənilməli olan vəsaitlərin məbləğini təsbit edən və ya qısa müddətə şəxslərdən sərbəst pul vəsaitlərinin cəlb edilməsi məqsədi ilə buraxılmış sadə vekseldir.

1048-1.2. Xəzinə vekseli aşağıdakı hallarda verilir:

1048-1.2.1. büdcə təşkilatlarına nəzərdə tutulmuş vəsaitlərin ödənilməsi zamanı xəzinədarlığın sərəncamında kifayət qədər vəsait olmadıqda;

1048-1.2.2. büdcənin cari ehtiyaclarını təmin etmək məqsədilə vəsaitlərin cəlb edilməsi hallarında;

1048-1.2.3. büdcənin mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara borcu olduqda (artıq ödənilmiş vergilər, geri qaytarılmalı olan məbləğlər və s.).

1048-1.3. Xəzinə veskelinin ödəmə müddəti aşağıdakı kimi ola bilər:

1048-1.3.1. tərtib olunduqdan sonra müəyyən vaxt ərzində;

1048-1.3.2. müəyyən edilmiş bir gündə.

1048-1.4. Xəzinə vekselinin ödəmə müddəti yüz səksən təqvim günündən artıq ola bilməz. Xəzinə vekseli yalnız onun buraxıldığı büdcə ili ərzində ödənilməlidir. Xəzinə vekselinin buraxılışı ilin ikinci yarısına təsadüf edərsə, ödəmə müddəti vekselin buraxıldığı tarixdən təqvim ilinin sonuna qədər olan müddətdən çox olmamalıdır.

1048-1.5. Xəzinə vekselindən alınmış mallara görə, görülmüş işlərə və ya göstərilmiş xidmətlərə görə ödəniş vasitəsi kimi istifadə oluna bilər.

1048-1.6. Xəzinə vekseli müvafiq qaydada uçot təşkilatında uçot edilə bilər.

1048-1.7 Xəzinə vekseli təkrar bazarda müvafiq qanunvericiliyə riayət etməklə satılıb-alına bilər. Bu əməliyyatların aparılması üçün vekselsaxlayan müəyyən edilmiş qaydada vekseli verdiyi şəxsin adına indossament vasitəsilə ötürməlidir.

1048-1.8. Xəzinə vekseli hüquqi şəxslər tərəfindən büdcəyə olan vergi və ya digər borcları əvəzinə xəzinədarlığa təqdim edilə bilər.

1048-1.9. Xəzinə vekseli ödəmə vaxtı çatmazdan əvvəl xəzinədarlığa ödəniş üçün təqdim oluna bilməz.

1048-1.10. Xəzinə vekseli ödəniş vaxtı çatdıqda ödəniş üçün onu buraxan xəzinədarlığa (ödəyiciyə) təqdim olunur və onun tərəfindən ödənilir. Xəzinədarlıq (ödəyici) xəzinə vekselini ödəməkdən imtina etdikdə, vekselsaxlayan qanunvericiliyə uyğun olaraq ödəmədən imtinanı rəsmi protest aktı ilə təsbit etdirməlidir.

1048-1.11. Hüquqi və fiziki şəxslərin sərbəst pul vəsaitlərinin büdcəyə cəlb edilməsi məqsədilə xəzinə vekseli diskont qiymətli kağızı kimi buraxılır və xəzinədarlıq tərəfindən nominal dəyərindən aşağı qiymətlə realizə olunur, ödənildikdə isə ödəyici tərəfindən vekselsaxlayana veksel məbləği tam ödənilir.

Maddə 1048-2. Veksellərin uçotu

1048-2.1. Veksellərin uçotu ödəniş vaxtı çatana qədər vekselsaxlayan tərəfindən vekselin uçot təşkilatına verilməsi və onun müqabilində, veksel məbləğindən diskont məbləği çıxılmaqla, qalan məbləğin alınmasıdır.

1048-2.2. Azərbaycan Respublikasında veksellərin uçotu, domisilyasiyası, inkassoya qəbul edilməsi, veksellərin ödənilməsi üzrə xidmətlərin göstərilməsi və veksellər üzrə digər əməliyyatlar yalnız qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş uçot təşkilatları tərəfindən (kredit təşkilatları, veksel evləri və digər ixtisaslaşdırılmış maliyyə-investisiya müəssisələri) həyata keçirilə bilər.

1048-2.3. Veksellərin yenidən uçotu vekselin uçotunu aparan bankdan uçota aldığı veksellərin, ödəniş tarixindən əvvəl Milli Bank tərəfindən vekselin məbləğini diskontla ödəməklə alınmasıdır.

1048-2.4. Veksellərin uçotu və yenidən uçotu qaydaları qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanının və Milli Bankın normativ hüquqi aktları ilə müəyyən edilir.".

24. Məcəllənin 1049-cu maddəsinə aşağıdakı redaksiyada 1049.4–1049.9-cu maddələr əlavə edilsin:

"1049.4. Çeklərə hesablaşma çekı, bank çekı, pul çekı və yol çekı aiddir.

1049.5. Hesablaşma çeki hesablardan nağdsız qaydada hesablaşmaların aparılmasını nəzərdə tutan çekdir.

1049.6. Bank çeki bir bankın başqa banka banklararası hesablaşmaların aparılması üçün təqdim etdiyi çekdir.

1049.7. Pul çeki müştərinin bankda olan hesabından nağd pul vəsaitini almaq üçün yazılı sərəncamdan ibarət olan çekdir.

1049.8. Yol çeki bir məntəqədə verilmiş çekdə imza nümünəsi göstərilən çek sahibinə, çekdə yazılmış məbləği ödəməyi üzərinə götürən təşkilatın öhdəliyi olub, digər məntəqədə nağdlaşdırılan çekdir. Yol çeklərinin ödənilməsi sahibinin imzası əsasında çekin emitenti, onun filialı və yaxud emitentin göstərdiyi digər təşkilat tərəfindən həyata keçirilir.

1049.9.Azərbaycan Respublikasında çeklərin buraxılışı və tədavülü qaydaları qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə müəyyən edilir".

25. Məcəllənin 1070.1-ci maddəsinin ikinci cümləsində "verir" sözü "verə bilər" sözləri ilə əvəz edilsin və maddəyə aşağıdakı redaksiyada üçüncü cümlə əlavə edilsin:

"Faiz ödənişlərini nəzərdə tutmayan istiqraz faizsiz istiqraz hesab olunur.".

26. Məcəllənin 1070.2-ci, 1071- 1075-ci maddələri çıxarılsın.

27. Məcəllənin 1076-ci maddəsində:

27.1. 1076.1-ci maddədə "Konversiya borcu istiqrazları" sozlərindən sonra "açıq" sözü əlavə edilsin;

27.2. 1076.2-ci maddədə "1077.3 və 1077.4-cü maddələri" sozləri "1078-12-ci maddəsi" sözləri ilə əvəz edilsin.

28. Məcəlləyə aşağıdakı redaksiyada 1076-1-1076-5-cü maddələr əlavə edilsin:

"Maddə 1076-1. Təmin edilmiş istiqrazlar

1076-1.1. İstiqrazlar üzrə öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin edilə bilər. Belə istiqrazlar təmin edilmiş istiqrazlara aid edilir.

1076-1.2. Təmin edilmiş istiqrazlar üzrə hüquqların keçməsi ilə təminat üzrə hüquqlar da keçmiş hesab olunur. İstiqrazlar üzrə hüquqların keçməsi ilə müşayiət olunmayan təminat üzrə hüquqların keçməsi etibarsızdır.

1076-1.3. Təmin edilmiş istiqrazlar üzrə təminat haqqında məlumat istiqrazların emissiyası haqqında qərarda və emissiya prospektində əks etdirilməlidir.

1076-1.4. Təmin edilmiş istiqrazlar üzrə təminat üçüncü şəxs tərəfindən təqdim edildikdə həmin şəxs istiqrazların emissiyası haqqında qərarı imzalamalıdır. Təminatı təqdim etmiş şəxs hüquqi şəxs olduqda istiqrazların emissiyası haqqında qərar həmin hüquqi şəxsin rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

1076-1.5. Təmin edilmiş istiqrazlar üzrə təminatın dəyəri istiqrazların ümumi nominal dəyərindən və ödəniləcək olan faizlərdən (olduqda) aşağı olmamalıdır.

1076-1.6. Təmin edilmiş istiqrazlar üzrə, emitent öhdəliklərini istənilən səbəbdən, o cümlədən müflisləşmə nəticəsində icra etmədiyi halda investorlar təminatın predmetini həmin emitentin digər kreditorlarına nisbətən üstün qaydada əldə etmək hüququna malikdirlər.

Maddə 1076-2. Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı

1076-2.1. Təmin edilmiş istiqrazlar üzrə öhdəliklərin icrasını təmin edən öz adından və investorların xeyrinə girov saxlayan qismində qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və ya kredit təşkilatı olan sərəncamçı çıxış edir. Emitentlə sərəncamçı arasında qarşılıqlı asılılıq olmamalıdır.

1076-2.2. Sərəncamçı emitentin istiqrazların emissiyası haqqında qəbul olunmuş qərarında müəyyənləşdirilir və emitentlə bağlanılmış müqavilə əsasında fəaliyyət göstərir.

Maddə 1076-3. Girovla təmin edilmiş istiqrazlar

1076-3.1. Girovla təmin edilmiş istiqrazlar üzrə girov predmeti yalnız investisiya qiymətli kağızları, depozit sertifikatları, ipoteka şəhadətnamələri, girov kağızları və mənzil sertifikatları ola bilər.

1076-3.2. Girovla təmin edilmiş istiqrazların bir buraxılışının daxilində hər bir istiqraz sahibi girov qoyulmuş əmlaka münasibətdə həmin buraxılışda olan digər istiqrazların bütün başqa sahibləri ilə bərabər hüquqlara malikdir.

1076-3.3. Girovla təmin edilmiş istiqrazlar üzrə əmlakın girov qoyulması, qanunvericilikdə girov üçün nəzərdə tutulmuş prosedurlara müvafiq sürətdə həyata keçirilir.

1076-3.4. Girovla təmin edilmiş istiqrazlar üzrə girovun predmeti olan qiymətli kağızlar qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq surətdə depozitarda deponentləşdirilərək öhdəliklərlə yüklənməlidir.

1076-3.5. Girovla təmin edilmiş istiqrazlar dövlət qeydiyyatına alındıqdan əvvəl girov predmetini təşkil edən qiymətli kağızların (adsız qiymətli kağızlar daxıl olmaqla) girovu dövlət qeydiyyatına alınır və depozitarda və reyestrin aparılması sistemində (olduqda) dondurulur.

1076-3.6. Girov predmetini təşkil edən qiymətli kağızlar dondurulduqdan sonra, girovqoyan sərəncamçıya bu barədə rəsmi məlumat verir.

1076-3.7. Girovla təmin edilmiş istiqrazlar üzrə öhdəliklərin emitent tərəfindən icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, girov predmeti olan əmlak bu istiqrazların hər hansı sahibinin sərəncamçıya ünvanlanmış yazılı tələbi ilə, sərəncamçı tərəfindən qanunvericiliyə müvafiq surətdə ödənişə yönəldilə bilər. Sərəncamçı istiqraz sahibinin yazılı tələbində qeyd olunmuş istiqrazlar üzrə öhdəliklərin emitent tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi faktlarını araşdırır və yalnız bu faktlar təsdiq olunduqda girov predmetini ödənişə yönəldir.

1076-3.8. Girov qoyulmuş əmlakın satılmasından əldə edilmiş vəsait girovla təmin edilmiş istiqrazların sahibləri olan şəxslərə verilir. Girov qoyulmuş əmlakın satılmasından əldə edilmiş vəsaitin məbləği istiqrazlar üzrə icra edilməmiş öhdəliklərin məbləğindən çox olduqda, bu fərq öhdəliklər tam şəkildə ödənildikdən sonra emitentə qaytarılır.

1076-3.9. Girovla təmin edilmiş istiqrazların sahibləri bu Məcəllənin 1076-3.7-ci bəndində göstərilmiş tələbləri, öhdəliyin icra müddətinin bitdiyi gündən sonra qanunvericilikdə müəyyən edilmiş müddət ərzində vermək hüququna malikdir.

Maddə 1076-4. Qarantiya ilə təmin edilmiş istiqrazlar

1076-4.1. İstiqrazlar üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün təqdim edilən qarantiya qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir.

1076-4.2. İstiqrazlar üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün təqdim edilən qarantiya bu istiqrazlar üzrə öhdəliklər tam icra edilənədək geri çağırıla bilməz.

1076-4.3. Qarantiya, emitent tərəfindən istiqrazlar üzrə öhdəliklər tam şəkildə icra olunanadək, sərəncamçıda saxlanılır.

Maddə 1076-5. Dövlət və bələdiyyə zəmanəti ilə təmin edilmiş istiqrazlar

Dövlət və bələdiyyə zəmanəti ilə təmin edilmiş istiqrazların buraxılması qaydası müvafiq qanunvericiliklə tənzimlənir.".

29. Məcəllənin 1077-ci maddəsində:

29.1. 1077.1-ci maddəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər.";

29.2. 1077.2-ci, 1077.3-cü, 1077.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"1077.2. Səhm adi və ya imtiyazlı növündə buraxıla bilər. Səhmin nominal dəyəri səhmin dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir. Səhmlərin nominal dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə ifadə olunur. Səhmlərin nominal dəyərindən aşağı qiymətlə ilkin yerləşdirilməsinə yol verilmir.

1077.3. Adi səhmlərin hər biri eyni nominal dəyərli olmaqla onun sahibinə eyni həcmdə huquqlar verir.

1077.4. İmtiyazlı səhmlərin bir buraxılışı daxilində hər biri eyni nominal dəyərli olmaqla onun sahibinə eyni həcmdə huquqlar verir.";

29.3. aşağıdakı redaksiyada 1077.5 –1077.7-ci maddələr əlavə edilsin:

"1077.5. Adi səhm sahibinə emitentin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür.

1077.6. İmtiyazlı səhm emitentin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, sahibinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almasına təminat verən, emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququnu, habelə səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm növüdür.

1077.7. Səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarına əsasən cəmiyyət bir neçə eyni növlü səhmi bir səhmdə birləşdirə bilər və bir səhmi bir neçə həmin növ səhmə dəyişdirilmə yolu ilə xırdalaya bilər. Ümumi yığıncaqda səhmlərin birləşdirilməsi və ya xırdalanması haqqında qərar qəbul edildikdə, səhmdar cəmiyyətinin nizamnaməsində də müvafiq dəyişikliklər edilməlidir. Səhmdar cəmiyyətinin səhmlərinin birləşdirilməsi və xırdalanması qaydaları qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".

30. Məcəllənin 1078.1-ci maddəsində "əmtəə kağızlarında" sözləri "əmtəə kağızlarında (yəni sahibinin qiymətli kağızda göstərilən əmtəəyə dair sərəncam vermək və bu əmtəəni almaq hüququnu təsbit edən qiymətli kağızlarda (anbar şəhadətnaməsi, konosament və s.)" sözlərlə əvəz edilsin.

31. Məcəlləyə aşağdakı redaksiyada § 8-§ 18-ci paraqraflar əlavə edilsin:

" §8. Mənzil sertifikatı

Maddə 1078-1. Mənzil sertifikatı

1078-1.1. Mənzil sertifikatları fiziki və hüquqi şəxslər arasında yerləşdirilən sənədli qiymətli kağızlar olub, sahiblərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların (mənzillərin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək ixtiyarını verir.

1078-1.2. Mənzil sertifikatı adlı və ya adsız qiymətli kağız ola bilər. Mənzil sertifikatlarının buraxılışı və tədavülü qaydaları qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ-hüquqi aktlarla tənzimlənir.

§9. Cirov kağızı və ipoteka şəhadətnaməsi

Maddə 1078-2. Girov kağızı və ipoteka şəhadətnaməsi

1078-2.1. Öhdəliklərin təminatını təsbit edən qiymətli kağızlara girov kağızı və ipoteka şəhadətnaməsi daxildir.

1078-2.2. İpoteka şəhadətnaməsi qanuni sahibinə ipoteka müqaviləsində göstərilən, əmlakın ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və əmlakın ipotekası haqqında müqavilədə göstərilən girov hüququnu təsdiq edən adlı qiymətli kağızdır.

1078-2.3. Girov kağızı girovqoyanla, o borclu deyilsə, həm də borclu ilə girovsaxlayan arasında əmlakın və hüquqların girova qoyulmasını və bundan irəli gələn hüquq və öhdəlikləri təsbit edən adlı qiymətli kağızdır.

1078-2.4. Əmlakın və hüquqların girovu və ya ipotekası ilə təmin edilmiş öhdəliklər üzrə girovsaxlayanın və ya ipotekasaxlayanın hüquqları girov kağızının və ya ipoteka şəhadətnaməsinin tərtibi ilə rəsmiləşdirilə və təsdiq edilə bilər.

1078-2.5. Girov və ya ipoteka ilə təmin olunmuş öhdəliklər üzrə borclu, girovqoyan və ipotekaqoyan girov kagızı və ya ipoteka şəhadətnaməsi üzrə cavabdeh şəxslərdir. Borclu, qirovqoyan və ipotekaqoyan eyni və ayrı-ayrı şəxslər ola bilər.

1078-2.6. Əmlaka girov və ya ipoteka hüququnu təsbit edən girov kağızının və ya ipoteka şəhadətnaməsinin sahibi (girovsaxlayan və ya ipotekasaxlayan (kreditor) borclunun və qirovqoyanın razılığı olmadan borc üzrə tələbini digər şəxsə, girov kağızında və ya ipoteka şəhadətnaməsində yazdığı ötürücü yazı vasitəsilə o şərtlə ötürə bilər ki, həmin ötürücü yazı (indossament) öhdəliyin mahiyyətinə, onun borclu və girovqoyanla və ya ipotekaqoyanla razılaşmasına və mövcud qanunvericiliyə zidd olmasın.

1078-2.7. Girova və ya ipotekaya şamil edilən təminatlı borc üzrə tələb başqasına keçdikdə girov kağızı və ya ipoteka şəhadətnaməsi üzrə girovsaxlayanın və ya ipotekasaxlayanın hüquqları müvafiq sürətdə həmin şəxsə keçir.

1078-2.8. Girov kağızının və ya ipoteka şəhadətnaməsinin sahibi ilə (girovsaxlayan və ya ipotekasaxlayan) digər şəxs arasında bağlanmış müqavilə üzrə öhdəliyin təminatı məqsədilə girov kağızı və ya ipoteka şəhadətnaməsi müvafiq olaraq girov və ya ipotekaya qoyula bilər. Bu halda girov və ya ipoteka hüququ ümumi qaydada dövlət qeydiyyatından keçməlidir, lakin bu hüquq girov kağızı və ya ipoteka şəhadətnaməsilə təsbit edilə bilməz.

1078-2.9. Dövlət qeydiyyatına alınmış qiymətli kağızlarla girovu, o cümlədən girov kağızı və ipoteka şəhadətnaməsinə dair dövlət qeydiyyatı rəsmi dövlət reyestrində aparılır. Rəsmi dövlət reyestrinin aparılması qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

1078-2.10. Rəsmi dövlət reyestrinin aparılması girov qoyulmuş qiymətli kağızlar üzrə hüquqların məhdudlaşdırılması haqqında bütün məlumatların mərkəzləşdirilmiş qaydada toplanması üçün nəzərdə tutulur.

§ 10. Törəmə qiymətli kağızlar

Maddə 1078-3. Törəmə qiymətli kağızlar

1078-3.1. Törəmə qiymətli kağızlarına fyuçerslər, opsionlar və qanunvericiliklə müəyyən edilmiş digər qiymətli kağızlar aid edilir.

1078-3.2. Fyuçers müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə alınması və ya satılması haqqında öhdəliyini təsbit edən standartlaşdırılmış birja müqaviləsini ifadə edən qiymətli kağızdır.

1078-3.3. Opsion sahibinə müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə almaq və ya satmaq hüququnu ifadə edən qiymətli kağızdır.

1078-3.4. Törəmə qiymətli kağızlar üçün baza aktivi kimi xarici valyuta, qiymətli kağızlar, birja indeksləri, əmtəə və s. çıxış edə bilər.

1078-3.5. Törəmə qiymətli kağızların tədavülü ilə bağlı digər xüsusatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

§ 11. Özəlləşdirmə qiymətli kağızları

Maddə 1078-4. Özəlləşdirmə qiymətli kağızları

1078-4.1. Özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət əmlakının müvafiq ganunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır.

1078-4.2. Dövlət əmlakının özəlləşdirilməsi zamanı buraxılan qiymətli kağızların növləri, emissiyası, tədavülü qaydaları və sair məsələlər bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilir.

§12. Depozit sertifikatı

Maddə 1078-5. Depozit sertifikatı

1078-5.1. Depozit sertifikatı əmanətçidən və ya əmanətçi üçün banka daxil olmuş pul məbləğini (depoziti) və onun üçün faizləri bankdan almaq hüququnu təsbit edən qiymətli kağızdır. Depozit sertifikatı müəyyən müddətə adlı və ya adsız qiymətli kağız kimi buraxıla bilər.

1078-5.2. Depozit sertifikatları birdəfəlik və ya seriyalarla, sənədli formada buraxıla bilər.

1078-5.3. Depozit sertifikatının buraxılması, qeydiyyatı və tədavülü qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

§13. Qiymətli kağızların emissiyası

Maddə 1078-6. İnvestisiya qiymətli kağızlarının emissiyasının əsasları

1078-6.1.Qiymətli kağızların emissiyası emitentin qiymətli kağızlarının emissiyası haqqında qərarının qəbulunun, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda emissiya prospektinin tərtibinin, qiymətli kağızların buraxılışının, yerləşdirilməsinin və bu Məcəllə ilə müəyyən edilmiş digər tədbirlərinin məcmusudur.

1078-6.2. İnvestisiya qiymətli kağızının forması və buraxılış şərtləri investisiya qiymətli kağızlarının emissiyası haqqında qərarda və investisiya qiymətli kağızlarının emissiya prospektində (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa) birmənalı müəyyən edilməlidir.

1078-6.3.İnvestisiya qiymətli kağızları aşağıdakı formalardan birində emissiya edilə bilər:

1078-6.3.1. sənədli adlı qiymətli kağızlar;

1078-6.3.2. sənədsiz adlı qiymətli kağızlar;

1078-6.3.3. sənədli adsız qiymətli kağızlar.

1078-6.4. İnvestisiya qiymətli kağızlarının forması emitentin emissiya haqqında qərar qəbul etmiş orqanının qərarı ilə bu dəyişikliklər müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmaqla dəyişdirilə bilər. Adlı qiymətli kağızların adsız qiymətli kağızlara çevrilməsi bu Məcəllənin 992-ci maddəsi ilə tənzimlənir.

1078-6.5. Eyni dövlət qeydiyyat nömrəsi olan investisiya qiymətli kağızları bir formada buraxılmalıdır.

1078-6.6. İnvestisiya qiymətli kağızlarının nominalı milli və səhmlər istisna olmaqla sərbəst dönərli valyutada ifadə oluna bilər.

1078-6.7. İnvestisiya qiymətli kağızlarının konvertasiyası ilə bağlı emissiyanın xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 1078-7. İnvestisiya qiymətli kağızlarının emissiyasının mərhələləri

1078-7.1. İnvestisiya qiymətli kağızlarının emissiyası aşağıdakı mərhələlərdən ibarətdir:

1078-7.1.1. emitent tərəfindən investisiya qiymətli kağızlarının emissiyası haqqında qərarın qəbul edilməsi;

1078-7.1.2. investisiya qiymətli kağızlarının emissiya prospektinin tərtib edilməsi (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa);

1078-7. 1.3. investisiya qiymətli kağızları buraxılışının dövlət qeydiyyatı;

1078-7.1.4. investisiya qiymətli kağızlarının emissiya prospektində olan məlumatların açıqlanması (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa);

1078-7.1.5. investisiya qiymətli kağızlarının yerləşdirilməsi;

1078-7.1.6. investisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabatın qeydiyyatı;

1078-7.1.7. investisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabatda olan məlumatların açıqlanması (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunubsa).

1078-7.2. Səhmdar cəmiyyətlərinin yaradılması, habelə səhmdar cəmiyyətlərinin və digər hüquqi şəxslərin yenidən təşkili zamanı (qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla) səhmlərin buraxılışının dövlət qeydiyyatı həmin qiymətli kağızların dəyərinin təsisçilər tərəfindən ödənilməsindən sonra həyata keçirilir.

Maddə 1078-8. İnvestisiya qiymətli kağızlarının emissiyası haqqında qərar

1078-8.1. İnvestisiya qiymətli kağızlarının hər bir növünün emissiyası haqqında ayrıca qərar qəbul edilməlidir.

1078-8.2. İnvestisiya qiymətli kağızlarının emissiyası haqqında qərarda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

1078-8.2.1. emitentin tam adı və olduğu yer;

1078-8.2.2. qərarın qəbul edilməsi tarixi;

1078-8.2.3. qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı;

1078-8.2.4. qiymətli kağızın növü;

1078-8.2.5. qiymətli kağızın forması;

1078-8.2.6. qiymətli kağızın nominal dəyəri;

1078-8.2.7. həmin buraxılışa daxil olan qiymətli kağızların sayı və ümumi məbləği;

1078-8.2.8. qiymətli kağızların yerləşdirilməsi qaydası;

1078-8.2.9. bir qiymətli kağızla təsbit edilən hüquqlar;

1078-8.2.10. qiymətli kağızların sahibləri qarşısında emitentin öhdəlikləri;

1078-8.2.11. emitentin rəhbərinin adı, soyadı, möhürlə təsdiqlənmiş imzası.

1078-8.3. Konversiya borcu istiqrazların emissiyası haqqında qərar qəbul edilərkən onların ödənilməsinə yönəldilən səhmlərin emissiyası haqqında qərar qəbul edilməlidir.

Maddə 1078-9. Dövlət qiymətli kağızlarının emissiyası

1078-9.1. Dövlət qiymətli kağızlarının emissiyası müvafiq icra hakimiyyəti orqanı və müvafiq qaydada buna səlahiyyətləndirilmiş digər dövlət orqanı tərəfindən həyata keçirilir.

1078-9.2. Dövlət qiymətli kağızlarının emissiyası və tədavülü emitentin rəyi alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

Maddə 1078-10. Bələdiyyə qiymətli kağızlarının emissiyası

Bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 1078-11. İnvestisiya qiymətli kağızlarının buraxılışının

dövlət qeydiyyatı

1078-11.1. İnvestisiya qiymətli kağızlarının buraxılışları müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır.

1078-11.2. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün emitent tərəfindən müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədlər təqdim edilməlidir:

1078-11.2.1. investisiya qiymətli kağızlarının qeydiyyata alınması üçün ərizə;

1078-11.2.2. investisiya qiymətli kağızlarının emissiyası haqqında qərar;

1078-11.2.3. emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və təsis sənədlərinin notarial qaydada təsdiq olunmuş surətləri;

1078-11.2.4. investisiya qiymətli kağızlarının emissiya prospekti (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa);

1078-11.2.5. investisiya qiymətli kağızının sertifikatının nümunəsi (investisiya qiymətli kağızları sənədli formada buraxıldıqda);

1078-11.2.6. investisiya qiymətli kağızların emissiya prospektinin qeydiyyata alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa).

1078-11.3. Təmin edilmiş istiqrazların buraxılışının dövlət qeydiyyatı yalnız onlar üzrə verilmiş təminatın qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsindən sonra həyata keçirilir.

1078-11.4. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən on beş iş günü müddətində baxılır və qeydiyyatdan imtina üçün əsas olmadıqda, qiymətli kağızlar buraxılışı dövlət qeydiyyatına alınır. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınmasından imtina edildikdə, bu barədə emitentə rəsmi bildiriş verilir. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı həmin buraxılışa dövlət qeydiyyat nömrəsinin verilməsindən və bu məlumatların dövlət reyestrinə daxil edilməsindən ibarətdir. Dövlət qeydiyyat nömrəsinin verilməsi və reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1078-11.5. İstiqrazlar buraxılışının məcmu nominal dəyəri emitentin ödənilməmiş istiqrazlarının məcmu nominal dəyəri ilə birlikdə onun nizamnamə kapitalının miqdarından və ya üçüncü şəxslərin ona bu məqsədlə verdikləri təminatın ölçüsündən çox olduqda həmin istiqrazların dövlət qeydiyyatına yol verilmir.

1078-11.6. İnvestisiya qiymətli kağızları buraxılışı dövlət qeydiyyatından keçənə qədər qiymətli kağızların reklamı, hər hansı bir investora rəsmi təklif edilməsi və emissiya prospektinin potensial investorlara təqdim edilməsi qadağandır.

1078-11.7. Emitentin müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi qiymətli kağızların buraxılışı üzrə sənədlərdə göstərilən məlumatların tamlığına və dürüstlüyünə görə məsuliyyəti həmin sənədləri imzalamış vəzifəli şəxslər daşıyır.

Maddə 1078-12. İnvestisiya qiymətli kağızlarının emissiya

prospektinə dair ümumi tələblər

1078-12.1. İnvestisiya qiymətli kağızlarının emissiyası (qapalı yerləşdirmə istisna olmaqla) emissiya prospekti ilə müşayiət olunur.

1078-12.2. İnvestisiya qiymətli kağızlarının emissiya prospektində aşağıdakı məlumatlar olmalıdır:

1078-12.2.1. emitentin tam adı, təşkilati-hüquqi forması və olduğu yer;

1078-12.2.2. hüquqi şəxslərin dövlət reyestrində emitent barədə olan məlumatlar;

1078-12.2.3. emitentin nizamnamə kapitalının on faizindən az olmayan miqdarda səs hüququnu verən səhmlərinə (bundan sonra - səsli səhmlər) malik olan şəxslər barədə məlumat;

1078-12.2.4. emitentin idarəetmə orqanı, icra və nəzarət orqanları haqqında məlumat;

1078-12.2.5. emitentin filial və nümayəndəlikləri haqqında məlumat;

1078-12.2.6. nizamnamə kapitalında emitentin payı on faizdən az olmayan hüquqi şəxslərin siyahısı və rekvizitləri;

1078-12.2.7. nizamnamə kapitalı və onun tərkibi haqqında, o cümlədən nizamnamə kapitalının miqdarı, səhmlərin miqdarı, onların nominal dəyəri və növləri, habelə səhmlərin ayrı-ayrı növlərinin imtiyazları haqqında məlumat (səhmdar cəmiyyətləri üçün);

1078-12.2.8. müstəqil auditorun hesabatı ilə birlikdə, emitentin sonuncu balansı və toplu maliyyə hesabatı;

1078-12.2.9. emitentin təsis edildiyi tarixdən və ya son beş maliyyə ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat;

1078-12.2.10. emitentin əvvəl emissiya edilmiş qiymətli kağızları haqqında məlumat;

1078-12.2.11. investisiya qiymətli kağızlarının buraxılışı haqqında ümumi məlumat;

1078-12.2.12. investisiya qiymətli kağızlarının yerləşdirilmə qaydası;

1078-12.2.13. emitentin kreditor borcları, ödəniləcək faizlərin məbləği və satınalma şərtləri (istiqrazlar üzrə);

1078-12.2.14. istiqrazlar üzrə müəyyənləşdirilmiş xüsusi təminatlar (olduqda);

1078-12.2.15. təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı haqqında məlumat;

1078-12.2.16. investisiya qiymətli kağızlarının ödənilməsi qaydası;

1078-12.2.17. investisiya qiymətli kağızlarının yerləşdirilməsində iştirak edəcək qiymətli kağızlar bazarının peşəkar iştirakçısı haqqında məlumat;

1078-12.2.18. investisiya qiymətli kağızlarının emissiyası haqqında qərarın tarixi, nömrəsi və onu qəbul etmiş orqanın adı;

1078-12.2.19. imtiyazlı səhmlərlə təsbit olunmuş hüquqların məzmunu;

1078-12.2.20. investisiya qiymətli kağızlarının əldə edilməsi üçün məhdudiyyətlər (olduqda).

Maddə 1078-13. İnvestisiya qiymətli kağızları buraxılışının dövlət

qeydiyyatından imtina

1078-13.1. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatından aşağıdakı hallarda imtina edilə bilər:

1078-13.1.1. investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə;

1078-13.1.2. emitentin səhmlərinin əvvəlki emissiyasının yekunları haqqında hesabat qeydiyyatdan keçmədikdə (səhm buraxılışı üçün);

1078-13.1.3. investisiya qiymətli kağızlarının emissiya prospektinə və ya investisiya qiymətli kağızlarının emissiyası haqqında qərara (qiymətli kağızların buraxılışının dövlət qeydiyyatı üçün əsas olan digər sənədlərə) qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatlar daxil edildikdə;

1078-13.1.4. emitent tərəfindən qiymətli kağızlar bazarında ciddi qanun pozuntularina yol verildikdə.

1078-13.2. İnvestisiya qiymətli kağızlarının buraxılışının bu Məcəllədə göstərilənlərdən başqa digər əsaslarla dövlət qeydiyyatından imtina edilməsinə yol verilmir.

1078-13.3. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatından imtina edilməsi haqqında bildiriş müvafiq icra hakimiyyəti orqanı tərəfindən emitentə təqdim edilir.

1078-13.4. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatından imtina edilməsi haqqında qərardan emitent məhkəmə qaydasında şikayət edə bilər.

Maddə 1078-14. İnvestisiya qiymətli kağızlarının buraxılışı haqqında məlumatın açıqlanması

1078-14.1. İnvestisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunduqda, emitent onları yerləşdirməzdən əvvəl emissiya prospektində olan məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada açıqlamalıdır.

1078-14.2. İnvestisiya qiymətli kağızlarının emissiya prospekti emitentin ünvanında, qiymətli kağızların satış yerlərində olmalıdır və tanışlıq üçün emitent və ya yerləşdirməni həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən heç bir ödəniş tələb edilmədən təqdim edilməlidir. Emitent emissiya prospekti ilə tanış olmaq üçün zəruri olan şəraiti yaratmalı və bunun üçün vaxtı və ünvanı kütləvi informasiya vasitələrində elan etməlidir.

Maddə 1078-15. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi

1078-15.1. Qiymətli kağızların yerləşdirilməsi emitentin qiymətli kağızlarının ilk sahiblərinə özgəninkiləşdirilməsidir. Emitent investisiya qiymətli kağızlarının yerləşdirilməsi hüququnu onlar dövlət qeydiyyatından keçdiyi andan əldə edir.

1078-15.2. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi kütləvi təklif və ya investorların məhdud dairəsinə təklif (qapalı yerləşdirmə) üsulu ilə həyata keçirilir.

1078-15.3. Açıq səhmdar cəmiyyətlərinin səhmlərinin qapalı yerləşdirilməsinə (açıq səhmdar cəmiyyətlərinin yaradılması və yenidən təşkili zamanı, habelə səhmlərin konvertasiyası halları istisna olmaqla), qapalı səhmdar cəmiyyətlərinin səhmlərinin isə kütləvi təklif üsulu ilə yerləşdirilməsinə yol verilmir.

1078-15.4. Yerləşdirilən investisiya qiymətli kağızlarının sayı investisiya qiymətli kağızlarının emissiyası haqqında qərarda və ya emissiya prospektində göstərilən sayından çox olmamalıdır. Lakin emitent investisiya qiymətli kağızlarının emissiyası haqqında qərarda və ya emissiya prospektində göstəriləndən az sayda investisiya qiymətli kağızları yerləşdirə bilər. Bu zaman investisiya qiymətli kağızlarının emissiyasının baş tutmuş hesab edilməsi üçün əsas olan qiymətli kağızların yerləşdirilmiş hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1078-15.5. İnvestisiya qiymətli kağızlarının kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı qiymətli kağızları alarkən bir alıcıya başqaları qarşısında üstünlük verilməsi qadağandır. Bu müddəa səhmdar cəmiyyətinin səhmdarlarına investisiya qiymətli kağızlarının emissiyası haqqında qərar qəbul edilən zaman onlarda olan səhmlərin sayına mütənasib miqdarda yeni emissiya olunan qiymətli kağızları almaqda üstünlük hüququ verildikdə tətbiq olunmur.

1078-15.6. Səhmdar cəmiyyətlərinin səhmlərinin kütləvi təklif üsulu ilə yerləşdirilməsi fond birjası vasitəsi ilə həyata keçirilir. Səhmlərin emissiyasının baş tutmuş hesab edilməsi üçün əsas olan hissəsinin fond birjası vasitəsi ilə yerləşdirilməsi qiymətli kağızların buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən etibarən bir il ərzində başa çatmalıdır.

1078-15.7. Emitent investisiya qiymətli kağızın dəyərinin ilk sahibi tərəfindən ödənildiyi tarixdən etibarən on beş gündən gec olmayaraq onun sahibi haqqında məlumatın qiymətli kağızların sahiblərinin reyestrinə daxil edilməsini (adlı qiymətli kağızların yerləşdirilməsi halında), investisiya qiymətli kağızın sahibinə investisiya qiymətli kağızın sertifikatının və ya depo hesablardan çıxarışların verilməsini təmin etməlidir.

1078-15.8. İnvestisiya qiymətli kağızları sənədli formada olduqda emitent onların sahibinə qiymətli kağızların sertifikatını (sertifikatlarını) verir.

1078-15.9. İnvestisiya qiymətli kağızları sənədsiz formada olduqda onların sahiblərinə əldə etdikləri qiymətli kağızları əks etdirən sertifikat depozitar tərəfindən verilir.

1078-15.10. Bir sertifikatla bir və daha çox sayda eyni dövlət qeydiyyat nömrəsi olan investisiya qiymətli kağızlara hüquqlar təsdiq edilə bilər. Bir investisiya qiymətli kağıza hüquqlar yalnız bir sertifikatla təsdiq edilə bilər.

1078-15.11. Kütləvi təklif üsulu ilə yerləşdirilən səhmlərin dəyəri yalnız pulla ödənilir.

1078-15.12. Emitent müvafiq icra hakimiyyəti orqanına investisiya qiymətli kağızların yerləşdirilməsi haqqında hesabat təqdim etməlidir. İnvestisiya qiymətli kağızların yerləşdirilməsi haqqında hesabatın təqdim edilməsi qaydası qanunvericiliklə müəyyən olunur.

1078-15.13. Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 1078-16. İnvestisiya qiymətli kağızlarının

emissiyasının dayandırılması

1078-16.1. İnvestisiya qiymətli kağızlarının emissiyasının dayandırılması müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qiymətli kağızların çap edilməsi, reklamı və yerləşdirilməsi üzrə digər tədbirlərin dayandırılmasıdır.

1078-16.2. İnvestisiya qiymətli kağızlarının emissiyası aşağıdakı əsaslarla müvafiq icra hakimiyyəti orqanı tərəfindən dayandırıla bilər:

1078-16.2.1. qeydiyyata alınmış emissiya şərtlərinin, habelə bu Məcəllənin və digər müvafiq normativ-hüquqi aktların qiymətli kağızların emissiyası ilə bağlı olan tələbləri pozulduqda;

1078-16.2.2. investisiya qiymətli kağızlarının dövlət qeydiyyatından keçmiş sayından çox yerləşdirildikdə.

1078-16.3. Emitent qiymətli kağızların emissiyasının dayandırılması barədə müvafiq icra hakimiyyəti orqanından rəsmi bildiriş aldıqdan sonra dərhal kütləvi informasiya vasitələri ilə bu barədə məlumat verməli və qiymətli kağızların emissiyası zamanı yol verilmiş pozuntuları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddət ərzində aradan qaldırmalıdır.

1078-16.4. Qiymətli kağızların emissiyası zamanı yol verilmiş pozuntular aradan qaldırıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanının qərarı ilə emissiya davam etdirilə bilər. Bu zaman qiymətli kağızların yerləşdirilməsi müddəti emissiya dayandırıldığı müddətə uzadılır.

1078-16.5. İnvestisiya qiymətli kağızları dövlət qeydiyyatından keçmiş sayından çox yerləşdirildikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən gündən iki ay ərzində emitent həmin kağızların geri satın alınmasını və ləğv edilməsini təmin etməlidir. Əks təqdirdə müvafiq icra hakimiyyəti orqanı emitent tərəfindən əsassız əldə edilmiş məbləğlərin investorlara qaytarılması üçün məhkəməyə müraciət edə bilər.

1078-16.6. İnvestisiya qiymətli kağızlarının emissiyasının dayandırılması ilə əlaqədar xərclər və investorlara müvafiq vəsaitlərin qaytarılması emitentin vəsaiti hesabına həyata keçirilir.

Maddə 1078-17. İnvestisiya qiymətli kağızlarının emissiyasının

yekunları haqqında hesabat

1078-17.1. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi başa çatdıqdan sonra otuz gün müddətində emitent müvafiq icra hakimiyyəti orqanına investisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabat təqdim etməlidir.

1078-17.2. İnvestisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabata aşağıdakı məlumatlar daxil edilməlidir:

1078-17.2.1. investisiya qiymətli kağızlarının yerləşdirilməsinin başlanması və başa çatması tarixi;

1078-17.2.2. yerləşdirilmiş investisiya qiymətli kağızlarının sayı;

1078-17.2.3. investisiya qiymətli kağızlarının yerləşdirilməsindən daxil olan vəsaitin ümumi məbləği;

1078-17.2.4. investisiya qiymətli kağızlarının yerləşdirilməsi zamanı emitentlə investorlar arasında bağlanılmış əqdlər haqqında məlumat.

1078-17.3. Müvafiq icra hakimiyyəti orqanı investisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabata on beş iş günü müddətində baxır və qeydiyyatdan imtina üçün əsas olmadıqda onu qeydə alır.

1078-17.4. Müvafiq icra hakimiyyəti orqanı investisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabatı qeydiyyata almaqdan həmin buraxılış qiymətli kağızlarının emissiyası ilə əlaqədar qanun pozuntularına yol verildikdə imtina edə bilər.

1078-17.5. İnvestisiya qiymətli kağızlarının kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı emissiyanın yekunları haqqında hesabat, qeydiyyata alındıqdan sonra, emitent tərəfindən kütləvi informasiya vasitələrində açıqlanmalıdır.

Maddə 1078-18. İnvestisiya qiymətli kağızlarının emissiyasının

baş tutmamış hesab edilməsi

1078-18.1. İnvestisiya qiymətli kağızları onların emissiyasının baş tutmuş hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş saydan az miqdarda yerləşdirildikdə və ya qanunvericiliklə müəyyən edilmiş digər hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən emissiya baş tutmamış hesab edilə bilər.

1078-18.2. Emissiyanın baş tutmamış hesab edilməsi barədə emitent kütləvi informasiya vasitələri ilə elan verməli və yerləşdirilmiş qiymətli kağızları geri satın alaraq, investorlardan alınmış vəsaitləri onlara qaytarmalı və bunun nəticələri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim etməlidir.

Maddə 1078-19. İnvestisiya qiymətli kağızlarının buraxılışının

etibarsız hesab edilməsi

İnvestisiya qiymətli kağızlarının emissiyası zamanı bu Məcəllənin və müvafiq qanunvericiliyin tələbləri pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanının iddiası ilə məhkəmə tərəfindən həmin buraxılış etibarsız hesab edilə bilər. Bu halda həmin buraxılışda olan bütün qiymətli kağızlar emitentə, qiymətli kağızların yerləşdirilməsindən əldə edilmiş vəsaitlər investorlara qaytarılmalıdır.

§14. Qiymətli kağızların tədavülü

Maddə 1078-20. Qiymətli kağızlar üzrə əqdlər

1078-20.1. Qiymətli kağızların tədavülü yerləşdirmədən sonra qiymətli kağızlarla mülki-hüquqi əqdlərin bağlanması nəticəsində mülkiyyət hüquqlarının keçməsi və qeydiyyatı prosesidir.

1078-20.2. Qiymətli kağızlar üzrə əqdlər bu Məcəlləyə müvafiq olaraq bağlanılır və həyata keçirilir.

1078-20.3. Adlı qiymətli kağızları əldə edən şəxsin mülkiyyət hüquqları qiymətli kağızlar üzrə hüquqların ötürülməsinin qeydiyyatı ilə yaranır.

1078-20.4. Qiymətli kağızların tədavülü zamanı qanun pozuntuları aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı qanun pozuntusu ilə müşaiyət olunan əqdlərin bağlanılmasını və icrasını dayandıra bilər.

1078-20.5. Qiymətli kağızların növləri üzrə alqı-satqı əqdlərinin bağlanması qaydaları bu Məcəllə və ona müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1078-20.6. Hüquqi və fiziki şəxslərin borclarının qiymətli kağızlarla rəsmiləşdirilməsi və ödənilməsi qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.

1078-20.7. Adlı investisiya qiymətli kağızlarla əqdlər broker vasitəsilə bağlanmadıqda və ya belə əqdlərdə tərəf müqabili diler olmadıqda həmin əqdlər notarial qaydada təsdiq olunmalıdır.

1078-20.8. Ünvanlı satış istisna olmaqla, səhmdarların sayı yüzdən artıq olan səhmdar cəmiyyətlərinin yerləşdirilmiş səhmlərilə alqı-satqı əqdləri fond birjası vasitəsilə bağlanmalıdır.

Maddə 1078-21. Qiymətli kağızlar üzrə hüquqların ötürülməsi

1078-21.1. Qiymətli kağızlara hüquqlar bu Məcəllənin 993-cü maddəsinə və bu maddədə müəyyən edilmiş xüsusiyyətlərə uyğun olaraq ötürülür.

1078-21.2. Adsız sənədli qiymətli kağız üzrə hüquqlar onun sertifikatının yeni sahibinə verilməsi ilə ötürülür.

1078-21.3. Depozitarda saxlanılan adsız sənədli qiymətli kağızlar üzrə hüquqlar qiymətli kağızların yeni sahibinin "depo" hesabına köçürülməsi yolu ilə ötürülür.

1078-21.4. Adlı sənədsiz qiymətli kağızlar üzrə hüquqlar qiymətli kağızların sahibinin "depo" hesabından yeni sahibin "depo" hesabına köçürülməsi yolu ilə ötürülür.

1078-21.5. Adlı sənədli qiymətli kağızlar üzrə hüquqlar yeni sahibə qiymətli kağızları (sertifikatları) verməklə reyestrdə müvafiq qeydin aparılması yolu ilə ötürülür. Depozitarda saxlanılan adlı sənədli qiymətli kağızlar üzrə hüquqlar sahibin "depo" hesabından yeni sahibin "depo" hesabına qiymətli kağızların köçürülməsi yolu ilə ötürülür.

1078-21.6. Qiymətli kağızlarla təsbit edilmiş hüquqlar əldə edən şəxsə həmin kağızlar üzrə hüquqlar keçən andan keçir.

1078-21.7. Orderli qiymətli kağızlara hüquqlar ixtiyarlı sahibin kağız üzərində etdiyi sərəncam vasitəsi ilə yeni sahibə ötürülür.

1078-21.8. Qanunvericiliklə bu Məcəllənin tələbləri nəzərə alınmaqla qiymətli kağızların ayrı-ayrı növləri üzrə hüquqların keçməsinə əlavə üsul və xüsusatlar müəyyən edilə bilər.

1078-21.9. Adlı sənədli qiymətli kağızlar üzrə hüquqların ötürülməsi zamanı qiymətli kağızın sertifikatının yeni sahibin adına rəsmiləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1078-21.10. Yeni sahib hüquqların keçməsi üzrə qanunvericiliklə müəyyən edilmiş hərəkətlərin icrası və hüquqların qeydiyyatından sonra qiymətli kağızlar üzrə hüquqları əldə edir.

Maddə 1078-22. Qiymətli kağızlarla təsbit edilmiş hüquqların

həyata keçirilməsi

1078-22.1. Sənədli qiymətli kağızlarla təsbit edilmiş hüquqlar qiymətli kağızların sahibi tərəfindən həmin qiymətli kağızların sertifikatının təqdim edilməsi ilə həyata keçirilir.

1078-22.2. Sənədsiz qiymətli kağızlarla təsbit edilmiş hüquqlar həmin qiymətli kağızlar barədə reyestr və ya «depo» hesablarında mülkiyyətçi yaxud nominal saxlayıcı barədə olan məlumatlarla reyestrdə qeydə alınmış şəxs barədə məlumatların eyniləşdirilməsi ilə həyata keçirilir.

1078-22.3. Sənədli qiymətli kağızların sertifikatları depozitarda saxlandıqda həmin qiymətli kağızlarla təsbit edilmiş hüquqlar sahibin tapşırığı ilə depozitarda saxlanılan qiymətli kağızın sertifikatının (sahiblərin siyahısı əlavə olunmaqla) depozitar tərəfindən təqdim edilməsi ilə həyata keçirilir.

Maddə 1078-23. Qiymətli kağızların öhdəliklərlə yüklənməsi

1078-23.1. Qiymətli kağızlar girovla və qanunvericiliklə nəzərdə tutulmuş digər öhdəliklərlə yüklənə bilər. Bu, dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

1078-23.2. Qiymətli kağızların öhdəliklərlə yüklənməsi qaydası bu Məcəllə və digər qanunvericilik aktları ilə müəyyən edilir.

1078-23.3. Qiymətli kağızların girovu barədə səlahiyyətli orqanların qəbul etdikləri qərarlar barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının apardığı rəsmi reyestrdə əks etdirilir.

1078-23.4. Qiymətli kağızlar üzrə girovun (ipotekanın) predmeti olan qiymətli kağızlarla rəsmiləşdirilmiş daşınmaz əmlaka ödənişin yönəldilməsi və ya hüquqların keçməsi həmin əmlaka ödənişin yönəldilməsi və ya hüquqların keçməsidir. Qiymətli kağızlarla rəsmiləşdirilmiş hüquqlar (daşınmaz əmlakın ipotekası da daxil olmaqla) üzrə mülkiyyətin əldə edənə keçməsi həmin qiymətli kağızın verilməsi ilə həyata keçirilir.

1078-23.5. Girov kağızı və ipoteka şəhadətnaməsinin tədavülu qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 1078-24. Xarici emitentlərin qiymətli kağızlarının Azərbaycan

Respublikasında tədavülə buraxılması qaydaları

Xarici emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikasında tədavülə buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 1078-25. Xarici investorlar tərəfindən qiymətli kağızların

əldə edilməsi

Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının xarici investorlar tərəfindən əldə edilməsi qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla məhdudlaşdırılmır.

Maddə 1078-26. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası

1078-26.1. Qiymətli kağızların birləşdirilməsi bir növdən olan bütün qiymətli kağızların bir buraxılış daxilində bütün mülkiyyətçilərdə olan qiymətli kağızların sayının mütənasib azaldılması yolu ilə dəyişdirilməsidir. Qiymətli kağızların nominal dəyəri olduqda, onların birləşdirilməsi nominal dəyərin mütənasib artırılması ilə müşayiət olunur.

1078-26.2. Qiymətli kağızların xırdalanması (bölünməsi) bir qiymətli kağızın nominal dəyərinin mütənasib bölünməsi yolu ilə eyni növlü bir neçə qiymətli kağıza çevrilməsidir.

1078-26.3. Qiymətli kağızların konvertasiyası bir emitentin bir növ investisiya qiymətli kağızların digər növlü investisiya qiymətli kağızlara və ya digər emitentin qiymətli kağızlarına (həmin emitent yenidən təşkil edildikdə) əvəzsiz dəyişdirilməsidir (səhmin istiqraza dəyişdirilməsi istisna olmaqla). Bu zaman dəyişdirilmiş qiymətli kağızlar ləğv olunurlar.

1078-26.4. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası həmin qiymətli kağızların yerləşdirilməsi zamanı emitent tərəfindən cəlb edilmiş vəsaitlərin miqdarının dəyişdirilməsinə gətirmir, qiymətli kağızlar sahiblərindən geri alınan qiymətli kağızların dəyərinin qaytarılması üçün əsas deyil və qiymətli kağızlar sahibləri tərəfindən əlavə xərclər edilmədən həyata keçirilir.

1078-26.5. Emitentin yerləşdirilmiş qiymətli kağızlarının birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası haqqında qərarı müvafiq icra hakimiyyəti orqanında qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır.

1078-26.6. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1078-26.7. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası və ödənilməsi bu qiymətli kağızların əvvəlki sertifikatlarının ləğv olunması ilə müşayiət olunur.

Maddə 1078-27. Qiymətli kağızların dövriyyədən çıxarılması

və ləğv edilməsi

1078-27.1. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi aşağıdakı hallarda həyata keçirilir:

1078-27.1.1. emitentin qərarı ilə;

1078-27.1.2. qiymətli kağızların emissiyasının baş tutmamış hesab edildiyi halda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə;

1078-27.1.3. qiymətli kağızların buraxılışı məhkəmə tərəfindən etibarsız hesab edildikdə;

1078-27.1.4. emintentin fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verildikdə;

1078-27.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

1078-27.2. Yerləşdirilmiş qiymətli kağızlar dövriyyədən çıxarıldıqda və ya ləğv edildikdə, müvafiq icra hakimiyyəti orqanı qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər etməlidir.

1078-27.3. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumat (ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi kütləvi informasiya vasitələrində dərc olunmalıdır.

1078-27.4. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi barədə məlumatın dərc edildiyi gündən onların dövriyyəsinə yol verilmir. Bu məlumatın dərc edildiyi gündən həmin kağızlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir.

1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir.

1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

§15. Qiymətli kağızlar bazarının peşəkar iştirakçfları

Maddə 1078-28. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin növləri

1078-28.1. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərinə aşağıdakılar aid edilir:

1078-28.1.1. broker fəaliyyəti;

1078-28.1.2. diler fəaliyyəti;

1078-28.1.3. qiymətli kağızların idarə olunması üzrə fəaliyyət;

1078-28.1.4. klirinq fəaliyyəti;

1078-28.1.5. depozitar fəaliyyəti;

1078-28.1.6. qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət;

1078-28.1.7. fond birjası.

1078-28.2. Qanunvericiliklə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin digər növləri də müəyyən edilə bilər.

1078-28.3. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvafiq xüsusi razılığa (lisenziyaya) malik olan şəxslər tərəfindən həyata keçirilə bilər.

1078-28.4. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin müxtəlif növləri ilə eyni zamanda məşğul olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının qiymətli kağızlar bazarına aid olmayan digər sahibkarlıq fəaliyyəti növləri ilə eyni zamanda məşğul olunmasına yol verilmir.

1078-28.5. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyəti həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsi, dayandırılması və ləğv edilməsi qaydaları müvafiq icra hakimiyyətı orqanı tərəfindən müəyyən edilir.

1078-28.6. Azərbaycan Respublikasının Milli Bankı qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərini və ya həmin fəaliyyət növləri çərçivəsində ayrı-ayrı əməliyyatları xüsusi razılıq (lisenziya) olmadan həyata keçirə bilər.

Maddə 1078-29. Broker fəaliyyəti

1078-29.1. Broker fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.

1078-29.2. Brokerin müştərisinin tapşırığını onun üçün daha əlverişli şərtlərlə yerinə yetirməyə maneəçilik törədən marağı varsa, broker tapşırığın icrasını dayandıraraq dərhal müştərini bu barədə xəbərdar etməli və müştərinin yeni tapşırığını icra etməlidir.

1078-29.3. Broker müvafiq tapşırığı alarkən onunla müştərinin maraqları arasında ziddiyyət barədə müştəriyə məlumat verməmişdirsə və bu müştərinin maraqlarına ziyan vurmuşdursa, broker qanunvericiliklə müəyyən edilmiş qaydada həmin zərəri öz hesabına ödəməyə borcludur.

1078-29.4. Brokerin müştərisinin tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı olmayan öhdəlikləri üzrə brokerə tətbiq edilən maddi tənbeh tədbirləri müştərinin brokerdə saxlanılan maddi vəsaitlərinə yönəldilə bilməz.

1078-29.5. Broker komisyoner kimi fəaliyyət göstərdikdə, komissiya müqaviləsində nəzərdə tutulduqda, müştərinin onun sərəncamına verilmiş pul vəsaitlərindən, (qiymətli kağızlara investisiya üçün nəzərdən tutulmuş və ya qiymətli kağızların alınmasından əldə edilmiş) onların qaytarılması anına qədər, müqavilə şərtlərinə uyğun olaraq qiymətli kağızlarla əməliyyatlarda təkrarən istifadə edə bilər. Bu fəaliyyətin nəticəsində əldə edilən gəlirin istifadəsi qaydaları müqavilə ilə müəyyən edilir.

1078-29.6. Broker eyni zamanda diler fəaliyyəti ilə məşğul olduqda, ona müştəri tərəfindən verilmiş sifarişdə diler fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aparıldığı əməliyyatlarla əqdin istiqaməti və şərtləri eyni olduqda, o, ilk növbədə müştərinin tapşırığını yerinə yetirməlidir.

1078-29.7. Broker müflis elan edildikdə broker xidmətinin göstərilməsi haqqında müqaviləyə əsasən müştərinin onda saxlanılan maddi vəsaitlər qaytarılmalıdır.

1078-29.8. Broker fəaliyyətini tənzimləyən qaydalar və broker ilə müştəri arasında bağlanılmış müqaviləyə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 1078-30. Diler fəaliyyəti

1078-30.1. Diler fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.

1078-30.2. Diler əvvəlcədən elan etdiyi şərtlərə uyğun gələn alqı-satqı müqavilələrinin bağlanmasından həmin şərtləri dəyişdirmək yolu ilə imtina edə bilməz.

1078-30.3. Diler fəaliyyətini tənzimləyən qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 1078-31. Qiymətli kağızların idarə olunması üzrə fəaliyyət

1078-31.1. Qiymətli kağızların idarə olunması üzrə fəaliyyəti həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı idarəçi adlanır.

1078-31.2. İdarəçiyə idarə olunmaq üçün qiymətli kağızların və ya pul vəsaitlərinin verilməsi həmin qiymətli kağızlara və ya pul vəsaitlərinə mülkiyyət hüququnun keçməsinə səbəb olmur.

1078-31.3. İdarəçi ilə müştərisi arasında və ya idarəçinin bir neçə müştəriləri arasında maraqlar ixtilafı yarandıqda idarəçi bu barədə müştərilərinə dərhal məlumat verməlidir. Əks tədqirdə bunun nəticəsində müştəriyə dəymiş zərər idarəçi tərəfindən ödənilməlidir.

1078-31.4. İdarəçinin öhdəlikləri üzrə tənbeh tədbirləri müştərinin idarə etməyə verilmiş əmlakına yönəldilə bilməz.

1078-31.5. İdarəçinin fəaliyyətini tənzimləyən qaydalar və idarəçi ilə müştərinin müqaviləsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 1078-32. Klirinq fəaliyyəti

1078-32.1. Klirinq fəaliyyətini yalnız hüquqi şəxslər (bundan sonra - klirinq təşkilatları) həyata keçirir.

1078-32.2. Qiymətli kağızlarla əqdlər üzrə hesablaşmaları həyata keçirən klirinq təşkilatları qiymətli kağızlarla əqdlərin icra olunmaması risklərini azaltmaq üçün zəmanət fondu yaratmalıdır. Zəmanət fondunun minimal məbləği bağlanılacaq əqdlərin təmin edilməmiş hissəsindən az olmamalıdır.

1078-32.3. Klirinq fəaliyyətinin həyata keçirilməsinin qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 1078-33. Depozitar fəaliyyəti

1078-33.1. Depozitar fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.

1078-33.2. Depozitar fəaliyyətinin həyata keçirilməsi standartları və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1078-33.3. Depozitarın qiymətli kağızların saxlanması və uçotu üzrə xidmətlərindən istifadə edən şəxs deponent adlandırılır.

1078- 33.4. Depozitar müqaviləsinin bağlanılması qiymətli kağızlar üzrə mülkiyyət hüququnun depozitara keçməsinə əsas deyildir.

1078-33.5. Depozitarın öhdəlikləri üzrə tənbeh tədbirləri deponentin qiymətli kağızlarına yönəldilə bilməz.

1078-33.6. Depozitar, depo hesabları üzrə yazıların tamlığını və düzgünlüyünü təmin etməlidir və öz öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə, depo hesabları üzrə yazıların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır.

1078-33.7. Depozitar sisteminin strukturu, onun üzvlərinin qarşılıqlı münasibətlərinin prinsipləri, məzmunu və formasına olan tələblər, onların fəaliyyət qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1078-33.8. Depozitar eyni zamanda reyestrsaxlayıcı peşəkar fəaliyyətini həyata keçirdikdə emitentlə bağlanılmış müqaviləyə əsasən qiymətli kağız sahiblərinin və (və ya) nominal saxlayıcıların depo hesablarına əsasən reyestri aparır. Bu halda digər depozitarlarda saxlanılan qiymətli kağızlar qiymətli kağız sahiblərinin reyestrini aparan depozitarda nominal saxlayıcı hesabında əks etdirilir.

1078-33.9. Azərbaycan Respublikasının Milli Bankı dövlət qiymətli kağızlarına hüquqların uçotunu aparan depozitarla bağlanılmış müqavilə əsasında həmin qiymətli kağızlar üzrə ayrı-ayrı depozitar əməliyyatlarını aparmaq hüququna malikdir

Maddə 1078-34. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması

üzrə fəaliyyət

1078-34.1. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətlə yalnız hüquqi şəxslər məşğul ola bilər.

1078-34.2. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyəti həyata keçirən şəxs (bundan sonra – reyestrsaxlayıcı) qiymətli kağız sahiblərinin reyestrinin aparılması sistemində qeydə alınmış emitentin qiymətli kağızları ilə əqdləri bağlaya bilməz.

1078-34.3. Qiymətli kağız sahiblərinin reyestri müəyyən tarixə qeydə alınmış qiymətli kağızların sahiblərinin və nominal saxlayıcılarının, onlara məxsus qiymətli kağızların sayının və növünün eyniləşdirilməsini təmin edən siyahıdır. Qiymətli kağızların reyestrində emitent haqqında məlumat, hər bir qiymətli kağız sahiblərinə və nominal saxlayıcılarına məxsus olan qiymətli kağızların sayı, nominal dəyəri, növü, forması, öhdəliklər ilə yükləndirilməsi və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar göstərilməlidir.

1078-34.4. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1078-34.5. Adsız qiymətli kağızların sahiblərinin reyestri aparılmır.

1078-34.6. Bir emitentin adlı investisiya qiymətli kağızlarının sahiblərinin sayı iyirmidən artıq olduqda, qiymətli kağız sahiblərinin reyestrinin aparılması yalnız qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcı tərəfindən keçirilməlidir. Bir emitentin adlı investisiya qiymətli kağızlarının sahiblərinin sayı iyirmi və daha az olduqda, onların reyestri həm qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcı, həm də emitentin özü tərəfindən aparıla bilər.

1078-34.7. Emitentin eyni növ qiymətli kağızlarının sahiblərinin reyestri eyni zamanda yalnız bir reyestrsaxlayıcı tərəfindən aparılmalıdır.

1078-34.8. Reyestrsaxlayıcı reyestrdən verdiyi çıxarışlar üzrə yazıların tamlığını və düzgünlüyünü təmin etməlidir və öz öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

1078-34.9. Emitent reyestrsaxlayıcısını dəyişdiyi halda, bu barədə kütləvi informasiya vasitələrində elan verməli, və ya bütün qiymətli kağız səhiblərinə öz hesabına yazılı bildiriş göndərməlidir.

1078-34.10. Qiymətli kağız sahiblərinin reyestrində qiymətli kağızların nominal saxlayıcısı qismində broker (yalnız deponentləşdirilməmiş qiymətli kağızlar üzrə) və ya depozitar çıxış edə bilərlər.

1078-34.11. Qiymətli kağızlar depozitarda deponentləşdirildikdə depozitar həmin qiymətli kağızların sahiblərinin reyestrində nominal saxlayıcı kimi qeydə alınır.

1078-34.12. Qiymətli kağızların nominal saxlayıcısı həmin qiymətli kağızlarla təsbit edilmiş hüquqları yalnız onların mülkiyyətçisi tərəfindən bu barədə səlahiyyət aldıqda həyata keçirə bilər.

1078-34.13. Reyestrin aparılması sistemində nominal saxlayıcının adının qeyd edilməsi qiymətli kağızlara mülkiyyət hüququnun nominal saxlayıcıya keçməsinə əsas deyildir.

1078-34.14. Bir nominal saxlayıcının müştəriləri olan qiymətli kağız sahiblərinin arasında əqdlərin nəticələri reyestrdə əks etdirilmir.

1078-34.15. Qiymətli kağızların bir nominal saxlayıcıdan başqa nominal saxlayıcıya ötürülməsi haqqında məlumat nominal saxlayıcılar tərəfindən üç iş günü ərzində reyestrsaxlayıcıya təqdim olunmalıdır.

1078-34.16. Qiymətli kağız sahibləri tərəfindən qiymətli kağızlar üzrə hüquqların həyata keçirilməsinin təmin edilməsi üçün nominal saxlayıcı reyestrsaxlayıcının tələbi ilə müəyyən tarixə nominal saxlayıcısı olduğu şəxslərin siyahısını yeddi iş günü ərzində ona təqdim etməlidir.

Maddə 1078-35. Fond birjası

1078-35.1. Fond birjası – qapalı səhmdar cəmiyyəti formasında yaradılan, öz üzvləri arasında qiymətli kağızlarla ticarəti təşkil edən və bağlanmış əqdlərin icrasını təmin edən ticarət təşkilatçısıdır.

1078- 35.2. Adında “Fond birjası” ifadəsini yalnız fond birjası peşəkar fəaliyyətini həyata keçirən şəxs istifadə edə bilər.

1078-35.3 Fond birjası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş standartlar əsasında fəaliyyətini tənzimləyən daxili qaydaları təsdiq etməlidir.

1078-35.4. Fond birjasının nizamnamə kapitalının minimal miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1078-35.5. Fond birjası yalnız adi adlı səhmlər emissiya edə bilər.

1078-35.6. Fond birjasının səhmdarlarının hər biri birjanın səhmlərinin sayının iyirmi faizindən çox olmamaqla səhmlərin sahibləri ola bilərlər.

1078-35.7. Fond birjası ticarəti öz üzvləri arasında təşkil edir. İstisna qaydasında Azərbaycan Respublikasının Milli Bankı birja ticarətində birja üzvü olmadan iştirak edə bilər.

1078-35.8. Fond birjasının işçiləri qiymətli kağızlar bazarının peşəkar iştirakçıları və onların təsisçiləri ola bilməzlər, həmçinin fond birjasının fəaliyyətində sahibkarlar kimi iştirak edə bilməzlər.

Maddə 1078-36. Fond birjasının üzvləri

1078-36.1. Fond birjasının üzvləri birjanın daxili qaydalarına uyğun olaraq birja ticarətində bilavasitə iştirak etmək hüququna malik olan broker və ya dilerlərdir.

1078-36.2. Fond birjası üzvlüyünə daxil olması, fond birjası üzvlüyündən çıxarılması, xaric edilməsi və birjada üzvlüyün dayandırılması qaydaları, habelə fond birjasında üzvlərin fəaliyyətinin qaydaları müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları, həmçinin birjanın nizamnaməsi və digər daxili sənədləri ilə müəyyən edilir.

1078-36.3. Fond birjasının üzvlərinin broker və diler fəaliyyətinə xüsusi razılıqları (lisenziyaları) olmalıdır və onlar birja tərəfindən onların ödəniş qabiliyyətinə və özlərinin fəaliyyətlərinin təşkilinə dair müəyyən edilən ixtisas tələblərinə cavab verməlidirlər.

1078-36.4. Birjada üzvlüyə aşağıdakı hallarda xitam verilir:

1078-36. 4.1. birja üzvlüyündən könüllü qaydada çıxdıqda;

1078-36.4.2 müvafiq icra hakimiyyəti orqanının qərarı nəticəsində birja üzvü olan brokerə və dilerə verilən xüsusi razılıq (lisenziya) ləğv edildikdə;

1078-36.4.3. birjanın müvafiq idarəetmə orqanının qərarı ilə birja üzvü birja qaydalarını kobud surətdə pozduqda və ya birja tərəfindən müəyyən edilən ixtisas tələblərinə cavab vermədikdə;

1078-36.4.4. birjanın fəaliyyətinə xitam verildikdə.

1078-36.5. Fond birjası öz üzvlərinin sayını məhdudlaşdırmaq hüququna malikdir.

Maddə 1078-37. Fond birjası tərəfindən yığılan ödənişlər

1078-37.1. Fond birjası tərəfindən aşağıdakı hallarda pul ödənişləri müəyyən edilə bilər:

1078-37.1.1. fond birjasının üzvlüyünə daxil olmaq üçün;

1078-37.1.2. qiymətli kağızların listinqi üçün;

1078-37.1.3. birja əqdlərinin təşkili üçün.

1078-37.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalarda, birjanın nizamnaməsi və birja qaydaları ilə nəzərdə tutulmuş digər hallarda da ödənişlərin alınması müəyyən edilə bilər.

Maddə 1078-38. Birja əqdləri

1078-38.1. Birja ticarətinin iştirakçıları arasında bağlanılmış müqavilə birja əqdidir.

1078-38.2. Fond birjasında bağlanılmış bütün əqdlər qanunvericiliklə və birja qaydaları ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır və rəsmiləşdirilməlidir.

1078-38.3. Birjanın müvafiq səlahiyyətli orqanı birja qaydalarına əsasən birja üzvünü müvəqqəti olaraq birja əqdlərinin bağlanılmasından kənarlaşdıra bilər.

Maddə 1078-39. Birja qaydaları

1078-39.1. Fond birjası qiymətli kağızların birjada dövriyyəyə buraxılma qaydalarını, onları birjada kotirovka edilən qiymətli kağızların siyahısına daxil edilməsi (listinq) və göstərilən siyahıdan çıxarılması (delistinq), birjada əqdlərin bağlanması, qeydiyyatı, icrası və təmin edilməsi, əqdlər üzrə hesablaşmaların aparılması, birja üzvləri arasında birja əməliyyatlarının aparılması zamanı yaranan mübahisələrin həlli və fond birjasının fəaliyyətilə əlaqədar digər qaydaları müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarına uyğun olaraq qəbul edir.

1078-39.2. Fond birjası ticarətin aparılması vaxtı haqqında, birjada ticarətə buraxılmış qiymətli kağızların siyahısı və qiymətləri (kotirovkası), ticarət sessiyasının nəticələri haqqında və qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatları vaxtında təqdim etməklə aparılan ticarətin şəffaflığını təmin etməlidir.

§16. Qiymətli kağızlar bazarının tənzimlənməsi

Maddə 1078-40. Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi

1078-40.1. Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi aşağıdakılardan ibarətdir:

1078-40.1.1. qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ hüquqi aktların qəbul edilməsi və onlara riayət olunmasına nəzarətin həyata keçirilməsindən;

1078-40.1.2. qiymətli kağızlar bazarının iştirakçılarına tələblərin və onların fəaliyyəti qaydalarının müəyyən edilməsindən;

1078-40.1.3. qiymətli kağızlar buraxılışlarının dövlət qeydiyyatının aparılmasındən;

1078-40.1.4. qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən;

1078-40.1.5. qiymətli kağızlar bazarında investorların və qiymətli kağızlar sahiblərinin hüquqlarının müdafiəsindən;

1078-40.1.6. qiymətli kağızlar bazarı iştirakçılarının fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsindən;

1078-40.1.7. qiymətli kağızlar bazarında qanunvericiliyi pozan şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə müvafiq tədbirlərin görülməsindən;

1078-40.1.8. qiymətli kağızlar bazarının iştirakçılarının peşə səviyyəsinin artırılması üzrə müvafiq tədbirlərin görülməsindən;

1078-40.1.9. qiymətli kağızlar bazarının inkişafı istiqamətlərinin müəyyən edilməsindən;

1078-40.1.10. qiymətli kağızlar bazarında sağlam rəqabət mühitinin yaradılmasındən;

1078-40.1.11. qiymətli kağızlarla əqdlərin bağlanmasına dair tələblərin müəyyən edilməsindən;

1078-40.1.12. hüquqi və fiziki şəxslərin borc öhdəliklərinin qiymətli kağızlarla rəsmiləşdirilməsi və ödənilməsi qaydalarının müəyyənləşdirilməsindən;

1078-40.1.13. qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəlikləri bazarının tənzimlənməsinin həyata keçirilməsindən;

1078-40.1.14. Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının dünya maliyyə bazarına inteqrasiyası üzrə tədbirlərin hazırlanmasında və müvafiq icra hakimiyyəti orqanına təsdiq edilmək üçün təqdim edilməsindən, müvafiq tədbirlərin həyata keçirilməsindən;

1078-40.1.15. qiymətli kağızların öhdəliklərlə yuklənməsi və qiymətli kağızlarla rəsmiləşdirilən daşınmaz əmlakın ipotekasının qeydiyyatının və uçotunun aparılmasından;

1078-40.1.16. qiymətli kağızlarla bağlı müvafiq dövlət reyestrlərinin (qiymətli kağızların buraxılışının dövlət reyestri, veksel və çeklərin dövlət reyestri, qiymətli kağızlarla girovun rəsmi reyestri, qiymətli kağızlarla rəsmiləşdirilən əmlakın ipotekasının dövlət reyestri və s.) aparılmasından;

1078-40.1.17. qiymətli kağızlar bazarında sığortalanmalı olan risklərin sığorta standartlarının müəyyən edilməsindən;

1078-40.1.18. qiymətli kağızlar bazarında məlumatların açıqlanması üzrə qaydaların müəyyən edilməsi və sisteminin təşkilindən;

1078-40.1.19. qiymətli kağızların (sertifikatların) blanklarının çap edilməsi və onların ölkəyə gətirilməsi və aparılması üzrə fəaliyyətin tənzimlənməsindən;

1078-40.1.20. qiymətli kağızlar bazarının iştirakçılarına qanunvericiliklə müəyyən edilmiş qaydada icrası məcburi olan göstərişlərin verilməsindən;

1078-40.1.21. qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafı məqsədi ilə istifadə edilən fondların qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılması və onların fəaliyyətinin tənzimlənməsindən;

1078-40.1.22. qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyalara yol verilməməsi üzrə tədbirlərin görülməsindən.

1078-40.2. Qiymətli kağızlar bazarında dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 1078-41. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının

özünü tənzimləyən təşkilatları

1078-41.1. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyinə və öz nizamnamələrinə müvafiq olaraq yaradılır və fəaliyyət göstərir.

1078-41.2. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatlarının fəaliyyəti aşağıdakı əsas məqsədləri daşıyır:

1078-41.2.1. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının səmərəli peşəkar fəaliyyəti üçün şəraitin yaradılması;

1078-41.2.2. qiymətli kağızlar bazarında investorların və digər iştirakçıların maraqlarının qorunması;

1078-41.2.3. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatının üzvləri arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi qaydalarının müəyyən edilməsi;

1078-41.2.4. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatlarının üzvlərinin fəaliyyətinin etik normalarının müəyyən edilməsi və bu normalara riayət olunmasının təmin edilməsi.

1078-41.2.5. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatların fəaliyyətləri haqqında məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə açıqlamalıdırlar.

§17. Qiymətli kağızlar bazarında investorların maraqlarının müdafiəsi

Maddə 1078-42. Qiymətli kağızlar bazarında məlumatların açıqlanması

1078-42.1. Qiymətli kağızlar bazarında məlumatların açıqlanması hər bir maraqlı şəxsin həmin məlumatlarla tanış olması imkanının təmin edilməsindən ibarətdir.

1078-42.2. Bu Məcəllə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada emitent, qiymətli kağızlar bazaranının peşəkar iştirakçısı, qiymətli kağızlar bazarının özünü tənzimləyən təşkilat fəaliyyətləri ilə bağlı kütləvi informasiya vasitələrində məlumatları açıqlamalıdırlar. Hamı üçün müəssər olan məlumatlar açıqlanmış məlumatlar hesab olunur.

Maddə 1078-43. Emitent tərəfindən məlumatların açıqlanması

1078-43.1. Kütləvi təklif vasitəsi ilə yerləşdirilən qiymətli kağızların emitenti dərc etmək və müvafiq icra hakimiyyəti orqanına təqdim etmək yolu ilə özünün qiymətli kağızları və maliyyə-təsərrüfat fəaliyyəti haqqında aşağıdakı məlumatları açıqlamağa borcludur:

1078-43.1.1. emitentin illik hesabatını;

1078-43.1.2. onun maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər haqqında məlumatları;

1078-43.1.3. qiymətli kağızların emissiya prospektini;

1078-43.1.4. qiymətli kağızların emissiyasının yekunları haqqında hesabatını.

1078-43.2. Emitentin açıqlanmalı olan qiymətli kağızlar haqqında illik hesabatına, maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələrin və hərəkətlərin, qiymətli kağızların emissiya prospekti, emissiyasının yekunları haqqında məlumatların dairəsi, onlar barəsində tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1078-43.3. Emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilir və təsdiq edildiyi tarixdən etibarən otuz gündən gec olmayaraq açıqlanır.

1078-43.4. Emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər barədə məlumat müvafiq icra hakimiyyəti orqanına həmin hərəkətlər və hadisələr baş verdiyi gündən on beş gündən gec olmayraq təqdim olunur.

1078-43.5. Banklar və digər kredit təşkilatları tərəfindən məlumatların açıqlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Bankının rəyi alınmaqla müəyyən edilir.

Maddə 1078-44. Fond birjası tərəfindən məlumatın açıqlanması

Fond birjası nizamnaməsi, qaydaları, üzvlərinin siyahısı, dövriyyəyə buraxılan qiymətli kağızları, bağlanılan əqdlər haqqında məlumatları açıqlamalıdır.

Maddə 1078-45. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının

özünü tənzimləyən təşkilatı tərəfindən məlumatların açıqlanması

Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzilmləyən təşkilatı, nizamnaməsi, qaydaları, standartları və üzvləri haqqında məlumatları açıqlamalıdır.

§18. Qiymətli kağızlar bazarında xidməti məlumat

Maddə 1078-46. Qiymətli kağızlar bazarında xidməti məlumatın anlayışı

1078-46.1. Xidməti məlumat ümumi qaydada əldə edilə bilməyən, qiymətli kağızlar bazarının iştirakçısı olan təşkilatlarda, yaxud müvafiq dövlət orqanlarında tutduğu vəzifə ilə əlaqədar olaraq əldə edilən və ya emitentlə bağlanmış müqaviləyə əsasən, qiymətli kağızlar bazarının subyektləri, qiymətli kağızlar, onlarla əməliyyatlar, qiymətlər və digər xüsusatlar üzrə açıqlanmamalı olan və istifadə edildikdə məlumat sahibinə qiymətli kağızlarla əməliyyatların aparılmasında digər iştirakçılardan daha üstün mövqe təmin edən məlumatdır.

1078-46.2. İnsayder bu Məcəllənin 1078-46.1-ci maddəsinə əsasən xidməti məlumata malik olan şəxsdir.

Maddə 1078-47. İnsayderlər

1078-47.1. İnsayderlərə aşağıdakılar aiddir:

1078-47.1.1. emitentin direktorlar (müşahidə) şurasının (bu orqanlar olduqda) və icra orqanlarının üzvləri;

1078-47.1.2. emitentin fəaliyyətinə nəzarət edən şəxslər;

1078-47.1.3. xidməti məlumatı tutduğu vəzifəyə, müqaviləyə yaxud emitent və ya digər insayder tərəfindən müvafiq hüququn verilməsi nəticəsində əldə etmək imkanı olan şəxslər;

1078-47.1.4. emitentin nizamnamə kapitalının on faizindən artıq hissəsinə malik olan şəxslər;

1078-47.1.5. son altı ay ərzində bu Məcəllənin 1078-47.1.1-1078-47.1.4-cü maddələrinin təsiri altına düşən şəxslər.

1078-47.2. İnsayderlər öz fəaliyyətində aşağıdakılara yol verməməlidirlər:

1078-47.2.1. qiymətli kağızların dövriyyəsinə təsir göstərə bilən xidməti məlumatın istifadəsi ilə əməliyyatlara;

1078-47.2.2. digər şəxslərə xidməti məlumatı təqdim etməklə onları bununla bağlı əqdlərin bağlanmasına təhrik etmək.

1078-47.3. İnsayder özünə məxsus olan qiymətli kağızlarla apardığı əməliyyat barədə məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada açıqlamalıdır.

1078-47.4. Xidməti məlumatın istifadəsi ilə əqdlərin bağlanması faktı və ya belə əqdin bağlanması cəhdi aşkar edildikdə qiymətli kağızlar bazarının peşəkar iştirakçıları əqdin bağlanmasını və icrasını dayandırmalı və bu barədə məlumatı dərhal müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.

1078-47.5. Xidməti məlumatın saxlanılması və təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".

II. Bu Qanun qüvvəyə mindiyi gündən 1994-cü il 12 iyul tarixli 850 nömrəli "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 21, maddə 316) qüvvədən düşmüş hesab edilsin.

III. Bu Qanun qüvvəyə mindiyi gündən 1998-ci il 14 iyul tarixli 523-IQ nömrəli "Qiymətli kağızlar haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 566) qüvvədən düşmüş hesab edilsin.

IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin