Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
ÜMUMİ PREFERENSİYALAR SİSTEMİ ÇƏRÇİVƏSİNDƏ TARİF PREFERENSİYALARININ TƏQDİM EDİLMƏSI ZAMANI İNKİŞAF EDƏN ÖLKƏLƏRİN MALLARININ MƏNŞƏYİNİN MÜƏYYƏN EDİLMƏSİ QAYDALARI HAQQINDA" 1996-CI İL 12 APREL TARİXLİ SAZİŞDƏ NƏZƏRDƏ TUTULAN "ÜMUMİ PREFERENSİYALAR SİSTEMİ ÇƏRÇİVƏSİNDƏ TARİF PREFERENSİYALARININ TƏQDİM EDİLMƏSİ ZAMANI İNKİŞAF EDƏN ÖLKƏLƏRİN MALLARININ MƏNŞƏYİNİN MÜƏYYƏN EDİLMƏSİ QAYDALARINA DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN EDİLMƏSI HAQQINDA" PROTOKOLUN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan Dövlət və hökumət Başçıları Şuralarında imzalanmış "Ümumi preferensiyalar sistemi çərçivəsində tarif preferensiyalarının təqdim edilməsi zamanı inkişaf edən ölkələrin mallarının mənşəyinin müəyyən edilməsi Qaydaları haqqında" 1996-cı il 12 aprel tarixli Sazişdə nəzərdə tutulan "Ümumi preferensiyalar sistemi çərçivəsində tarif preferensiyalarının təqdim edilməsi zamanı inkişaf edən ölkələrin mallarının mənşəyinin müəyyən edilməsi Qaydalarına dəyişiklik və əlavələrin edilməsi haqqında" Protokolun təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının prezidenti.

Bakı şəhəri, 13 yanvar 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin