Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİNİN İŞTİRAKÇISI OLAN DÖVLƏTLƏRİN ƏRAZİLƏRİNDƏ BİRGƏ ANTİTERROR TƏDBİRLƏRİNİN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİ QAYDASI HAQQINDA ƏSASNAMƏNİN TƏSDİQ EDİLMƏSİNƏ DAİR" PROTOKOLUN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən xüsusi rəy ilə imzalanmış

"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazilərində birgə antiterror tədbirlərinin təşkili və keçirilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsinə dair" Protokol təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının prezidenti.

Bakı şəhəri, 13 yanvar 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin