Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ FRANSA RESPUBLİKASI HÖKUMƏTI ARASINDA GÖMRÜK HÜQUQPOZMALARININ QARŞISININ ALINMASI, TƏHQİQATININ APARILMASI, AŞKAR EDİLMƏSİ VƏ ARADAN QALDIRILMASINA DAİR QARŞILIQLI İNZİBATİ YARDIM HAQQINDA" SAZİŞİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 2004-cü il yanvarın 22-də Paris şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında gömrük hüquqpozmalarının qarşısının alıması, təhqiqatının aparılması, aşkar edilməsi və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında" Saziş təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 19 mart 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin