Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"AZƏRBAYCAN RESPUBLIKASI ILƏ RUMINIYA ARASINDA GƏLIRLƏRƏ VƏ ƏMLAKA GÖRƏ VERGILƏRƏ MÜNASIBƏTDƏ IKIQAT VERGITUTMANIN ARADAN QALDIRILMASI VƏ VERGITUTMADAN YAYINMANIN QARŞISININ ALINMASI HAQQINDA" KONVENSIYANIN TƏSDIQ EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLIKASININ MILLI MƏCLISI QƏRARA ALIR

"Azərbaycan Respublikası ilə Rumıniya arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. "Azərbaycan Respublikası ilə Rumıniya arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında" 2002-ci il oktyabrın 29-da Bakı şəhərində imzalanmış Konvensiya təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2003-cü il

№ 525-IIQ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin