Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ REZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Heydər Əlirza oğlu, 

Müstəqil dövlətlərimizin yeni tarixində mühüm və rəmzi hadisə - ölkələrimiz arasında diplomatik əlaqələr qurulmasının 10 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Qeyd etmək fərəhlidir ki, tarixi baxımdan qısa zaman ərzində dövlətlərimiz nəinki bərabər hüquqlu, qarşılıqlı surətdə faydalı əməkdaşlıq yarada, həm də münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə bilmişlər. Maraqların oxşarlığı, qarşılıqlı fəaliyyətin böyük potensialı, habelə Ukrayna və Azərbaycan xalqlarının ölkələrimizin hər sahədə əlaqələrini inkişaf etdirmək istəyi ona gətirib çıxarmışdır ki, indi Ukrayna ilə Azərbaycan arasındakı münasibətləri həqiqətən dövlətlərarası əməkdaşlığın parlaq nümunəsi hesab etmək olar.

Etimad, dostluq və qarşılıqlı hörmət, bir-birinin köməyinə çatmağa hazır olmaq kimi xoş ənənələr Ukrayna-Azərbaycan münasibətlərinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Əminəm ki, dövlətlərimizin səmərəli əməkdaşlığı bundan sonra da xalqlarımızın rifahı naminə dinamik surətdə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Əziz Heydər Əlirza oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə hər cür uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Leonid Kuçma

Ukraynanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin