ELM VƏ TƏHSİL


AZƏRBAYCAN RESPUBLİKASININ ŞAHBUZ DÖVLƏT TƏBİƏT QORUĞUNUN VƏ ORDUBAD MİLLİ PARKININ YARADILMASI HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması, respublikanın xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 17-ci və 21-ci maddələrini rəhbər tutaraq qərara alıram: 1. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu inzibati ərazisinin əlavə olunan xəritədə göstərilmiş 3139 hektarlıq sahəsində Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğu yaradılsın. 2. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu inzibati ərazisinin əlavə olunan xəritədə göstərilmiş 12131 hektarlıq sahəsində Azərbaycan Respublikasının Ordubad Milli Parkı yaradılsın. 3. Azərbaycan Respublikasının Ordubad Milli Parkına akademik Həsən Əliyevin adı verilsin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. 5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.Heydər Əliyev,Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 16 iyun 2003-cü il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.