Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ UKRAYNADAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ T.M.ƏLİYEVİN İQAMƏTGAHI KİYEV ŞƏHƏRİNDƏ OLMAQLA, EYNİ ZAMANDA AZƏRBAYCAN RESPUBLİKASININ BELARUS RESPUBLİKASINDA FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndinə müvafiq olaraq qərara alıram:

Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Tələt Müseyib oğlu Əliyev iqamətgahı Kiyev şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Belarus Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin