Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL 19 İYUN TARİXLİ 835-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 835-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 iyul tarixli 119 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab,

maddə 616; 2005-ci il, № 12, maddə 1099; 2006-cı il, № 5, maddə 400, № 12, maddə 1034; 2007-ci il, № 4, maddə 323, № 12, maddə 1225; 2008-ci il, № 11, maddə 972; 2009-cu il, № 3, maddə 163, № 4, maddə 226) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1.1. 1.1-ci bənddə “27.2-ci” sözlərindən əvvəl “2.8-ci maddəsində (hər iki halda),” sözləri əlavə edilsin;

1.2. 1.2-ci bənddə “175.8-ci” sözlərindən sonra “, 176.3-1-ci” sözləri əlavə edilsin;

1.3. 1.4-cü bənddə “, 90.6-cı” sözləri “maddələrində, 90.3-cü maddəsinin ikinci abzasında (ikinci halda)” sözləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda 1.20-ci bənd əlavə edilsin:

“1.20. həmin Məcəllənin 90.3-cü maddəsinin ikinci abzasında (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 162; 2005-ci il, № 9, maddə 797; 2006-cı il, № 5, maddə 400; 2007-ci il, № 4, maddə 323, № 12, maddə 1246; 2008-ci il, № 11, maddə 972) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 9.9-cu bəndində “təsərrüfat subyektlərinin” sözləri “bölmələrinin” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 2, maddə 61, № 7, maddə 533) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.18-ci bəndində “vergi hesab-fakturalarının və qanunvericilikdə müəyyən edilmiş hallarda digər” sözləri “qanunvericilikdə müəyyən edilmiş hallarda” sözləri ilə əvəz edilsin.

4. Bu Fərman 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin