Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 583; 2001-ci il, №7, maddə 454, №9, maddə 576, №12, maddə 734; 2002-ci il, №5, maddə 249, №12, maddə 707; 2003-cü il, №8, maddə 425, №12, I kitab, maddə 671; 2004-cü il, №1, maddə 1, №11, maddə 887, №12, maddə 980; 2005-ci il, №2, maddə 61, №8, maddə 688, №12, maddə 1081; 2006-cı il, №12, maddələr 1005 və 1026; 2007-ci il, №1, maddə 4, №6, maddə 597) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.4.7-ci maddə əlavə edilsin:

“2.4.7. İxrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda nəzərdə tutulan müddəalar.”.

2. 2.7-ci maddədə “qanunda” sözü “, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 2.8-ci maddə əlavə edilsin:

“2.8. Növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri Azərbaycan Respublikasının Milli Məclisinə cari ilin may ayının 15-dən gec olmayaraq təqdim edilir.”.

4. 13.2.5.3-cü maddədə “idarə edilən” sözləri “idarəetmə yeri olan” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu maddədə hüquqi şəxsin idarəetmə yeri dedikdə əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, idarəetmənin həyata keçirilməsi üçün zəruri olan kommersiya qərarlarının qəbul olunduğu və gündəlik praktiki idarəetmənin həyata keçirildiyi əsas fəaliyyət yeri nəzərdə tutulur.”.

5. 13.2.28-ci maddə çıxarılsın.

6. Aşağıdakı məzmunda 13.2.40-13.2.42-ci maddələr əlavə edilsin:

“13.2.40. ƏDV-nin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır.

13.2.41. Kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.

13.2.42. Qeyri-kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.”.

7. 15.1.15-ci maddə 15.1.16-cı maddə hesab edilsin və aşağıdakı məzmunda 15.1.15-ci maddə əlavə edilsin:

“15.1.15. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicisi tərəfindən nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək.”.

8. 16.1.8.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“16.1.8.4. sərnişin və yük daşıma (dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə) fəaliyyəti (oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa);”.

9. 16.1.8.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“16.1.8.7. rabitə xidməti (İnternet klubların fəaliyyəti istisna olmaqla);”.

10. Aşağıdakı məzmunda 16.1.8.8–16.1.8.27-ci maddələr əlavə edilsin:

“16.1.8.8. reklam xidməti;

16.1.8.9. mənzil təsərrüfatı obyektlərinin fəaliyyəti;

16.1.8.10. yaşayış və qeyri-yaşayış obyektlərinin kirayəyə verilməsi;

16.1.8.11. mehmanxana, motel, kempinq və yataqxana xidmətləri;

16.1.8.12. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti, lift və təhlükəsizlik xidməti;

16.1.8.13. kanalizasiya və sanitar təmizləmə xidməti;

16.1.8.14. turizm-ekskursiya, sanatoriya-kurort və sağlamlaşdırma xidmətləri;

16.1.8.15. bədən tərbiyəsi və idman xidməti;

16.1.8.16. səhiyyə xidməti;

16.1.8.17. vəkillik və digər hüquq xidmətləri;

16.1.8.18. təhsil müəssisələrinin təhsillə bağlı olan fəaliyyəti və tədris kurslarının fəaliyyəti;

16.1.8.19. avtomobil dayanacaqlarının fəaliyyəti;

16.1.8.20. paltarların kimyəvi təmizlənməsi və boyanması, yuyulması;

16.1.8.21. mənzillərin təmiri və tikintisi;

16.1.8.22. stasionar olmayan məntəqələrdə mərasim xidmətləri və bununla əlaqədar kirayə;

16.1.8.23. lombard xidməti;

16.1.8.24. cildləmə xidməti;

16.1.8.25. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;

16.1.8.26. bank fəaliyyəti;

16.1.8.27. işçilərin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən aşağıdakı fəaliyyətlər:

16.1.8.27.1. mebellərin təmiri və hazırlanması;

16.1.8.27.2. foto, audio-video xidməti;

16.1.8.27.3. ayaqqabıların, paltarların, trikotaj və gön-dəri məmulatlarının təmiri və fərdi tikilişi;

16.1.8.27.4. saatların, televizor, soyuducu və digər məişət cihazlarının təmiri;

16.1.8.27.5. nəqliyyat vasitələrinə texniki və digər xidmətlər;

16.1.8.27.6. bərbər xidməti;

16.1.8.27.7. zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması;

16.1.8.27.8. nəqqaşlıq və rəssamlıq emalatxanaları və təmiri məntəqələrinin fəaliyyəti.”.

11. 16.1.9-cu maddədə “qəbz” sözündən sonra “, bank çıxarışları” sözləri və “həmin çek” sözlərindən sonra “, bank çıxarışları” sözləri əlavə edilsin.

12. 16.1.10-cu maddədə “müvəqqəti dayandırmaq” sözlərindən sonra “və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək” sözləri əlavə edilsin.

13. 16.1.11-ci maddə 16.1.12-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 16.1.11-ci maddə əlavə edilsin:

“16.1.11. sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabların açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydlər etməklə bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etmək;”.

14. Aşağıdakı məzmunda 22.2-ci maddə əlavə edilsin:

“22.2. Vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 5 faizi hesabına (dövlət büdcəsindən vergi orqanlarının saxlanılması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla) bu orqanların büdcədənkənar fondu yaradılır.”.

15. 24.0.7-24.0.11-ci maddələr müvafiq olaraq 24.0.8-24.0.12-ci maddələr hesab edilsin və aşağıdakı məzmunda 24.0.7-ci maddə əlavə edilsin:

“24.0.7. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmağa və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərməyə;”.

16. Aşağıdakı məzmunda 30.2.6-cı maddə əlavə edilsin:

“30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar.”.

17. 33.1-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Kommersiya hüquqi şəxslərinə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir.”.

18. 33.4-cü maddənin birinci cümləsində “tərəfindən” sözündən sonra mötərizədə “kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla” sözləri, ikinci cümləsində “ərizə” sözündən sonra “qeyri-kommersiya” sözləri əlavə edilsin.

19. 33.7.2-ci maddədə “Məcəlləyə” sözündən sonra “və digər müvafiq qanunvericiliyə” sözləri əlavə edilsin.

20. 34.1-ci maddənin birinci cümləsində “vergi ödəyicisi”, ikinci abzasında “nümayəndəlikləri” və üçüncü abzasında “şəxslər” sözlərindən sonra mötərizədə “kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla” sözləri əlavə edilsin.

21. 34.3-cü maddənin birinci abzasının birinci cümləsində və ikinci abzasında “15” rəqəmi “40” rəqəmi ilə əvəz edilsin.

22. 35.1-ci maddə üzrə:

22.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir.”.

22.2. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Vergi orqanı bu maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra 1 gün müddətinə müvafiq icra hakimiyyəti orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada məlumatı elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.”.

23. 35.2-ci maddədə “açırlar” sözündən sonra mötərizədə “qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla” sözləri əlavə edilsin.

24. 35.4-cü maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Vergi orqanı bank idarəsindən bu maddədə göstərilən bildirişi aldıqdan sonra bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil edir və 1 gün müddətinə həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.”.

25. 36.3-cü maddənin birinci abzasında “əmlak” sözündən sonra “, yol” sözü əlavə edilsin.

26. 37.4-cü maddənin birinci abzasında “formada” sözündən sonra “vergi orqanı tərəfindən” sözləri əlavə edilsin.

27. 38.3.5-ci maddədə “gəlirlərinin” sözündən sonra “və ya vergitutma obyektinin” sözləri əlavə edilsin və həmin maddədən “, bu Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin vergi hüquqpozmalarına yol verməsi barədə mənbəyi məlum olan məlumatlar olduqda” sözləri çıxarılsın.

28. Aşağıdakı məzmunda 38.3.8-ci maddə əlavə edilsin:

“38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda.”.

29. 49.3-cü maddədə “əsasında” sözündən sonra “10 gündən gec olmayaraq” sözləri əlavə edilsin.

30. Aşağıdakı məzmunda 57.2-ci maddə əlavə edilsin:

“57.2. Bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavinin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”.

31. 58.1-ci maddədə “vergi məbləğinin” sözlərindən sonra “(kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla)” sözləri əlavə edilsin və “25” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin.

32. 58.3-cü maddədə “20” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin.

33. 58.6-cı maddədə “yəni nəzarət-kassa aparatları” sözlərindən sonra “və ya ciddi hesabat blankları” sözləri, “tətbiq edilmədən” sözlərindən sonra “(nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən)” sözləri, “təqdim edilməli olan çekin” sözlərindən sonra “, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının” sözləri əlavə edilsin və həmin maddədən “verilməsi barədə alıcının müraciətindən sonra da bunların” sözləri çıxarılsın.

34. 58.6 – 58.8-ci maddələr müvafiq olaraq 58.7–58.9-cu maddələr hesab edilsin və aşağıdakı məzmunda 58.6-cı maddə əlavə edilsin:

“58.6. bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.”.

35. Aşağıdakı məzmunda 58.10-58.11-ci maddələr əlavə edilsin:

“58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

58.11. Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba mədaxil edilmiş pul vəsaitinin 100 faiz miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.».

36. 60.1.2-ci maddədə “hesablaşma və ya digər hesabında, o cümlədən valyuta hesabında” sözləri “milli və ya xarici valyutada cari və ya digər hesablarında” sözləri ilə əvəz edilsin.

37. 65.2-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına sərəncam verilə bilər.”.

38. 65.2-ci, 65.8-ci və 65.9-cu maddələrdə “hesablaşma, valyuta və digər hesablarından” sözləri “milli və ya xarici valyutada cari və ya digər hesablarından” sözləri ilə əvəz edilsin.

39. 65.3-cü və 65.4-cü maddələrdə “hesablaşma, valyuta və digər hesablarında” sözləri “milli və ya xarici valyutada cari və ya digər hesablarında” sözləri ilə əvəz edilsin.

40. 75.0.1-ci maddədə “hesablaşma hesabları, yaxud digər hesablar” sözləri “milli və ya xarici valyutada cari və ya digər hesablar” sözləri ilə əvəz edilsin.

41. 75.0.2-ci maddədə “hesablaşma, valyuta və ya digər hesablarından” sözləri “milli və ya xarici valyutada cari və ya digər hesablarından” sözləri ilə əvəz edilsin.

42. 75.0.3-cü maddədə “hesablaşma və ya digər hesablarından” sözləri “milli və ya xarici valyutada cari və ya digər hesablarından” sözləri ilə əvəz edilsin.

43. 85.6.2-ci maddədə “hesablaşma, valyuta, depozit və” sözləri “milli və ya xarici valyutada cari və ya” sözləri ilə əvəz edilsin.

44. 86.0.3-cü maddə 86.0.4-cü maddə hesab edilsin və aşağıdakı məzmunda 86.0.3-cü maddə əlavə edilsin:

“86.0.3.vergi agentləri ödəmə mənbəyində tutulmuş vergiləri özlərinin uçotda olduqları yer üzrə;”.

45. 89.3-cü maddə üzrə:

45.1. aşağıdakı məzmunda birinci abzas əlavə edilsin və birinci, ikinci və üçüncü abzaslar müvafiq olaraq ikinci, üçüncü və dördüncü abzaslar hesab edilsin:

“Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.”.

45.2. ikinci abzasda “birinci abzasında” sözləri “ikinci abzasında” sözləri ilə əvəz edilsin.

46. Aşağıdakı məzmunda 89.16-cı maddə əlavə edilsin:

“89.16.Vergi ödəyicisinin pul vəsaitləri siyahıya alınarkən siyahıya alındığı gündən sonrakı iş günündən gec olmayaraq müvafiq büdcə hesabına depozitə qoyulur. Vergi orqanı vergi ödəyicisinin pul vəsaitlərinin depozitə qoyulmasını təsdiq edən sənədin surətini ona təqdim edir. Qızıldan, gümüşdən, platindən və platin qrupundan olan materiallardan, qiymətli daşlardan və mirvaridən hazırlanmış zərgərlik məmulatları siyahıya alınarkən qablaşdırılır, möhürlənir və məsul saxlanması üçün vergi ödəyicisinə (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinə) və ya vergi orqanının müəyyən etdiyi digər şəxsə təhvil verilir.”.

47. 93.2-ci maddədə “ümidsiz borclar” sözləri “borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə” sözləri ilə əvəz edilsin.

48. 100-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Fiziki şəxsin aldığı və bu Məcəllənin 122-ci, 123-cü və 124-cü maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı və royalti gəlirdən çıxılır.”.

49. 101.1-ci maddədə 1-ci cədvəl və 101.2-ci maddədə 2-ci cədvəl aşağıdakı redaksiyada verilsin:

1-ci cədvəl

Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği

2000 manatadək 14 faiz

2000 manatdan çox olduqda 280 manat + 2000 manatdan çox olan məbləğin 35 faizi

2-ci cədvəl

Vergi tutulan illik gəlirin məbləği Verginin məbləği

24000 manatadək 14 faiz

24000 manatdan çox olduqda 3360 manat + 24000 manatdan çox olan məbləğin 35 faizi

50. 102.1.3.1-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.”.

51. 102.1.6-cı maddədə “30 manat” və “360 manat” sözləri müvafiq olaraq “minimum əmək haqqının 1 misli” və “minimum əmək haqqının 12 misli” sözləri ilə əvəz edilsin, “məbləğində” sözündən sonra “olan hissəsi” sözləri əlavə edilsin.

52. 106.1.5-ci maddədə mötərizədən sonra “, habelə Əmanətlərin Sığortalanması Fondunun” sözləri əlavə edilsin.

53. 121.1-ci maddədə “üç” sözü “beş” sözü ilə əvəz edilsin.

54. 156.2-ci maddə çıxarılsın.

55. 157.1-ci maddədə “üçün” sözündən sonra “məcburi və ya könüllü” sözləri əlavə edilsin.

56. 157.2-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin və ikinci, üçüncü və dördüncü abzaslar çıxarılsın:

“157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur.”.

57. 157.5-ci maddədən “(bu Məcəllənin 158.2-ci maddəsinin ikinci abzasında göstərilən vergi ödəyiciləri istisna olmaqla)” sözləri çıxarılsın.

58. 157.7-ci maddə çıxarılsın.

59. 158.2-ci maddənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Vergi orqanı şəxsin ƏDV qeydiyyatının ləğv edilməsi barədə məlumatı bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.”.

60. 159.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“159.9. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.”.

61. 165.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“165.1.1. Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin, bu nümayəndəliklərin müvafiq statuslu Azərbaycan Respublikasının vətəndaşı olmayan diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlər;”.

62. 165.1.4-cü maddənin əvvəlinə “beynəlxalq poçt xidmətləri istisna olmaqla,” sözləri əlavə edilsin.

63. 165.1.6-cı maddə çıxarılsın.

64. 175.1-ci maddədə “aparılmış ödəmələrdə verginin” sözləri “ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi” sözləri ilə əvəz edilsin.

65. 175.1.3-cü maddənin birinci abzasına aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabı vasitəsilə ödənilməlidir.”.

66. 175.2-ci maddədə “nağdsız qaydada” sözlərindən sonra “ƏDV-nin depozit hesabı vasitəsilə” sözləri əlavə edilsin.

67. 175.6-cı maddədə “alınarkən” sözündən sonra “bu maddə ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin.

68. 175.7-ci maddədə “nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə)” sözlərindən sonra “ƏDV-nin depozit hesabı vasitəsilə” sözləri əlavə edilsin.

69. Aşağıdakı məzmunda 175.8-ci maddə əlavə edilsin:

“175.8. ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş vergi hesab-fakturaları üzrə ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

70. 202.0.1-ci maddədə “əvvəlinə” sözündən sonra “(əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər)” sözləri əlavə edilsin.

71. 202.0.2-ci maddədə “yaradıldıqda” sözündən sonra “və ya əmlak vergisi ödəyicisi olduqda” sözləri və hər iki halda “yaradıldığı” sözündən sonra “və ya əmlak vergisi ödəyicisi olduğu” sözləri əlavə edilsin.

72. 208.2-ci maddənin ikinci cümləsi çıxarılsın.

73. Aşağıdakı məzmunda 208.7-ci maddə əlavə edilsin:

“208.7. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdikləri torpaqlara, habelə hüquqi şəxslərə məxsus olan torpaqlara görə hesablanmış torpaq vergisinin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.”.

74. 218.1-ci maddədə “22500 manatdan” sözləri “22500 manat və ondan” sözləri ilə əvəz edilsin.

75. 220.5-ci maddədə verilmiş cədvəldə “30-dək” sözləri “31-dək” sözləri ilə, “31-dən” sözü “31 və ondan” sözləri ilə əvəz edilsin.

76. 221.4.7-ci maddədə “növbəti ay (aylar)” sözləri “öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il” sözləri ilə əvəz edilsin.

II. Bu Qanunun birinci bəndinin 15-22-ci və 24-cü yarımbəndləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipinə uyğun təşkili ilə bağlı dəyişikliklər edəcək müvafiq Qanunla eyni gündə qüvvəyə minir.

III. Bu Qanunun birinci bəndinin 1-14-cü, 23-cü və 25-76-cı yarımbəndləri 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin