Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ MƏCƏLLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, 1-ci kitab, maddə 583; 2001-ci il, №7, maddə 454, №9, maddə 576, №12, maddə 734; 2002-ci il, №5, maddə 249, №12, maddə 707; 2003-cü il, №8, maddə 425, №12 (iki kitabda), I kitab, maddə 671; 2004-cü il, №1, maddə 1, №11, maddə 887, №12, maddə 980; 2005-ci il, №2, maddə 61; Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli, 943-IIQD nömrəli Qanunu) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 7-ci maddədə “(yol vergisi istisna olmaqla)” sözləri çıxarılsın.

2. 20.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“20.4. Vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər.”.

3. 23.1.7-ci maddədə “icra” sözündən sonra “(ödəniş)” sözü əlavə edilsin.

4. 35.1-ci maddənin üçüncü cümləsindən sonra aşağıdakı məzmunda cümlə əlavə edilsin:

“Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda bu maddədə müəyyən edilmiş müddətdə verilir.”.

5. 35.5-ci maddədə “bankda” sözündən sonra “(bankın filialında)” sözləri əlavə edilsin.

6. 38.3.5-ci maddədə “edildikdə” sözündən sonra “, bu Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin vergi hüquqpozmalarına yol verməsi barədə mənbəyi məlum olan məlumatlar olduqda” sözləri əlavə edilsin.

7. 50.1.4-cü maddədə “edilməsi” sözündən sonra “və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi” sözləri əlavə edilsin.

8. 50.7-ci maddə çıxarılsın.

9. 53.3-cü maddənin beşinci abzasında “uçotunda,” sözündən sonra “vergilərin” sözü əlavə edilsin.

10. Aşağıdakı məzmunda 58.4-cü və 58.5-ci maddələr əlavə edilsin:

“58.4. bu Məcəllənin 155-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

58.5. bu Məcəllənin 157-ci və 158-ci maddələrinə müvafiq olaraq ƏDV məqsədləri üçün qeydiyyat qüvvəyə minmədən və ya ləğv edildiyi halda ƏDV üzrə vergi hesab-fakturasının təqdim edilməsinə görə vergi ödəyicisinə təqdim edilmiş vergi hesab-fakturasında göstərilmiş vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.”.

11. 65.2-ci maddədə “icra” sözündən sonra “(ödəniş)” sözü əlavə edilsin.

12. 65.5-ci maddə çıxarılsın.

13. 70.2-ci maddənin ikinci cümləsində “Sənədlər” sözündən sonra “vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana” sözləri əlavə edilsin.

14. 72-ci maddədə:

14.1. 72.2-ci maddənin ikinci abzasında “verilməsi” sözündən sonra “və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi” sözləri əlavə edilsin;

14.2. 72.4-cü maddədə cümlənin əvvəlinə “Qanunvericiliyə müvafiq olaraq” sözləri əlavə edilsin;

14.3. Aşağıdakı məzmunda 72.6-cı və 72.7-ci maddələr əlavə edilsin:

“72.6. Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir:

72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə;

72.6.2. vergi dövrü əks olunmadıqda;

72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda;

72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda.

72.7. Bu Məcəlləyə və ya digər qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1-72.6.4-cü maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir.”.

15. 85.5-ci maddədə:

15.1. 85.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.”;

15.2. 85.10-cu maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanmır.”;

15.3. 85.11-ci maddədən “hesablanan faizlər,” sözləri çıxarılsın.

16. 87.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir.”.

17. 89.10-cu maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir.”.

18. 90-cı maddədə:

18.1. 90.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilat (bundan sonra - hərracın təşkilatçısı) tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda (bundan sonra -hərrac) satılması haqqında məhkəmənin qərarı qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır.

Əmlakın hərracda satılması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakı, qanunvericiliyə müvafiq olaraq tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna edilməklə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən qiymətləndirilir.

Qiymətləndirici məhkəmə icraçısı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur. Qiymətləndiricinin xidməti məhkəmənin qərarı ilə əmlakı satılan vergi ödəyicisi tərəfindən ödənilir.

Həmin əmlak aşağıdakı qaydada satılır:”;

18.2. 90.3.4-cü maddədə “və ya qida məhsulu” sözləri “, habelə yararsız hala düşmək təhlükəsi olan ərzaq və qeyri-ərzaq məhsulu” sözləri ilə əvəz edilsin;

18.3. 90.3.16-cı, 90.3.17-ci, 90.3.18-ci maddələr çıxarılsın;

18.4. 90.3.19-cu, 90.3.20.7-ci, 90.3.20.11-ci maddələrdə və 90.3.20.8-ci maddənin dördüncü cümləsində “komissiya” sözü müvafiq olaraq “hərracın təşkilatçısı” sözləri ilə əvəz edilsin;

18.5. 90.3.20.7-ci maddədə və 90.3.20.8-ci maddənin birinci cümləsində “komissiyanın sədri” sözləri çıxarılsın;

18.6. 90.3.20.8-ci maddənin birinci cümləsində “və üzvləri” sözləri çıxarılsın;

18.7. 90.3.24-cü maddədə “bu Məcəllənin 90.3.17-ci maddəsinə müvafiq olaraq komissiyanın tərkibinə daxil edilən təşkilatların” sözləri “ədliyyə orqanlarının, o cümlədən məhkəmə icraçılarının, vergi orqanlarının və hərracın təşkilatçısının” sözləri ilə əvəz edilsin.

19. 98.2.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“98.2.5. İşəgötürən tərəfindən ödənilən sığorta haqları.”.

20. 101-ci maddədə 1-ci və 2-ci cədvəllər aşağıdakı redaksiyada verilsin:

1-ci cədvəl

Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği

1000 manatadək 14 faiz

1000 manatdan çox olduqda 140 manat + 1000 manatdan çox olan məbləğin 35 faizi

2-ci cədvəl

Vergi tutulan illik gəlirin məbləği Verginin məbləği

12000 manatadək 14 faiz

12000 manatdan çox olduqda 1680 manat + 12000 manatdan çox olan məbləğin 35 faizi

21. 101.1-ci maddənin sonuncu abzasında “150.1.7-ci maddəsinə” sözləri “150.1.1-ci, 150.1.2-ci, 150.1.3-cü və 150.1.7-ci maddələrinə” sözləri ilə əvəz edilsin.

22. 102-ci maddədə:

22.1. 102.1.3.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“102.1.3.1. hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın dəyərinin şərti maliyyə vahidinin 1000 mislinədək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın dəyərinin şərti maliyyə vahidinin 2000 mislinədək olan hissəsi, mirasların dəyərinin şərti maliyyə vahidinin 20000 mislinədək olan hissəsi;”;

22.2. 102.1.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar;”;

22.3. 102.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“102.1.6. Aylıq gəliri şərti maliyyə vahidinin 200 mislinədək olduqda şərti maliyyə vahidinin 30 misli, illik gəliri şərti maliyyə vahidinin 2400 mislinədək olduqda şərti maliyyə vahidinin 360 misli məbləğində;”;

22.4. 102.1.8-ci maddədə “vəsait” sözündən sonra “, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqları, 5 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 5 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər” sözləri əlavə edilsin;

22.5. 102.1.14.3-cü, 102.1.14.7-ci, 102.1.14.11-ci, 102.1.14.12-ci və 102.1.14.14-cü maddələr çıxarılsın;

22.6. 102.1.14.16-cı maddə aşağıdakı redaksiyada verilsin:

“102.1.14.16. bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə ödənilən əlavə məbləğ;”.

23. 105.1-ci maddədə “24” rəqəmi “22” rəqəmi ilə əvəz edilsin.

24. 114.3.8-ci maddə çıxarılsın.

25. 120-ci maddədə “beş ilədək” sözləri “üç ilədək” sözləri ilə əvəz edilsin.

26. 121-ci maddədə:

26.1. 121.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“121.1. Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi üç ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.”;

26.2. 121.2-ci maddədə “beş ilədək” sözləri “üç ilədək” sözləri ilə əvəz edilsin.

27. 123.1-ci maddədə “banklarına” sözündən sonra “, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə” və “bankların” sözündən sonra “, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin” sözləri, “ödənilən faizlərdən” sözlərindən sonra “, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən” sözləri əlavə edilsin.

28. 125.1.3-cü maddədən “lizinq, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödəmələri, habelə” sözləri çıxarılsın.

29. 140.4-cü maddədə “Bu maddənin məqsədləri üçün” sözləri “Maliyyə lizinqi müqaviləsində ssuda ödəmələri üzrə faiz dərəcəsi göstərilmədikdə və ya maliyyə lizinqi həyata keçirən qeyri-rezidentlərə, habelə qarşılıqlı surətdə asılı şəxslərə” sözləri ilə əvəz edilsin.

30. 149.2-ci maddədə “Rezident fiziki şəxslər hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq, digər şəxslər isə -” sözləri “Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər” sözləri ilə əvəz edilsin.

31. 150-ci maddədə:

31.1. 150.3.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“150.3.1-ci bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamağa və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməyə;”;

31.2. aşağıdakı məzmunda 150.3.2-ci maddə əlavə edilsin:

“150.3.2. bu Məcəllənin 150.1.3-150.1.7-ci maddələrinə uyğun olaraq gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə;”;

31.3. 150.3.2-ci maddə 150.3.3-cü maddə hesab edilsin.

32. 151.3-cü maddədə:

32.1. 151.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış carı vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda vergi orqanı bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir.”;

32.2. 151.5.3-cü maddədə “20 gün müddətində təqvim ili ərzində artan yekunla” sözləri “rüb ərzində” sözləri ilə əvəz edilsin.

33. 156-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 156. Könüllü qeydiyyat

156.1. Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

156.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən forması müəyyən edilən ərizədə digər məlumatlarla yanaşı aşağıdakı məlumatlar da qeyd edilməlidir:

156.2.1. nəzərdə tutulan sahibkarlıq fəaliyyətinin növü;

156.2.2. ehtimal edilən rüblük dövriyyə;

156.2.3. təqdim edilən mal, görülən iş və göstərilən xidmətin növü;

156.2.4. fəaliyyəti həyata keçirmək üçün maliyyə vəsaitlərinin miqdarı;

156.2.5. alınacaq malların, işlərin və xidmətlərin mənbələri;

156.2.6. fəaliyyət zamanı cəlb ediləcək işçilərin sayı;

156.2.7. fəaliyyət zamanı cəlb ediləcək istehsal avadanlıqları və sair aktivlərin dəyəri.”.

34. 157.2-ci maddənin birinci abzası aşağıdakı məzmunda dörd abzasla əvəz edilsin:

“Şəxsin ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəsində göstərilən məlumatlar vergi orqanı tərəfindən 30 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılır. Şəxsin ərizəsindəki məlumatlar düzgün olduqda, araşdırmanın nəticələri üzrə vergi orqanı tərəfindən bu Məcəllənin 157-2-ci maddəsinin dördüncü abzasında müəyyən edilmiş akt tərtib olunur və ərizədə göstərilən məlumatlar ƏDV qeydiyyatı üçün əsas verdikdə vergi orqanı şəxsi ƏDV ödəyicilərinin reyestrində qeydə almağa və ona 5 iş günündən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə borcludur. Müvafiq akt iki nüsxədə tərtib olunur və bir nüsxəsi şəxsə təqdim edilir.

Şəxsin ərizəsindəki məlumatların düzgün olmadığı müəyyən edildikdə, araşdırmanın nəticələri üzrə vergi orqanı tərəfindən bu Məcəllənin 157-2-ci maddəsinin dördüncü abzasında müəyyən edilmiş formada əsaslandırılmış akt tərtib olunur. Akt iki nüsxədə tərtib olunur və bir nüsxəsi şəxsə təqdim edilir. Şəxs aktı aldığı gündən 5 gün müddətində dəqiqsizlikləri aradan qaldırıb vergi orqanına təqdim etməlidir, təqdim edilmiş ərizədə dəqiqsizliklər olmadıqda şəxs qeydiyyata alınır və bu barədə şəxsə vergi orqanı tərəfindən bildiriş göndərilir.

Şəxs bu maddənin ikinci abzasında müəyyən edilmiş qaydada dəqiqsizlikləri aradan qaldırmadıqda və qeydiyyata alınmadıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Araşdırmanın nəticələri üzrə tərtib olunan aktın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

35. 158.2-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Vergi ödəyicisi ƏDV üzrə hesablanmış vergiləri üç ay ərzində tam ödəmədikdə və vergi orqanının yaranmış borcun ödənilməsi barədə yazılı xəbərdarlığını aldığı gündən 30 gün müddətində borc üzrə ödəməni həyata keçirmədikdə, şəxsin (iri vergi ödəyiciləri istisna olmaqla) ƏDV qeydiyyatı ləğv edilə bilər. Bu zaman 3 gün müddətində həmin şəxsə müvafiq bildiriş təqdim edilir.”.

36. 177.2-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi bu Məcəllədə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.”.

37. 179.2-ci maddədə hər iki halda “5” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.

38. 185-ci maddədə:

38.1. 185.1-ci maddədə “mallar” sözü “neft məhsulları və tütün məmulatları” sözləri ilə əvəz edilsin və bu maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikası ərazisində istehsal olunan digər aksizli mallar üçün vergi tutulan əməliyyat istehsal olunan malların miqdarı hesab olunur.”;

38.2. 185.3-cü maddə çıxarılsın.

39. 190.3.1-ci maddədə “4000,0” rəqəmi “0,8” rəqəmi ilə, 190.3.2-ci maddədə “2500,0” rəqəmi “0,5” rəqəmi ilə, 190.3.3-cü maddədə “1000,0” rəqəmi “0,2” rəqəmi ilə, 190.3.4-cü maddədə “1000,0” rəqəmi “0,2” rəqəmi ilə, 190.3.5-ci maddədə “500,0” rəqəmi “0,1” rəqəmi ilə, 190.3.6-cı maddədə “400,0” rəqəmi “0,08” rəqəmi ilə və 190.3.7-ci maddədə “hər min ədədinə 9000,0 manat” sözləri “12,5 faiz” sözləri ilə əvəz edilsin.

40. 192.1-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, aksiz bəyannaməsi bu Məcəllədə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.”.

41. 194.2-ci maddədə “vergi ödəyicilərinin” sözləri “vergi ödəyiciləri tərəfindən bu Məcəllədə müəyyən edilmiş tələblərin pozulması hallarını müəyyən etdikdə, vergi ödəyicilərinin” sözləri ilə, “qurmalı” sözü “qurmaqla” sözü ilə, “təmin etməlidir” sözləri “təmin etməyə səlahiyyətlidir” sözləri ilə əvəz edilsin;

42. 198.1.2.1 və 198.1.2.2-ci maddələrdə “0,4” rəqəmi “1” rəqəmi ilə əvəz edilsin.

43. 200.4-cü maddədə “iyunun” sözü “avqustun” sözü ilə əvəz edilsin.

44. 201-ci maddədə:

44.1. 201.3-cü maddənin ikinci abzasında “vergi ilində” sözləri “hesabat ilində” sözləri ilə əvəz edilsin və bu maddədə “25” rəqəmi “20” rəqəmi ilə əvəz edilsin;

44.2. 201.5-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.”.

45. 202.0.2-ci və 202.0.3-cü maddələrdə “balans üzrə” sözləri çıxarılsın.

46. 206.3-cü maddədə “hər” sözündən sonra “100” rəqəmi əlavə edilsin və “vahidindən faizlə” sözləri “vahidinin misli ilə” sözləri ilə əvəz edilsin.

47. 216.2-ci maddənin cədvəlində “Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı” sütununda “yodlu bromlu sular” sətrinə aid olan “Mədən vergisinin dərəcələri (şərti maliyyə vahidinin misli ilə)” sütunundakı vergi dərəcəsini göstərən “4” rəqəmi “0,02” rəqəmi ilə əvəz edilsin.

48. 217.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“217.1. Mədən vergisi bu Məcəllənin 216.1-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə yerin təkindən çıxarılmış faydalı qazıntıların topdansatış qiymətinə, 216.2-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə isə yerin təkindən çıxarılmış faydalı qazıntıların hər kub metrinə müvafiq vergi dərəcələrini tətbiq etməklə hesablanır.”.

49. 220.7-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilmədikdə həmin göstəricilər müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir. Oturacaq yerlərinin sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışlar əsasında müəyyən etmək mümkün olmadıqda sadələşdirilmiş verginin məbləği yerlərin faktiki sayına görə müəyyən edilir.”.

50. 221-ci maddədə:

50.1. 221.3-cü maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.”;

50.2. 221.4.7-ci maddənin birinci abzasında “müraciətinə” sözü “nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə” sözləri ilə, ikinci abzasında “müraciətinə” sözü “ərizəsinə” sözü ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü abzaslar əlavə edilsin:

“Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı” verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir.

Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən “Fərqlənmə nişanı”nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.”;

50.3. 221.4.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“221.4.8. “Fərqlənmə nişanı”nın və bu Məcəllənin 221.4.9-cu maddəsində göstərilən “Xüsusi fərqlənmə nişanı”nın formaları nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və aşağıdakı məlumatları özündə əks etdirirlər:

221.4.8.1. vergi ödəyicisi olan hüquqi şəxsin tam adı və ya fiziki şəxsin adı, atasının adı, soyadı;

221.4.8.2. vergi ödəyicisinin VÖEN-i;

221.4.8.3. nişanın qüvvədə olma müddəti;

221.4.8.4. avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı;

221.4.8.5. avtomobil nəqliyyatı vasitələrində oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti;

221.4.8.6. daşımanın həyata keçirildiyi ərazi;

221.4.8.7. ödənilmiş verginin məbləği.”;

50.4. 221.4.13-cü maddə aşağıdakı redaksiyada verilsin:

“221.4.13. Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür xidmətlər istisna olmaqla), habelə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Milli Bankının, hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və bu qəbildən olan digər sazişlər çərçivəsində fəaliyyət göstərən xarici podratçıların və subpodratçıların, dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan avtomobil nəqliyyatı vasitələri üçün “Fərqlənmə nişanı” və ya “Xüsusi fərqlənmə nişanı” alınmır və bu cür avtomobil nəqliyyatı vasitələrinin sahibləri həmin avtomobil nəqliyyatı vasitələri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verirlər.

Müvafiq icra hakimiyyəti orqanı növbəti ayın 10-dək əvvəlki ay ərzində verilmiş nişanlar barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.”.

II. Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin