Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 31-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1.Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti adlandırılsın.

2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı və Xüsusi Dövlət Mühafizə Xidməti bir ay müddətində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Əsasnaməsinin layihəsini və strukturu ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin