Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASINI PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Prezident!

Harada yaşamasından asılı olmayaraq, hər bir həmvətənimizin öz həyatında BÖYÜK BAYRAM kimi qeyd etdiyi, ən əziz və sevindirici anlardan birinə çevrilmiş bu xoş gündə Sizi ad gününüz münasibətilə Ukraynada yaşayan bütün azərbaycanlılar adından təbrik edir, Sizə ən dərin, xoş arzularımızı çatdırırıq.

Cənab Prezident! Biz, Ukraynada yaşayan azərbaycanlılar, Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti daim diqqətlə izləyirik. Azərbaycanda siyasi sabitliyin əldə edilməsi, aparılan iqtisadi islahatlar, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli sahəsində görülən işlər, bu problemin həllinə dair beynəlxalq təşkilatlarda qazanılmış qələbələr, Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutması məhz Sizin şəxsi nüfuzunuz sayəsində mümkün olmuşdur. Biz Sizin kimi müdrik bir Millət Atası və rəhbəri olan xalqın nümayəndəsi olmaqdan fəxr edirik.

Zati-aliləri, Ukraynada yaşayan azərbaycanlılar adından Sizi, bütün ailə üzvlərinizi ad gününüz münasibətilə bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və Sizin rəhbərliyiniz altında Azərbaycan xalqına yeni qələbələr arzulayırıq.

Dərin hörmətlə,

UKRAYNA AZƏRBAYCANLILARI KONQRESİ

X X X

Bundan əlavə Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayevsk vilayət bölməsindən M. Quliyev, Zaporojye vilayət bölməsindən Həsənli, Lvov vilayət bölməsinin sədri C. Babayev, Ukraynanın fəxri akademiki M. Cəfərov Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin 80 illik yubileyi münasibətilə təbrik məktubu və teleqramları göndərmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin