Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK MƏCƏLLƏSİNİN TƏSDİQ EDİLMƏSİ, QÜVVƏYƏ MİNMƏSİ VƏ BUNUNLA BAĞLI HÜQUQİ TƏNZİMLƏMƏ MƏSƏLƏLƏRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” VƏ “NOTARİAT HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 231; 2000-ci il, № 3, I kitab, maddə 159; 2008-ci il, № 7, maddə 611, № 8, maddə 719; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 28 oktyabr tarixli 6 nömrəli Fərmanı) 2-ci bəndinin on ikinci abzasında “Baş Dövlət Vergi Müfəttişliyi” sözləri “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 40; 2001-ci il, № 10, maddə 640; 2002-ci il, № 8, maddə 478; 2003-cü il, № 6, maddə 290; 2005-ci il, № 8, maddə 717; 2006-cı il, № 1, maddə 9, № 7, maddə 590; 2007-ci il, № 6, maddə 606; 2008-ci il, № 3, maddə 174) 3-cü bəndinin səkkizinci və onuncu abzaslarında ismin müvafiq hallarında “Baş Dövlət Vergi Müfəttişliyi” sözləri ismin müvafiq hallarında “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin