RƏSMİ SƏNƏDLƏR


“AZƏRBAYCAN RESPUBLİKASI CİNAYƏT-PROSESSUAL MƏCƏLLƏSİNİN TƏSDİQ EDİLMƏSİ, QÜVVƏYƏ MİNMƏSİ VƏ BUNUNLA BAĞLI HÜQUQİ TƏNZİMLƏMƏ MƏSƏLƏLƏRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN VƏ HƏMİN QANUNLA TƏSDİQ EDİLMİŞ AZƏRBAYCAN RESPUBLİKASI CİNAYƏT-PROSESSUAL MƏCƏLLƏSİNİN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2000-Cİ İL 25 AVQUST TARİXLİ 387 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 610; 2001-ci il, №10, maddə 646; 2002-ci il, №5, maddələr 273, 279, №7, maddə 413, №8, maddə 478, №9, maddə 563; 2003-cü il, №8, maddə 434; 2004-cü il, №1, maddə 19, №5, maddə 345; 2005-ci il, №1, maddə 18, №4, maddə 299, №9, maddə 799, №12, maddə 1101; 2006-cı il, №8, maddə 676, №11, maddə 935; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 517 nömrəli Fərmanı) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1.1. 2-ci bənd üzrə:
1.1.1. dördüncü abzasda “vergilər” sözündən sonra “, fövqəladə hallar” sözləri əlavə edilsin;
1.1.2. yeddinci abzasda “sərhəd xidməti,” sözlərindən sonra “fövqəladə hallar,” sözləri əlavə edilsin;
1.2. 3-cü bənd üzrə:
1.2.1. ikinci abzasda “222-1, 222-2, 224,” rəqəmləri çıxarılsın, “225-233-1” rəqəmləri “228-233-1” rəqəmləri ilə, “242-261” rəqəmləri “242-246, 253-259, 261” rəqəmləri ilə əvəz edilsin;
1.2.2. aşağıdakı məzmunda on birinci və on ikinci abzaslar əlavə edilsin:
“- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1, 222-2, 225, 249 və 260-cı maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 224, 226, 227, 247, 248, 250, 251 və 252-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə - bu işi başlamış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və ya daxili işlər (polis) orqanları.”
2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 12 mart 2007-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin