RƏSMİ SƏNƏDLƏR


AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN POLİS AKADEMİYASININ BAYRAĞININ TƏSVİRİ

Azərbaycan Respublikası Prezidentinin

6 mart 2008-ci il tarixli Fərmanı ilə

təsdiq edilmişdir

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı iki üzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir.

Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngdə ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır.

Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizgüşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipək sapla «Vətən uğrunda», aşağı kənarı boyu yaşıl zolaqda «Qanunların və ictimai asayişin keşiyində» şüarları tikilir. Yazıdakı hərflərin hər birinin hündürlüyü 6,5 sm, eni 5 sm-dir.

Qumaşın arxa tərəfində, qırmızı zolağın ortasında Polis Akademiyasının rəngli emblemi (hündürlüyü 55 sm) tikilir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli ipək sapla «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi», aşağı kənarı boyu yaşıl zolaqda «Polis Akademiyası» sözləri tikilir. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm, eni 4,5 sm-dir.

Bayrağın dəstəyi en kəsiyinin diametri 4 sm, uzunluğu 250 sm olan girdə ağacdandır.

Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halqa, yuxarı ucunda nikellənmiş fiqurlu ucluq vardır.

Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotazlar var. Qaytanın uzunluğu 270-280 sm-dir.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin