Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN POLİS AKADEMİYASI İLƏ BAĞLI BƏZİ MƏSƏLƏLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 4.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“4.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası;”.

2. “Azərbaycan Polis Akademiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 may tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 10, maddə 356) qüvvədən düşmüş hesab edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin