RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ DAXİLİ QOŞUNLARININ HƏRBİ QULLUQÇULARININ VƏ MÜLKİ İŞÇİLƏRİNİN AYLIQ VƏZİFƏ MAAŞLARININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşları 2004-cü il avqustun 1-dən 1,5 dəfə artırılsın.
2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci bəndi ilə bağlı maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarını təsdiq etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyul 2004-cü il.