Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ VƏ MÜLKİ İŞÇİLƏRİNİN AYLIQ VƏZİFƏ VƏ RÜTBƏYƏ GÖRƏ MAAŞLARININ ARTIRILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası daxili işlər orqanları əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikası daxili işlər orqanları (Daxili Qoşunlar istisna olmaqla) əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə və rütbəyə görə maaşları 2003-cü il avqustun 1-dən 50 faiz artırılsın. 2. Azərbaycan Respublikası Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 30 iyun 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin