Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN FƏALİYYƏTİNİ TƏNZİMLƏYƏN BƏZİ QANUNVERİCİLİK AKTLARINDA DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin formalaşma mənbələrinin və istifadəsi qaydalarının təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 dekabr tarixli 240 nömrəli Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması haqqında Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 12, maddə 720) aşağıdakı dəyişiklik edilsin:

Fərmanın 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

" 2. Azərbaycan Respublikasının Dövlət Neft Fondunun aşağıdakı mənbələr hesabına formalaşdırılması müəyyən edilsin:

2.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ya səlahiyyətli dövlət orqanı ilə sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində neftin və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin, habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və nəqlinə dair digər sazişlərin həyata keçirilməsindən əldə edilən aşağıdakı gəlirlər:

2.1.1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);

2.1.2. neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar);

2.1.3. karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər;

2.1.4. neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər (Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);

2.1.5. neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri vasitəsi ilə ötürülməsindən əldə edilən gəlirlər;

2.1.6. neft-qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər;

2.2. Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, o cümlədən faiz gəlirləri, dividendlər, valyuta aktivlərinin yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair;

2.3. qrantlar və digər təmənnasız yardımlar;

2.4. qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar".

2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamədə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 12, maddə 846) aşağıdakı dəyişikliklər edilsin:

2.1. Əsasnamənin 3-cü bölməsi aşağıdakı redaksiyada verilsin:

"3. Fondun formalaşması mənbələri

3.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:

3.1.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ya səlahiyyətli dövlət orqanı ilə sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində neftin və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin, habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və nəqlinə dair digər sazişlərin həyata keçirilməsindən əldə edilən aşağıdakı gəlirlər:

3.1.1.1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohirogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);

3.1.1.2. neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar);

3.1.1.3. karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər;

3.1.1.4. neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər (Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);

3.1.1.5. neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri vasitəsi ilə ötürülməsindən əldə edilən gəlirlər;

3.1.1.6. neft-qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər;

3.1.2. Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, o cümlədən faiz gəlirləri, dividendlər, valyuta aktivlərinin yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair;

3.1.3. qrantlar və digər təmənnasız yardımlar;

3.1.4. qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar.

3.2. Fondun idarə olunan vəsaiti investisiya reytinqli banklarda və aktivlərdə yerləşdirilir.

3.3. Fondun vəsaitinin uçotu və istifadə edilməsi haqqında hesabatın tərtib edilməsi və aparılması qaydaları Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilir".

2.2. Əsasnamənin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"4.1. Fondun vəsaitinin istifadə edilməsi (xərclənməsi) Fondun maliyyə ili ərzində xərclərinin gəlirləri üstələməməsi prinsipinə əsaslanır".

3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 9, maddə 594) aşağıdakı dəyişiklik edilsin:

Qaydaların 2.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"2.3. Neft Fondunun büdcəsinin gəlir maddələrini aşağıdakılar təşkil edir:

2.3.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ya səlahiyyətli dövlət orqanı ilə sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində neftin və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin, habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və nəqlinə dair digər sazişlərin həyata keçirilməsindən əldə edilən aşağıdakı gəlirlər:

2.3.1.1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya işitirak payına düşən gəlirlər istisna olmaqla);

2.3.1.2. neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar);

2.3.1.3. karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər;

2.3.1.4. neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);

2.3.1.5. neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri vasitəsi ilə ötürülməsindən əldə edilən gəlirlər;

2.3.1.6. neft-qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər;

2.3.2. Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, o cümlədən faiz gəlirləri, dividendlər, valyuta aktivlərinin yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair;

2.3.3. qrantlar və digər təmənnasız yardımlar;

2.3.4. qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar".

4. Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, "7" fevral 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin