RƏSMİ SƏNƏDLƏR


“AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİNİN STRUKTURUNUN TƏKMİLLƏŞDİRİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2003-CÜ İL 24 YANVAR TARİXLİ 844 NÖMRƏLİ FƏRMANINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 366 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 36; 2004-cü il, № 9, maddə 681; 2005-ci il, № 2, maddə 73, № 12, maddə 1109; 2006-cı il, № 7, maddə 590, № 9, maddə 736; 2007-ci il, № 3, maddə 219, № 12, maddə 1244) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. 1.4-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Şirkət müstəqil balansla yanaşı icmal (konsolidə) edilmiş hesabatları tərtib edir.”;

1.2. 1.5-ci bənddə “blanklara” sözündən sonra “loqotipə, emblemə və” sözləri əlavə edilsin;

1.3. 1.7-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Şirkət öhdəliklərinə görə əmlakı ilə cavabdehdir.”;

1.4. 1.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“1.9. Şirkətin Baş ofisi Bakı şəhərində yerləşir.”;

1.5. 2.1-ci və 4.3-cü bəndlərdə ismin müvafiq hallarında “emalı” sözündən sonra ismin müvafiq hallarında “paylanması” sözü əlavə edilsin;

1.6. 2.3-cü bənd üzrə:

1.6.1. beşinci abzasda “tərkibinə daxil olan müəssisələrin” sözləri “strukturuna daxil olan hüquqi şəxslər və hüquqi şəxs olmayan (nümayəndəliklər, filiallar və sair) qurumlar (bundan sonra – strukturuna daxil olan qurumlar)” sözləri ilə əvəz edilsin;

1.6.2. on beşinci abzasda “nəql haqqının” sözləri “nəql xərclərinin” sözləri ilə əvəz edilsin;

1.6.3. on doqquzuncu abzasda “xarici şirkətlərin müştərək fəaliyyətə cəlb edilməsini” sözləri “hüquqi və fiziki şəxslərlə hüquqi şəxs yaratmaqla və ya hüquqi şəxs yaratmadan birgə layihələrin həyata keçirilməsi və layihələrin təsis sənədlərinə uyğun olaraq onların idarə olunmasında iştirak edilməsi” sözləri ilə əvəz edilsin;

1.7. III bölmənin adı aşağıdakı redaksiyada verilsin:

“III. Şirkətin Nizamnamə kapitalı, əmlakı və mənfəəti”;

1.8. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. Şirkətin Nizamnamə kapitalı 600.000.000 manat təşkil edir və dövlətə məxsusdur.”;

1.9. 3.2-ci bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Şirkət əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.”;

1.10. 3.3-cü bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“dövlət tərəfindən verilən əmlak;”;

1.11. 3.4-cü və 4.1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“3.4. Şirkət qanunvericiliklə nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra özünün və müəssisələrinin fəaliyyətindən əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və həmin vəsaitlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

4.1. Şirkətin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.”;

1.12. 4.2-ci bənddə “idarəetmə strukturu” sözləri “rəhbərliyi” sözü ilə əvəz edilsin;

1.13. 4.3-cü bənddə “tərkibinə daxil olan müəssisələr, habelə Şirkət tərəfindən bu Nizamnaməyə uyğun olaraq yaradılan hüquqi şəxslər və hüquqi şəxs statusuna malik olmayan” sözləri “strukturuna daxil olan” sözləri ilə əvəz edilsin;

1.14. 4.4-cü, 4.9-cu, 4.10-cu, 4.11-ci, 4.13-cü bəndlərdə, 5.4-cü bəndin beşinci abzasında, 5.9-cu bəndin ikinci, dördüncü, beşinci və yeddinci abzaslarında “tərkibinə daxil olan müəssisələr” sözləri “strukturuna daxil olan qurumlar” sözləri ilə əvəz edilsin;

1.15. 4.4-cü bənddə “(Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən siyahıya əsasən müəyyən edilmiş müəssisələr istisna olmaqla)” sözləri çıxarılsın və “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “struktura uyğun olaraq müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin;

1.16. 4.5-ci, 4.8-ci və 4.12-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“4.5. Şirkət tərəfindən yaradılan müəssisələr, təşkilatlar və digər təsisatlar arasındakı münasibətlər, o cümlədən əmlakın balansdan balansa verilməsi, malların, işlərin və xidmətlərin təqdim edilməsi, qarşılıqlı hesablaşmaların aparılması Şirkətin qanunlara zidd olmayan daxili normativ sənədlərinə uyğun olaraq həyata keçirilir.

4.8. Hüquqi və fiziki şəxslərlə yaradılan cəmiyyətlərdə, kooperativlərdə, hüquqi şəxslərin ittifaqlarında və digər birgə layihələrdə bilavasitə Şirkət iştirak edə bilər.

4.12. Şirkət və onun müəssisə və təşkilatları öz fəaliyyətində qanunla müəyyən edilmiş hallar istisna olunmaqla neft-qaz əməliyyatlarında ümumi qəbul edilmiş beynəlxalq maliyyə, kadr, təchizat və digər idarəetmə qaydaları və standartlarını tətbiq edir.”;

1.17. 5.1-ci bənddə “Bu Nizamnamənin 4.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş Şirkətin idarəetmə strukturuna” sözləri “Şirkətin rəhbərliyinə” sözləri ilə əvəz edilsin və “, habelə Şirkətin aparatı” sözləri çıxarılsın;

1.18. 5.4-cü bənd üzrə:

1.18.1. ikinci və dördüncü abzasda ismin müvafiq hallarında “aparat” sözü ismin müvafiq hallarında “Baş ofis” sözləri ilə əvəz edilsin;

1.18.2. on ikinci abzasda “verir” sözündən sonra “, həmçinin Şirkətin Şurasının qərarlarını imzalayır” sözləri əlavə edilsin;

1.19. 5.6-cı bənddə “aparatında” sözü “Baş ofisində” sözləri ilə əvəz edilsin;

1.20. 5.7-ci bənddə “məşvərətçi” sözü “kollegial” sözü ilə əvəz edilsin və aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Şirkətin Şurası haqqında Əsasnamə Şirkətin prezidenti tərəfindən təsdiq edilir.”;

1.21. 5.9-cu bəndin səkkizinci abzası doqquzuncu abzas hesab edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

“Şirkətin inkişaf strategiyasının formalaşdırılması;”;

1.22. 6.1-ci bənddə “statistika hesabatını” sözləri “maliyyə və statistika hesabatlarını, vergi bəyannamələrini” sözləri ilə əvəz edilsin;

1.23. 6.2-ci bənddə “dövlət orqanları” sözü “orqanlar” sözü ilə əvəz edilsin.

2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturu”nda aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

2.1. “I. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İdarəetmə Strukturu:” sözləri və “2. Şirkətin aparatı.” sözləri çıxarılsın;

2.2. aşağıdakı məzmunda 2-8-ci bəndlər əlavə edilsin:

“2. Şirkətin Şurası.

3. Audit Komitəsi.

4. Risklərin İdarəedilməsi Komitəsi.

5. Satınalmalar Komitəsi.

6. Baş ofis.

7. Filiallar, nümayəndəliklər və hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (İdarələr).

8. Ortaq Neft Şirkətləri və Şirkət tərəfindən yaradılan təsisatlar.”;

2.3. “II. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə daxil olan müəssisələr” sözləri “9. Şirkətin strukturuna daxil olan müəssisələr” sözləri ilə əvəz edilsin;

2.4. “Azneft” İstehsalat Birliyi” sözlərindən sonra aşağıdakı məzmunda yeni bənd əlavə edilsin:

“9.2. “Azəriqaz” İstehsalat Birliyi;”;

2.5. “Qaz əməliyyatları” İdarəsi” sözləri “Qaz ixrac” İdarəsi” sözləri ilə əvəz edilsin;

2.6. “Elmi tədqiqatlar” institutu” sözləri “Neftqazelmitədqiqatlayihə” institutu” sözləri ilə əvəz edilsin;

2.7. “Neftqazlayihə” institutu” sözləri çıxarılsın;

2.8. 1-18-ci bəndlər müvafiq olaraq 9.1-9.18-ci bəndlər hesab edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2009-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
25.11.2020 [20:11]
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyun tarixli 540 nömrəli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 19 iyun tarixli 1471 nömrəli, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyun tarixli 140 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 iyul tarixli 164 nömrəli və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı