Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏDİNİN BURAXILIŞ MƏNTƏQƏLƏRİNDƏN KEÇİRİLƏN MALLARIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN YOXLANILMASINDA “BİR PƏNCƏRƏ” PRİNSİPİNİN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ VƏ 2008-Cİ İL 25 AVQUST TARİXLİ 3004 NÖMRƏLİ SƏRƏNCAMI İLƏ TƏSDİQ EDİLMİŞ “2008-2015-Cİ İLLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASINDA ƏHALİNİN ƏRZAQ MƏHSULLARI İLƏ ETİBARLI TƏMİNATINA DAİR DÖVLƏT PROQRAMI”NDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 14.5.2-ci bəndinə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. yeddinci abzas aşağıdakı redaksiyada verilsin:

“malın fitosanitar sertifikatı;”;

1.2. doqquzuncu abzas on birinci abzas hesab edilsin və aşağıdakı məzmunda doqquzuncu və onuncu abzaslar əlavə edilsin:

“- malın baytarlıq sertifikatı;

- malın gigiyenik sertifikatı (yeyinti məhsullarına);”.

2. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №10, maddə 615; 2001-ci il, №6, maddə 408; 2002-ci il, №5, maddə 270; 2003-cü il, №10, maddələr 567, 585; 2004-cü il, №8, maddə 617, № 12, maddə 1003) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı əlavələr edilsin:

2.1. 5.5-ci bənddə “alınmasını” sözündən sonra “, beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə “İcazə” blanklarının verilməsinə görə dövlət rüsumunun tutulmasını” sözləri əlavə edilsin;

2.2. 5.7-ci bənddə “rüsumlarının,” sözündən sonra “müvafiq dövlət rüsumlarının,” sözləri əlavə edilsin;

2.3. aşağıdakı məzmunda 5.11-1-ci, 5.11-2-ci və 5.11-3-cü bəndlər əlavə edilsin:

“5.11-1. malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının (şəhadətnamələrinin) yoxlanılmasını, sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətini həyata keçirir;

5.11-2. ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələrini baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə məcburi dezinfeksiya edir;

5.11-3. başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılmasının təmin edilməsi məqsədi ilə müvafiq ərazi dövlət baytarlıq müfəttişliyinə məlumat verir;”.

3. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 301; 2006-cı il, № 2, maddə 91, № 5, maddə 397; 2007-ci il, № 2, maddə 87; 2008-ci il, № 6, maddə 488, № 11, maddə 970) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

3.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti haqqında Əsasnamə”nin 10.3-cü bəndində “dövlət sərhədində” sözlərindən sonra “(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)” sözləri əlavə edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə” üzrə:

3.2.1. 9.6-cı bənddə “ərazisindən tranzit daşınmasına” sözləri “ərazisində daşınmasına, təkrar ixracına və dövriyyəsinə” sözləri ilə əvəz edilsin və “idxal karantin icazəsi” sözlərindən sonra “, təkrar ixracat fitosanitar sertifikatı” sözləri əlavə edilsin;

3.2.2. 9.7-ci bənddə “qaydada” sözündən sonra “(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)” sözləri əlavə edilsin;

3.2.3. 9.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.8. Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara qanunvericiliklə müəyyən edilmiş qaydada fitosanitar karantin baxışını keçirir və laboratoriya ekspertizasını aparır;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2006-cı il, № 5, maddə 411, № 8, maddə 680; 2007-ci il, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; 2008-ci il, № 7, maddə 612, № 11, maddələr 967 və 970) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı əlavə və dəyişiklik edilsin:

4.1. 8.6-cı bəndin əvvəlinə “öz səlahiyyətləri daxilində” sözləri, “etmək” sözündən sonra “, bu sahədə gömrük orqanları ilə qarşılıqlı məlumat mübadiləsini həyata keçirmək” sözləri əlavə edilsin;

4.2. 8.14-cü bənd aşağıdakı redaksiyada verilsin:

“8.14. ölkə ərazisində yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq;”.

5. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 610) aşağıdakı dəyişiklik və əlavə edilsin:

5.1. 2.2-ci bənddən “50.3-cü,” rəqəmi çıxarılsın;

5.2. aşağıdakı məzmunda 2.3-cü bənd əlavə edilsin:

“2.3. həmin Qanunun 50.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə “İcazə” blankları verildiyi hallarda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, digər hallarda isə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir.”.

6. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 765) ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.7.8-ci bəndinin “Tədbirin adı” sütunundan “Sərhəd keçid və” sözləri çıxarılsın.

7. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin