Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN ƏSGƏRLƏRİNİN “AZƏRBAYCAN BAYRAĞI”ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının dövlət sərhədinin toxunulmazlığının təmin edilməsindəki xidmətlərinə, şəxsi igidlik və şücaət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı əsgərləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilsinlər

1. İsmayılov Anar Əliağa oğlu (ölümündən sonra)

2. Quliyev Təbriz Şahmurad oğlu

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin