Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN 2008-Cİ İL BÜDCƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsinin gəlirləri  1 268 648 000,0 manat, xərcləri 1 268 648 000,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Müəyyən edilsin ki, 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır.

(manatla)

Gəlirlərin mənbələri
Məbləğ
1. Məcburi dövlət sosial sığorta haqları
917 148 000,0
o cümlədən:
 
1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə
346 257 500,0
1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə
47 217 000,0
1.3. dövlət büdcəsindən ayrılan subsidiya hesabına və büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar
11 000 000,0
1.4. digər sığortaedənlər
512 673 500,0
o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə
15 600 000,0
2. Sair gəlirlər
1 500 000,0
o cümlədən:
 
2.1. sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrədaxilolmalar
1 500 000,0
3. Dövlət büdcəsindən ayırmalar (transfert)
350 000 000,0

Maddə 3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir.

(manatla)

Xərclərin istiqamətləri
Məbləğ
1. Əhaliyə ödənişlər, cəmi
1 213 476 500,0
o cümlədən:
 
1.1. əmək pensiyalarının ödənilməsinə, cəmi
1 179 856 500,0
o cümlədən:
 
əmək pensiyalarının baza hissəsinə
869 560 000,0
əmək pensiyalarının sığorta hissəsinə
310 296 500,0
1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, cəmi
33 620 000,0
ondan:
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə
9 600 000,0
Hamiləliyə və doğuşa görə
9 200 000,0
uşağın anadan olmasına görə
920 000,0
3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar
5 000 000,0
dəfn üçün
7 900 000,0

Ermənistan Respublikasının müəssisələrindəəmək xəsarətinə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərə

 
700 000,0

ləğv olunmuş təqsirkar kolxoz və sovxozlarda əmək zədəsi alanlara

300 000,0
2. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri
15 170 000,0
3. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrəAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər, cəmi
 
 
9 299 500,0
o cümlədən:
 
3.1. sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların (putyovkaların) alınmasına
7 462 500,0
3.2. sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətin təşkilinə
100 000,0
3.3. sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına
85 000,0
3.4. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əməkhaqqının ödənilməsi)
 
1 192 000,0
3.5. Həmkarlar İttifaqlarının texniki vəəməyin hüquqimüfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına
 
460 000,0
4. Məşğulluq tədbirlərinin həyata keçirilməsi, məşğulluq orqanlarının saxlanılması xərcləri, cəmi
6 410 000,0
o cümlədən:
 
4.1. işsizlik müavinətinin ödənilməsinə
2 880 000,0
4.2. peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarının təşkilinə
810 000,0
4.3. haqqı ödənilən ictimai işlərin təşkilinə
150 000,0
4.4. işsizlər üçün yeni məsləhət xidmətlərinin, əmək birjalarının yaradılması işlərinin həyata keçirilməsi, əmək yarmarkalarının keçirilməsinə
 
260 000,0
4.5. məşğulluq orqanlarının saxlanılmasına
2 310 000,0
5. Miqrasiya idarəsinin saxlanılmasına
81 000,0
6. Əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsivəəlillərin sosial müdafiəsi orqanlarının saxlanılması xərcləri, cəmi
 
3 406 000,0
o cümlədən:
 
6.1. əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına
1 065 000,0
6.2. əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkilinə
 
664 000,0
6.3. əlillərə maddi və texniki yardımın təşkilinə
447 000,0
6.4. əlillər üçün mənzil tikintisinə
318 000,0
6.5. əlillərin sosial müdafiəsi orqanlarının saxlanılmasına
912 000,0
7. Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri
18 700 000,0
8. Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri, cəmi
40 000,0

o cümlədən:

 
8.1. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri
14 000,0
8.2. MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri
26 000,0
9. Sığortaolunanların fərdi uçot sisteminin tətbiqi ilə bağlı xərclərə
1 650 000,0
10. Pensiya islahatları üzrə qrant layihələrində Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi xərcləri
415 000,0

Maddə 4. Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq vəƏlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.
Maddə 5. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait və bu Qanunla təsdiq olunmuş xərc (pensiya, müavinət və s.) məbləğlərinin icra olunmamış hissəsi növbəti ilin müvafiq gəlir və xərclərinə aid edilir.
Maddə 6. Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər transfertin məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər transfertin məbləği azaldılır.
Maddə 7. Bu Qanun 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin