Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN NÜVƏ VƏ RADİOLOJİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ HAQQINDA ƏSASNAMƏ”NİN TƏSDİQ EDİLMƏSİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 74 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 508; 2003-cü il, № 10, maddələr 546, 585; 2008-ci il, № 8, maddə 719) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

1.1. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“həmin Qanunun 9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir;”;

1.2. altıncı abzasdan “7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətinə aid hissədə) və” sözləri çıxarılsın;

1.3. səkkizinci abzas çıxarılsın.

2. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 612; 2001-ci il, № 7, maddə 462, № 10, maddə 640, № 12, maddə 755; 2002-ci il, № 1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003-cü il, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, № 1, maddələr 19, 26, № 3, maddələr 138, 141, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607, 608, № 11, maddə 909, № 12, maddə 1005; 2005-ci il, № 2, maddələr 67, 69, № 4, maddələr 299, 303, № 8, maddə 702, № 9, maddələr 801, 802, № 12, maddə 1101; 2006-cı il, № 2, maddə 83, № 4, maddələr 321, 322, № 5, maddə 407, № 7, maddə 590, № 8, maddələr 662, 663, 674, 675, 679, № 9, maddə 743, № 11, maddələr 942, 945; 2007-ci il, № 1, maddə 11, № 2, maddə 87, № 3, maddə 230, № 7, maddə 715, № 8, maddələr 767, 769, № 11, maddələr 1110, 1116, 1120, № 12, maddə 1227; 2008-ci il, № 1, maddə 7, № 3, maddə 186, № 6, maddələr 504, 507, № 7, maddə 617, № 8, maddə 713, № 9, maddə 798, № 10, maddə 894, № 11, maddələr 969, 971, 980, № 12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, № 3, maddə 163, № 4, maddə 226, № 5, maddə 330; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 129 və 132 nömrəli, 22 iyul tarixli 136, 137 və 139 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

2.1. 2.30-cu bənddə “2.30. həmin Məcəllənin 324-3.2-ci” sözləri “2.31. həmin Məcəllənin 324-3.2-ci” sözləri ilə əvəz edilsin;

2.2. 2.31-2.37-ci bəndlər müvafiq olaraq 2.32-2.38-ci bəndlər hesab edilsin;

2.3. 3.7-ci bənddə “113-cü” rəqəmi “113.1.1-113.1.9-cu, 113.1.11-ci, 113.1.12-ci, 113.2-ci” rəqəmləri ilə əvəz edilsin;

2.4. 3.54-cü bənddə “3.54. həmin Məcəllənin 130-134-cü” sözləri “3.55. həmin Məcəllənin 130-134-cü” sözləri ilə əvəz edilsin;

2.5. 3.55-3.65-ci bəndlər müvafiq olaraq 3.56-3.64-cü bəndlər hesab edilsin;

2.6. aşağıdakı məzmunda 3.65-ci bənd əlavə edilsin:

“3.65. həmin Məcəllənin 113.1.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə radioaktiv tullantılara, işlənmiş, lakin yenidən istifadəyə yararlı olan nüvə yanacağına, radioaktiv maddələrə və nüvə materiallarına aid hissədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır.”.

3. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 392 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8 (III kitab), maddə 615; 2001-ci il, № 10, maddə 640, № 12, maddələr 754, 755; 2002-ci il, № 1, maddə 52; 2003-cü il, № 10, maddələr 546, 585; 2007-ci il, № 2, maddə 87; 2008-ci il, № 8, maddə 719) 1-ci bəndinə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

3.1. on üçüncü abzasdan “, radioaktiv və ionizə şüaları verən və s.” sözləri çıxarılsın;

3.2. on beşinci-iyirmi beşinci abzaslar müvafiq olaraq on altıncı-iyirmi altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda on beşinci abzas əlavə edilsin:

“radioaktiv və ionizə şüaları verən maddələr üzrə - Fövqəladə Hallar Nazirliyi;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555; 2003-cü il, № 3, maddə 153, № 10, maddə 570; 2005-ci il, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006-cı il, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007-ci il, № 6, maddə 618, № 8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008-ci il, № 8, maddə 718, № 9, maddə 799, № 11, maddə 969, № 12, maddə 1059; 2009-cu il, № 2, maddə 64, № 3, maddə 163; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 143 nömrəli və 7 avqust tarixli 145 nömrəli fərmanları) Əlavə № 2 – “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin “Lisenziya verən icra hakimiyyəti orqanı” sütununun 3-cü bəndində “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 485; 2006-cı il, № 11, maddə 948; 2008-ci il, № 11, maddə 969; 2009-cu il, № 4, maddə 226) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın “İqtisadi sahədə məlumatlar” bölməsinin 26-cı bəndində “Sənaye və Energetika Nazirliyi” sözlərindən sonra “, Fövqəladə Hallar Nazirliyi” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin