Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI FÜZULİ RAYONUNUN ƏRAZİSİNDƏ BİRİNCİ ZOBUCUQ VƏ BEŞİNCİ ZOBUCUQ BƏLƏDİYYƏLƏRİNİN YARADILMASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin