Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI, GÜRCÜSTAN, İRAN İSLAM RESPUBLİKASI VƏ BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ NARKOTİKLƏRƏ BEYNƏLXALQ NƏZARƏT ÜZRƏ PROQRAMI (BMTNBNP) ARASINDA NARKOTİKLƏRƏ NƏZARƏT VƏ QANUNSUZ ƏLDƏ EDİLMİŞ PULLARIN QANUNİLƏŞDİRİLMƏSİNƏ QARŞI FƏALİYYƏT SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ÜZRƏ QARŞILIQLI ANLAŞMA MEMORANDUMU”NUN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1.2000-ci il iyulun 5-də Vyana şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, İran İslam Respublikası və Birləşmiş Millətlər Təşkilatının Narkotiklərə Beynəlxalq Nəzarət üzrə Proqramı (BMTNBNP) arasında narkotiklərə nəzarət və qanunsuz əldə edilmiş pulların qanuniləşdirilməsinə qarşı fəaliyyət sahəsində əməkdaşlıq üzrə Qarşılıqlı Anlaşma Memorandumu” təsdiq edilsin. 

2.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsi üçün zəruri olan tədbirlər görsün.

3.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklərə Beynəlxalq Nəzarət üzrə Proqramını (BMTNBNP) xəbərdar etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin