Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ İSLAM İNKİŞAF BANKI ARASINDA AZƏRBAYCAN RESPUBLİKASINDA XAÇMAZ YARIMSTANSİYASI VƏ ELEKTRİK VERİLİŞİ XƏTTİ LAYİHƏSİNDƏ İSTİFADƏ EDİLMƏSİ MƏQSƏDİ İLƏ BANK ADINDAN VƏ BANKIN AGENTİ QİSMİNDƏ ÇIXIŞ EDƏN AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİNİN 330/110 KV-LUQ YARIMSTANSİYANIN ALINMASI ÜÇÜN SƏLAHİYYƏTLƏNDİRİLMƏSİNƏ VƏ AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİNƏ SATILMASINA DAİR MÜDDƏTLİ SATIŞ SAZİŞİ”NİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 2005-ci il iyunun 7-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikasında Xaçmaz yarımstansiyası və elektrik verilişi xətti layihəsində istifadə edilməsi məqsədi ilə Bank adından və Bankın Agenti qismində çıxış edən Azərbaycan Respublikası Hökumətinin 330/110 kV-luq yarımstansiyanın alınması üçün səlahiyyətləndirilməsinə və Azərbaycan Respublikası Hökumətinə satılmasına dair Müddətli Satış Sazişi təsdiq edilsin.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin