RƏSMİ XRONİKA


AZƏRBAYCAN RESPUBLİKASI İLƏ AVROPA BİRLİYİ ARASINDA TƏRƏFDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞİN İMZALANMASI MƏRASİMİ

Aprelin 22-də Lüksemburqdakı Konfranslar mərkəzində Azərbaycan, Gürcüstan, Ermənistan ilə Avropa Birliyi və onun üzvü olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imzalanması mərasimi oldu.

Mərasimi giriş sözü ilə Avropa Şurasının icraçı prezidenti, İtaliyanın xarici işlər naziri Suzanna Anyelli açdı. Sonra söz Avropa Birliyinin komissarı Van Den Bruka verildi.

Mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ermənistan Prezidenti Levon Ter-Petrosyan çıxış etdilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin