Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BEYNƏLXALQ İNKİŞAF ASSOSİASİYASI ARASINDA “İNKİŞAF KREDİTİ HAQQINDA SAZİŞ”İN (MƏCBURİ KÖÇKÜNLƏRİN İQTİSADİ İNKİŞAFINA YARDIM LAYİHƏSİ) VƏ BEYNƏLXALQ İNKİŞAF ASSOSİASİYASI İLƏ AZƏRBAYCAN RESPUBLİKASININ MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL İNKİŞAF FONDU ARASINDA “LAYİHƏ SAZİŞİ”NİN (MƏCBURİ KÖÇKÜNLƏRİN İQTİSADİ İNKİŞAFINA YARDIM LAYİHƏSİ) TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2005-ci il iyunun 3-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf krediti haqqında Saziş (Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi) və Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu arasında “Layihə Sazişi” (Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi) təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sazişlərin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirilməsi barədə Beynəlxalq İnkişaf Assosiasiyasını xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 avqust 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin