Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2006-CI İL 28 DEKABR TARİXLİ 504 NÖMRƏLİ FƏRMANINDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ”
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1051; 2008-ci il, № 4, maddə 255, № 11, maddə 970, № 12, maddə 1065; 2009-cu il, № 10, maddə 775, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli və 2009-cu il 25 dekabr tarixli 203 nömrəli fərmanları) 9-cu bəndində “310” rəqəmi “317” rəqəmi ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin