Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI KÖNÜLLÜ HƏRBİ VƏTƏNPƏRVƏRLİK TEXNİKİ İDMAN CƏMİYYƏTİNİN BİR QRUP ƏMƏKDAŞININ “TƏRƏQQİ” MEDALI İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının ictimai həyatında, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, texniki-idman növlərinin təbliği və inkişaf etdirilməsində, Silahlı Qüvvələrimiz üçün mütəxəssislərin hazırlanmasında fəal iştirakına görə Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Adıgözəlov Telman Əli oğlu

Axundov Şamil Cəmil oğlu

Əhmədov Əşrəf Lətif oğlu

Kərimov Fərrux Əzizulla oğlu

Nəsirov Həmid İsmayıl oğlu

Rüstəmov Ələkbər Misir oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyul 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin