SİYASƏT
AZƏRBAYCAN RESPUBLIKASI MƏRKƏZI SEÇKI KOMISSIYASININ QƏRARI
SEÇKİ KOMİSSİYASINDA TƏMSİL EDƏN KOMİSSİYA ÜZVLƏRİ TƏRƏFİNDƏN
DAİRƏ SEÇKİ KOMİSSİYALARININ ÜZVLÜYÜNƏ İRƏLİ SÜRÜLMÜŞ
NAMİZƏDLƏRİN TƏSDIQ EDILMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci və 4.2-ci maddəsinə, həmçinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.3-cü və 28.2-ci maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
Birmandatlı seçki dairələri üzrə seçilmiş deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən Komissiya üzvləri tərəfindən dairə seçki komissiyalarının üzvlüyünə irəli sürülmüş namizədlərin siyahısı təsdiq edilsin.
Qərar N 9/56
08 iyul 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi İ.M.Nəsirov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi V.C.Mahmudov