SİYASƏT
AZƏRBAYCAN RESPUBLIKASI MƏRKƏZI SEÇKI KOMISSIYASININ QƏRARI
NAMİZƏD KİMİ TƏSDİQ OLUNMASI VƏ SƏLAHİYYƏTLİ
NÜMAYƏNDƏLƏRİN QEYDƏ ALINMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.3 və 54.9-cu maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1. 2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Milli İstiqlal Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Etibar Səlidar oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentliyinə namizəd kimi təsdiq olunsun.
2. Bayramov Rəşad Aydın oğlu Azərbaycan Milli İstiqlal Partiyasının ümumi məsələlər üzrə səlahiyyətli nümayəndəsi, Məmmədov Vaqif Soltan oğlu isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınsınlar.
Qərar N 6/47
02 iyul 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
sədri M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi İ.Nəsirov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi V.Mahmudov