SİYASƏT
AZƏRBAYCAN RESPUBLIKASI MƏRKƏZI SEÇKI KOMISSIYASININ QƏRARI
İBRAHİMLİ TOĞRUL ƏSƏD OĞLUNUN AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTLİYİNƏ NAMİZƏD KİMİ TƏSDİQ OLUNMASI VƏ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİN QEYDƏ ALINMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.3-cü, 28.2-ci və 53.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1. 2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində “Azərbaycançılıq naminə” seçicilərin təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş İbrahimli Toğrul Əsəd oğlu Azərbaycan Respublikası Prezidentliyinə namizəd kimi təsdiq olunsun.
2. Kərimov Cavid Məmməd oğlu Prezidentliyə namizəd T.Ə.İbrahimlinin ümumi məsələlər üzrə səlahiyyətli nümayəndəsi kimi, Xəlilov Sahib Əziz oğlu maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar.
Qərar N 15/86
16 iyul 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi İ.M.Nəsirov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi V.C.Mahmudov